Joze Manuel Barrozu: Qaz müharibəsinin təkrarlanmasını istəmirik

 

Dünən Avropa Komissiyasının nümayəndə heyəti Moskvaya səfərə gəlib. Nümayəndə heyətinə qurumun rəhbəri Joze Manuel Barrozu rəhbərlik edir.

Rusiya Prezidenti Dmitri Medvedevlə görüşündə Avropa Komissiyasının başçısı bildirib ki, Avropa Birliyi ölkələri, yanvarda olduğu kimi, Moskvanın tranzit ölkələri ilə mübahisəsi üzündən qazsız qalmamalıdır. Qeyd edək ki, bu ilin yanvarında Rusiya Ukrayna qazın qiymətləri keçənilki borcla bağlı 19 gün ərzində razılığa gələ bilmədiyindən Avropa ölkələri qazsız qalmışdı. RusiyanınQazpromşirkəti yanvarın 1-dən Ukraynaya qaz ötürülməsini dayandırmış, bir neçə gün sonra isə bu ölkə ərazisindən Avropaya qazın tranzitinə son qoymuşdu. Bu isə qışın qarlı günlərində bir çox Qərbi Avropa ölkəsinin qazsız qalması ilə nəticələnmişdi.

İndi elə bir şərait yaratmaq lazımdır ki, bu hal bir daha təkrarlanmasın, – deyə Barrozu Kremldə keçirdiyi görüşdə bildirib. Medvedev isə etiraf edib ki, heç hər şey qaydasında deyil.

Barrozunun rəhbərliyi ilə Avropa Komissiyasının doqquz komissarı Baş nazir Vladimir Putinlə görüşüb. Avropa diplomatlarının dedikləri kimi, onlar Rusiyada keçirdikləri görüşlərdən konkret nəticələr gözləmirlər, ancaq avqustda baş vermiş RusiyaGürcüstan müharibəsindən sonra yaranmış gərginliyi aradan qaldırmağa çalışırlar. Lakin gərginlik hələ qalmaqdadır. Belə ki, bu yaxınlarda Avropa Birliyi Moskvanın Gürcüstanın ərazisi olan Abxaziyada hərbi-dəniz donanması yaratmaq planını tənqid edib. Qaz mübahisəsi isə Avropanın Rusiya Ukraynaya qarşı inamını sarsıdıb. Ona görə Barrozu Medvedevə tərəflərin enerji məsələlərində bir-birindən asılı olduğunu xatırladıb. Hazırda, qlobal maliyyə problemi ilə üzləşdiyimiz bir vaxtda bu pozitiv qarşılıqlı asılılıq daha vacibdir, – deyə Barrozu qeyd edib.

Bizə belə insidentlərdən qorunmaq üçün yeni beynəlxalq hüquqi müdafiə sistemi yaratmaq üzərində düşünmək lazımdır. Çünki hazırkı sistem işləmir, – deyə Medvedev cavab verib.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.-2009.-8 fevral.-S.6.