Avropa Şurası
Parlament Assambleyasının
qış sessiyasında
Azərbaycanın AŞPA-dakı nümayəndə
heyəti ayrı-ayrı
ölkələrə münasibətdə
ikili standartları yolverilməz hesab edir
Avropa Şurası
Parlament Assambleyasının
qış sessiyası
öz işini başa vurdu. Hər dəfə olduğu kimi bu sessiyada da
Azərbaycan nümayəndə
heyətinin üzvləri
fəal olmuş, ölkəmiz üçün
mühüm əhəmiyyət
kəsb edən məsələlər qaldırmış,
bir sıra sənədlərin yayılmasına
nail olmuşlar.
Qış sessiyasının
yekunları bir daha təsdiqlədi ki, AŞPA bu dəfə də ikili standartlarından əl çəkmir, ölkələr arasında
ayrı-seçkilik edir.
Bu qurum qarşısına
götürdüyü öhdəlikləri
yerinə yetirən, insan hüquq və azadlıqlarının
müdafiəsi istiqamətində
uğurlu işlər
görən, müstəqil
mətbuatın fəaliyyətinə
geniş meydan ayıran ölkələrdə
“siyasi məhbus” axtarışına çıxır.
Ancaq bu təşkilat qarşısında
götürdüyü öhdəlikləri
yerinə yetirməyən,
beynəlxalq hüququn
norma və prinsiplərinə hörmətsizlik
edən, AŞPA-nın
qərarlarını saya
salmayan Ermənistana qarşı heç bir sanksiya tətbiq
etmir. Əksinə, Ermənistana əvvəlki
illərdə olduğu
kimi vəziyyəti düzəltmək üçün
yenə də vaxt verildi. Qış
sessiyasının işində
iştirak edən digər ölkələrin
deputatları da
AŞPA-nın Ermənistana
qarşı yumşaq
mövqeyinə etiraz edərək ciddi tədbir görülməsini
tələb etmişlər.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə
heyətinin rəhbəri
Səməd Seyidov qurumun qış sessiyasının yekunu ilə əlaqədar danışarkən dedi ki, Azərbaycan Avropa Şurası qarşısında üzərinə
götürdüyü öhdəliklərin
hamısını vaxtlı-vaxtında,
ləyaqətlə yerinə
yetirib. Yalnız “Alternativ xidmət haqqında” Qanun qəbul edilməyib. Bu da mövcud reallıqlardan irəli gəlir. Çünki Azərbaycan Ermənistanla
müharibə şəraitindədir.
Səməd Seyidov daha sonra dedi:
— Avropa Şurasının üzvü
olan 47 ölkədən
kimsə deyə bilməz ki, Azərbaycan öz üzərinə götürdüyü
öhdəliklərin tam yerinə
yetirilməsində hansısa
bir problem yaradıb. Qeyd etdiyim kimi,
bu öhdəliklər
sırasında yerinə
yetirilməyən “Alternativ
xidmət haqqında” Qanundur. Bu da Avropa Şurasının ekspertləri ilə birlikdə işlənilib,
lakin mövcud reallıqla əlaqədar
hələlik qəbul
edilməyib. Mövcud
reallıqlar barəsində
də məlumat verdim. Ancaq buna
baxmayaraq, hətta bu öhdəliyin də yerinə yetirilməsində Azərbaycan
israrlıdır. Lakin
Azərbaycan öz tərəfindən Avropa Şurası ilə münasibətləri yüksək
səviyyədə təşkil
etməklə yanaşı,
bu qurumdan da təxminən eyni münasibəti gözləyir. Avropa Şurası ilə münasibətlərində normal əməkdaşlıq gözləniltilərində
olan Azərbaycan tamamilə başqa, heç bir normal məntiqə uyğun olmayan münasibətləri
və həqiqətləri
görür. Heç
kim üçün sirr deyil ki,
Azərbaycanda keçirilmiş
son seçkilər, xüsusilə
prezident seçkiləri
bütün dünya ictimaiyyəti tərəfindən
demokratik, ədalətli,
beynəlxalq standartlara
uyğun şəkildə
keçirilmiş seçkilər
kimi qəbul edilib. Bunu təkcə
Azərbaycan əhalisi
yox, Avropada fəaliyyətdə olan və Avropanı təmsil edən deputatların, ekspertlərin
və politoloqların
rəyləri də təsdiqləyirlər. Bu günlərdə
Azərbaycan Televiziyasında
Böyük Britaniyada
tanınmış və
hamı tərəfindən
hörmət edilən
lord Tomsonun çıxışını
yəqin ki, çoxları izləyib.
O dedi ki, Azərbaycanda keçirilmiş
prezident seçkiləri
Avropa standartlarına uyğun şəkildə
təşkil olunmuş
və ən demokratik, şəffaf şəkildə keçirilmiş
seçkilər kimi qiymətləndirilməlidir. Bu şəkildə, yüksək
səviyyədə qiymətləndirilən
ölkəni siyasi məhbuslarla dolu olan, günahsız insanları vəhşicəsinə
qətlə yetirilən,
müstəqil mətbuata
qadağalar qoyan, hətta interneti bağlayan, qeyri-hökumət
təşkilatlarının inkişafına şərait
yaratmayan, onları ölkədən kənara
buraxmayan, insan hüquq və azadlıqlarını kobud
şəkildə pozan
ölkə ilə bir sıraya qoymaq qeyri-obyektiv və dözülməz münasibətdir.
Avropa Şurasının
qış sessiyasında
Ermənistan məsələsi
müzakirə olunmuşdur.
Bizim gözlədiklərimiz
ondan ibarət idi ki, heç
olmasa, bu dəfə Ermənistanı
tənqid etsinlər. Axı bu ölkədə
baş verən biabırçılıqılar barəsində Avropa Şurasının mükəmməl
məlumatı var. Hamıya
məlumdur ki, Ermənistana bu qurum tərəfindən himayədarlıq edilir və dəstəklənir.
Heç olmasa, görüntü xatirinə,
hansısa prosesləri
düzgün şərh
etmək imkanını
saxlamaq naminə Ermənistanı tənqid
edəydilər. Xəbər
verildiyi kimi Ermənistanda 100-dən çox
insan siyasi əqidəsinə görə
həbs edilib. Ötən il martın 1-də dinc aksiya keçirilən zaman 12 nəfər vəhşicəsinə qətlə
yetirilib. Digər nöqsanlar da göz qabağındadır.
Qış sessiyasının
başlanmasından bir
qədər əvvəl
Ermənistanda olmuş
AŞPA-nın həmməruzəçiləri
bütün bunlar barəsində kifayət qədər faktlar toplamışdılar. Lakin
qış sessiyasında
bu barədə bir kəlmə də olsun danışılmadı.
Heç olmasa, qurumun rəhbərliyi etiraf edərdi ki, Ermənistanla bacara bilmirlər, ona görə də bu ölkəni
səsvermə hüququndan
məhrum edə bilmirlər. Dəstək verməklə, gözdən
pərdə asmaqla, iki ölkəni — biri inkişaf edən Azərbaycanı, onun yaxşı cəhətlərini görməməklə,
digər ölkənin
— Ermənistanın mənfi
cəhətlərini görməməzliyə
vurmaqla bir-birinə yaxınlaşdıraraq eyniləşdirmək
ikili standartdır və beynəlxalq təşkilatın düzgün
olmayan mövqeyidir.
Azərbaycan nümayəndə
heyəti bu barədə öz etirazını qəti şəkildə bildirdi. Bununla yanaşı, qeyd etmək istərdim ki, Avropa Şurasının Azərbaycanda problemlər
axtarmaq və ölkəmizi Ermənistanla
eyniləşdirmək siyasəti
aparıldı. Azərbaycanda
guya siyasi məhbuslarla bağlı
10 il bundan əvvəl həll olunmuş problemləri yenidən gündəmə
gətirmək fikrinə
düşüblər. Ermənistanda
bir nəfər də olsun siyasi
məhbus “tapmayan” Avropa Şurasının sənədlərində siyasi
əqidələrinə görə
həbs olunan insanlar “azadlıqdan məhrum olunmuş insanların problemi” kimi qiymətləndirilir. Azərbaycanda isə demokratik proseslərin sürətlə inkişaf
etdiyi, insan hüquq və azadlıqlarının qorunması
istiqamətində qətiyyətli
addımlar atıldığı
bir vaxtda ölkəmizdə “siyasi məhbus”ların mövcudluğu
ilə bağlı məruzəçinin təyin
olunması cəhdləri
üzə çıxır.
Ona görə də Azərbaycan nümayəndə heyəti
bu məsələlərlə
bağlı möhtərəm
Prezidentimizin, parlament sədrinin və özünün mövqeyini
Avropa Şurasına çatdıraraq bildirdi ki, belə bir
proses, belə ədalətsizlik davam edərsə, bu qurumla münasibətlər
dəyişdirilməlidir. Hesab
edirəm ki, hər bir təşkilat
hadisələri obyektiv
qiymətləndirməlidir. Azərbaycanı süni şəkildə cəzalandırmaq,
Ermənistanla eyniləşdirmək
ədalətsizlik, haqsızlıqdır.
Avropa Şurasında
bəzi deputatların
mövqeyi Azərbaycan
reallıqlarını, həqiqətlərini
görməməkdən ibarətdir.
Biz Avropa Şurasının
prezidenti ilə də görüşdük
və münasibətimizi
onun da diqqətinə
çatdırdıq. Qeyd
etdik ki, mövcud münasibət Azərbaycana qarşı təzyiq məqsədi daşıyır və ölkəmizi tutduğu yoldan döndərməyə
cəhd göstərilir.
Azərbaycan öz inkişaf yolundan geri çəkilən deyil, tutduğu yolu da heç
vaxt dəyişməyəcək.
Söhbəti yazdı:
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-2009.-8 fevral.-S.3.