Əmək Məcəlləsinə əlavə və dəyişikliklərin məqsədi insanların sosial-rifah halının daha da yaxşılaşdırılmasıdır

 

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı təsdiq edilərkən qarşıya qoyulan məsələlərdən biri də keçmişdə qəbul olunmuş qanunlar üzərində yenidən işləyib beynəlxalq standartlara uyğunlaşdırmaq idi. Fevralın 4-də Azərbaycan Respubilkasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bu ali təhsil müəssisəsi ilə Milli Məclisin sosial siyasət daimi komissiyasının birgə keçirdikləri “dəyirmi masa” da bu məqsədlə təşkil olunmuşdu. Tədbirdə “Əmək Məcəlləsində dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsi müzakirə edildi.

Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov dedi ki, son illər dövlət quruculuğu sahəsində xeyli işlər görülmüşdür. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili xarici siyasətin möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini daha möhkəmləndirmiş, nüfuzunu artırmışdır. S.Qəndilov tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycan Avropa Şurası kimi nüfuzlu beynəlxalq qurumun üzvü olduqdan sonra qəbul olunan qanunların hamısı beynəlxalq standartlara uyğunlaşdırılmış, əvvəllər qəbul olunmuş qanunlar üzərində yenidən işlənərək müasirləşdirilmişdir. Ümumiyyətlə, qanunlara əlavə dəyişikliklər edilməsi Azərbaycan vətəndaşlarının sosial-rifah halının yaxşılaşdırılması ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması ilə əlaqədardır.

Rektor Dünya Bankının Azərbaycanı dünyanın ən islahatçı ölkə elan etməsini diqqətə çatdıraraq dedi ki, bu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş daxili xarici siyasətinin uğurlarıdır. Məhz bu məntiqli siyasətin nəticəsidir ki, hazırda dünyanı bürüyən maliyyə iqtisadi böhran Azərbaycana öz təsirini göstərmir, əksinə ölkəmiz iqtisadi inkişaf yolunda daha da irəliləyir, yeni qanunlar qəbul olunur, əhalinin güzəranının daha da yaxşılaşdırılması məqsədilə əvvəllər qəbul olunmuş qanunlara əlavə dəyişikliklər edilərək təkmilləşdirilir.

S.Qəndilov müzakirəyə təqdim olunan Əmək Məcəlləsinə dəyişikliklər əlavələr edilməsinin çox əhəmiyyətli olduğunu bildirdi.

Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli Əmək Məcəlləsinə dəyişikliklər əlavələr edilməsi ilə əlaqədar monitorinqlər keçirildiyini bildirdi dedi ki, təklif olunan əlavələrin hamısı insanlara normal şəraitinin yaradılması, onlara verilən istirahətlərdən səmərəli istifadə olunması, qanunla müəyyənləşdirilmiş normadan artıq işləmələrinin qarşısını almaq məqsədi daşıyır. Komissiya sədri dedi ki, Əmək Məcəlləsi daha da təkmilləşdirilməli, beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.

Əmək Məcəlləsinin monitorinqinin yekunları ona əlavə, dəyişikliklər haqqında məlumat verən Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin sektor müdiri Mirhəşim Seyid dedi ki, Əmək Məcəlləsinin 33 maddəsinə 120 dəyişikliklər əlavələr olunub. Bəzi məsələlərdə fikir ayrılıqları yaransa da, sonradan ümumi rəy qəbul olunub. Əlavə dəyişikliklərdən söhbət açan sektor müdiri qeyd etdi ki, mövsümi işlərdə çalışanlara məzuniyyət verilməsi nəzərdə tutulub. Bundan başqa, hamiləliyə doğuşa görə verilən məzuniyyətin artırılması, yaxın qohumların hüzn mərasimində iştirak etmək üçün işçiyə qısamüddətli icazə verilməsi, səsvermə günü işə cəlb olunan işçilərə əlavə əmək haqqı hesablanması, havanın hərarəti 41 dərəcə olduqda işçiyə istirahət verilməsi digər güzəştlər şamil olunacaq.

Milli Məclis Aparatı sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova əlavə dəyişikliklərdə bir yeniliyi diqqətə çatdırdı. Bildirdi ki, yerindən hərbi xidmətə getmiş gənc həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən əvvəlki yerində tutduğu vəzifəyə təyin edilir. Ancaq hərbi xidmətdən qayıtmış həmin şəxs 30 gün müddətində rəhbərliyə bu barədə məlumat verməlidir. Əgər bu müddət ərzində müraciət etməzsə, onun əvvəlki işinə bərpa olunması hüququ itir.

Azərbaycan Həmkarlar İttifaqları Konferedasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Ailə, Qadın Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, deputatlardan Musa Quliyev, Yaqub Məmmədov, Elmira Axundova, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Vahab Məmmədov digər çıxış edənlər təklif olunan əlavələr dəyişikliklərə münasibətlərini bildirdilər. Ümumilikdə, qanun layihəsinin vacib əhəmiyyətli olduğu qeyd edildi.

Sonra müzakirə olunan sənədlə əlaqədar fikir mübadiləsi aparıldı.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.-2009.-6 fevral.-S.2.