Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir

 

İSESKO-ya üzv dövlətlərin mədəniyyət nazirlərinin 21-23 noyabr 2007-ci il tarixində Liviyanın Tripoli şəhərində keçirilmiş beşinci konfransının nəticələrinə görə Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti bu münasibətlə keçiriləcək tədbirlərin vaxtını açıqlamışdır. Məlumatda deyilir ki, 2009-cu il fevral ayının 18-də Heydər Əliyev Sarayında “Bakı İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ilinin təntənəli açılış mərasimi keçiriləcək. Tədbirə bir sıra Avropa və İslam dövlətlərinin şəhərlərinin merləri, eyni zamanda, mədəniyyət nazirləri dəvət edilmişdir. İSESKO-nun baş direktoru Əl-Tuveycri açılış mərasimində iştirak edəcəkdir.

Açılış mərasimi çərçivəsində fevralın 18- 19-da şəhərimizin mərkəzi meydanlarında şənliklər, “Bakı-İslam mədəniyyətinin paytaxtı-2009” vebsaytının Qədim Bakıkitabının təqdimatı keçiriləcək. Ümumiyyətlə, il ərzində mədəniyyət paytaxtı ili çərçivəsində yüzdən çox milli beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur. Sonrakı tədbirlərlə bağlı əlavə məlumat veriləcəkdir.

Qeyd etmək lazımdır ki, 2008-ci ilin 2-3 dekabrında Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin iştirakı iləMədəniyyətlərarası dialoq Avropa ona qonşu regionlarda sülhün davamlı inkişafın əsasıdırmövzusunda konfrans keçirilmişdir. Konfransın gedişində Bakı Bəyannaməsi qəbul edilmiş, iştirakçı dövlətlərin, eləcə tərəfdaş dövlətlərin mədəniyyətlərarası dialoq sahəsində mədəni əməkdaşlığını fəaliyyətlərinin əlaqələndirilməsinin inkişafını nəzərdə tutanBakı prosesinin əsası qoyulmuşdur.

Bu il həmçinin İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransı keçiriləcəkdir. Azərbaycan tərəfi ənənəsinə sadiq qalaraqBakı prosesiçərçivəsində həmin konfransa bir sıra Avropa dövlətlərini dəvət etməyi planlaşdırır.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-8 fevral.-S.2.