Davos iqtisadi forumu Azərbaycanın Avrasiya enerji layihələrindəki rolunu artırdı

 

Bunu Qərb mətbuatının təmsilçiləri Azərbaycan Prezidenti ilə müsahibədə tez-tez vurğulayırdılar

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ənənəvi Davos iqtisadi forumunda iştirakı, bu səfər çərçivəsində aparılan çoxsaylı müzakirələr, debatlar, keçirilən görüşlər və xüsusən, dövlət başçımızın dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr hələ uzun müddət yerli və xarici mətbuatın diqqət mərkəzində olacaqdır. İlham Əliyevin İsveçrə səfəri barədə material hazırlayan həmkarlarımızın hərəsi özünəməxsus məntiq və arqumentlə çıxış edir. “Davos səfəri Azərbaycan Prezidentinə beynəlxalq aləmdə yeni nüfuz qazandırdı”, “İlham Əliyev Azərbaycanın qüdrətli dövlətə çevrildiyini bütün dünyaya sübut etdi”, “Ermənistanın ikinci və üçüncü prezidentləri İlham Əliyevlə danışıqlardan acizanə şəkildə qaçdı, bəs qonşumuzun növbəti prezidenti Azərbaycan rəhbəri ilə danışa bilmək üçün özündə güc tapacaqmı?”, “Davos forumu dünya mətbuatına Azərbaycan həqiqətlərini açdı” və sairə ifadələrin hər biri ayrı-ayrı ekspertlərə məxsusdur.

Yəni bu ifadələrin hərəsi bir yazıdan götürülüb. Həmin yazıların hamısında məzmunca eynilik təşkil edən başqa bir məqam da var: “Davos forumu sübut etdi ki, Avrasiya məkanındakı enerji layihələrinin hamısı ya birbaşa, ya da dolayısı ilə Azərbaycanla bağlıdır”.

Dövlət başçısının bu səfəri çərçivəsində müzakirə edilmiş iqtisadi, xüsusən, enerji layihələri barədə danışarkən müzakirələrin özü qədər əhəmiyyətli önəmli olan başqa bir məqam da yaddan çıxmamalıdır. Bu, dünyanın kütləvi informasiya vasitələrinin Azərbaycan Prezidenti ilə hazırladığı müsahibələrdir. Bu yazıda həmin müsahibələrdəki bəzi məqamlardan söz açacağıq. Əvvəlcə isə təxminən 15 il əvvəl — 1994-cü il sentyabrın 29-da Azərbaycan Prezidenti Heydər Əliyevin “Si-En-En” televiziyasına verdiyi müsabihədən bir məqamı yada salaq. BMT Baş Məclisinin 49-cu sessiyasında iştirak etmək üçün Amerika Birləmiş Ştatlarına gedən ulu öndər Nyu-York şəhərində adı çəkilən televiziyaya verdiyi müsahibədə demişdi: “Sentyabrın 20- Bakıda imzalanmış neft müqaviləsinə mən böyük ümidlər bəsləyirəm. Bu müqavilə Azərbaycan Respublikası ilə Qərbin 10 neft şirkəti, o cümlədən Rusiya şirkəti arasında əlaqə yaradır onların 30 il müddətində müştərək işləməsinin bünövrəsini qoyur. Eyni zamanda, həmin şirkətlər Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Səudiyyə Ərəbistanı kimi böyük ölkələrə mənsub olduğuna görə bu ölkələrlə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş şərait yaradır. Mən bu müqaviləyə ümidlər bəsləyirəm hesab edirəm ki, o, hər iki tərəf üçün faydalı olacaq, Azərbaycan Respublikasının dünya iqtisadiyyatına qoşulması üçün yaxşı şərait yaradacaqdır”.

Göründüyü kimi, ulu öndərin bir suala verdiyi cavabı tamamilə, olduğu kimi sitat gətirdik. Oradakı “ümid edirəm”, “ümidlər bəsləyirəm”, “yaxşı şərait yaradacaqdır” — ifadələrini yadda saxlamaqla məhz həmin televiziyaya verilmiş başqa bir müsahibəyə diqqət yetirək. 2009-cu il yanvarın 30-da İsveçrəyə səfəri çərçivəsində “Si-En-En” televiziyasına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev artıq neft müqavilələrinin yaradacağı yaxşı şərait barədə ümidlərini deyil, ölkəmizin bütün dünyanın diqqət mərkəzində olan iqtisadi uğurları barədə mülahizələrini dilə gətirir:

“Biz iqtisadiyyatı şaxələndiririk onun neftdən asılılığını azaldırıq. İnformasiya texnologiyaları, infrastruktur, kənd təsərrüfatı, təhsil, səhiyyə digər sahələrə sərmayə yatırırıq. Hesab edirəm ki, biz artıq bu sahədə mühüm nailiyyətlər əldə etmişik. Neft qiymətindən daha az, əvvəllər heç zaman olmadığı qədər asılıyıq. Hətta, neftin bugünkü 40 dollarlıq qiyməti ilə belə, Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Belə düşünürəm ki, 2009-cu il ümumi daxili məhsulun artımı baxımından ölkəmiz üçün uğurlu olacaqdır”. Yəni ulu öndər Heydər Əliyevin işləyib hazırladığı neft strategiyası Azərbaycan iqtisadiyyatını elə şəkildə inkişaf etdirib ki, respublikamız artıq bütün dünyanı bürümüş iqtisadi böhran fonunda belə inkişafını davam etdirir.

Azərbaycan Prezidentinin Davos səfəri çərçivəsində “Reuters” agentliyinə (29 yanvar), “Uoll strit cornel” qəzetinə (28 yanvar) digər kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr kimi, “Si-En-En” televiziyasına verdiyi müsahibəsində əsas mövzulardan biri Azərbaycanın Avrasiya məkanındakı enerji layihələrindəki iştirakı məsələsidir: “Biz özümüzə lazım olan bütün infrastruktur yaratmışıq. Hazırda müxtəlif istiqamətlərə gedən yeddi boru kəmərimiz var. Bundan əlavə, biz elektrik stansiyalarının, qazlaşdırma qurğularının yaradılmasına, avtomobil yollarının çəkilməsinə digər infrastruktur sahələrinin inkişafına nail olmuşuq. Biz planlaşdırdığımız məqsədlərə çatmışıq bu işlər gələcəkdə davam etdiriləcəkdir” (“Reuters” agentliyinə verilən müsahibədən). Fakta əsaslanan bu fikirlər fonunda Ermənistanın xarici işlər naziri Nalbandyan yalvararaq deyir: “Ermənistanda da sovet dövründən qalma dəmir yolları var. Türkiyə ilə sərhədələrimiz açılarsa iqtisadi imkan əldə edərik həmin dəmir yollarının bərpasına başlayarıq”.

Yaxud başqa bir məqam. “Si-En-En” televiziyasının əməkdaşının — sualların əhatəliliyindən görünür ki, həmin şəxs təkcə Qafqaz ölkələri barədə deyil, bütövlükdə Avrasiya məkanı barədə çox geniş biliyə malik ekspertdir — Azərbaycan Prezidentinə ünvanladığı sualların bir neçəsinin bilavasitə Azərbaycana deyil, bütövlükdə dünyaya aid olduğunu dilə gətirir. Məsələn, Rusiya ilə Ukrayna arasındakı qaz kəməri problemi, İran, Pakistan Hindistan arasında mövcud olan “sülh boru kəməri” ideyası sairə. Azərbaycan Prezidenti bu sualların hamısını müasir dünya siyasətinin, xüsusən, neft diplomatiyasının perspektivləri baxımından böyük uzaqgörənliklə cavablandırır.

İşğalçı dövlətin prezidenti Serj Sarkisyan isə forum çərçivəsində keçirilən bütün müzakirələrdə beynəlxalq ictimaiyyətə yalvararaq müraciət edir ki, Ermənistanın heç olmazsa, bundan sonra hansısa beynəlxalq iqtisadi layihəyə qoşulmasına kömək etsinlər. Azərbaycan Prezidenti regiondakı beynəlxalq layihələrin rəsmi Bakının iştirakı olmadan reallaşdırılmasını mümkünsüz sayır. Ermənistanın dövlət başçısı isə region dövlətlərinə əl açaraq dilənir. “Uoll strit cornel” qəzetinin müxbiri Azərbaycan Prezidentinin Nabukko qaz ixrac kəmərinin perspektivi barədə fikirlərini öyrənmək istəyir. Hiss olunur ki, bu ekspert adı çəkilən layihənin daha çox qaz hasilatçıları üçün əhəmiyyətli olduğunu sübut etməyə çalışır. Ancaq Azərbaycan Prezidenti sübut edir ki, yox, Nabukko avropalılar üçün daha əhəmiyyətlidir: “Mən buraya Budapeştdə keçirilən Nabukko sammitindən gəlmişəm. Düşünürəm ki, daha böyük anlaşma baxımından həmin tədbir çox əhəmiyyətli oldu. Layihənin statusu perspektivləri kimi suallar nəzərdən keçirildi. Bildiyiniz kimi, uzun illər idi ki, Nabukko haqqında çox eşidirdik, lakin səmimi desək, bu istiqamətdə əməli addımlar görmürük. İndi daha aydın olur ki, layihə avropalılar üçün əhəmiyyətlidir”. İlham Əliyev əsaslandırır ki, bizim bugünkü hasilatımızı dünya bazarına çıxartmaq üçün mövcud qaz kəmərlərimiz var. Hasilatı daha yüksək səviyyəyə qaldırandan sonra isə bizə başqa ixrac kəmərləri, eləcə Nabukko lazım olacaqdır.

Beləliklə, Azərbaycan Prezidentinin Budapeşt İsveçrə səfərləri, xüsusən Davos iqtisadi forumu sübut etdi ki, müasir Avrasiyadakı enerji layihələrinin hamısında Azərbaycanın rolu danılmaz, əhəmiyyəti isə böyükdür.

 

 

İttifaq MİRZƏBƏYLİ,

 

Xalq qəzeti.-2009.-8 fevral.-S.1.