Bilik yeganə meyardır

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində bu məsələ diqqət mərkəzindədir

 

Hazırda bu bir reallıqdır ki, müstəqil Azərbaycanın təhsil sistemi sürətlə Avropa təhsil məkanına inteqrasiya etməkdədir. Bu inteqrasiyanı təmin edən əsas şərt Azərbaycanda təhsil sahəsində sistemli məqsədyönlü islahatların aparılmasıdır. Memarı ulu öndərimiz Heydər Əliyev olan müasir təhsil quruculuğunda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük səyləri nəticəsində yeni islahatlar həyata keçirilir.

Özünün şərəfli ənənələri ilə fərqlənən Azərbaycan Dövlət Pedaqoji Universiteti təhsil sahəsində qazandığı uğurlarla bu islahatların önündə gedir. Bu gün artıq inamla demək olar ki, düz 88 il bundan öncə qazandığı elm təhsil məbədi imicini qoruyb saxlayır. İndiyə qədər 100 mindən çox müəllim kadrları hazırlayan ADPU indi pedaqoji elmi-pedaqoji kadr hazırlığı mərkəzinə çevrilib. Bu ənənənin yaranmasında bir çox alimlərin, şairlərin, elm xadimlərinin o, cümlədən ömrünün çox hissəsini elmə, xalqın savadlanmasına həsr etmiş ziyalıların mühüm rolu olub. Belə ziyalılardan biri AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədovdur.

Bu gün fəxarət hissi ilə demək olar ki, nüfuzlu alimin Azərbaycan Dövlət Pedaqoji Universitetinə rektor təyin edilməsi ilə bu qocaman elm təhsil ocağı öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Tələbələrlə rektor arasında humanist, demokratik işgüzar əlaqə yaranmışdır.

Yusif Məmmədovun obyektivliyi, xeyirxahlığı, təşkilatçılıq bacarığı, mənəvi əxlaqi saflığı, yüksək ziyalılığı qısa bir vaxtda onu tələbələrin, professor-müəllim heyətinin, eləcə valideynlərin sevimlisinə çevirib. Belə ki, universitetdə semestr imtahanlarının şəffaf demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradılıb. Kadr hazırlığı sahəsində xüsusi rolu olan 49 tədris, 5 elmi-tədqiqat laboratoriyası, 12 fənn kabinəsi, 10 rəsm, 5 tədris emalatxanası, Zoologiya Muzeyi, 700 min nüsxədən çox dərslik dərs vəsaiti, elmi ədəbiyyatı özündə cəmləşdirən kitabxana, 500 yerlik oxu zalı, abunə xidməti göstərən 3 şöbə poliklinika yenidən qurulub. Həmçinin universitetdə müasir tipli 11 kompyuter kabineti, internetə qoşulan müasir avadanlıqlarla təchiz edilmiş kompüter mərkəzi tələbə müəllimlərin istifadəsinə verilmişdir. Bu da təhsilin keyfiyyətində mühüm rol oynayır. Universitetimizdə ilk dəfə olaraqTəhsilin təşkili idarə olunmasıixtisası açılıb. Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yüksəlməsi istiqamətində mühüm addımlar atılmışdır. Ən başlıcası, kollektivdə sağlam mənəvi-psixoloji mühit formalaşdırılmışdır. Müəllimlərin öz peşələrinə olan marağını artırmaq, stimul yaratmaq məqsədi iləİlin alimi”, “İlin müəllimimüsabiqələri keçirildi, qaliblər mükafatlandırıldı, hazırkı imtahan sessiyalarında bilik yeganə meyara çevrildi. İmtahanların tam şəffaf, obyektiv, ədalətli keçirilməsi təmin edildi.

Ən çətin idarəetmədir. İdarəetmə məharəti ədalətliklə bağlıdır. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək, rəhbərlik etmək, yəni, adamları öyrətmək tərbiyələndirmək üçün gərək insanın mənəvi haqqı olsun. Bu mənəvi haqqı universitetin, professor-müəllim heyətinə, o, cümlədən ömürünün 40 ilə yaxınını Azərbaycanda elmin, təhsilin inkişafına həsr edən Yusif Məmmədov kimi işıqlı, ziyalı insanlara şamil etmək yerinə düşərdi. Onu da qeyd etmək lazımdır ki, universitetin əməkdaşlarından bir çoxu yüksək dövlət mükafatları — “Şöhrətordeni, “Tərəqqimedalı ilə təltif edilmiş, “Əməkdar elm xadimi”, “Əməkdar müəllimfəxri adlarına layiq görülmüşdür. Bunlara misal olaraq, professor Əbdül Əlizadəni, professor M.Murquzovu, professor B.Xəlilovanı bir çox başqa müəllimlərimizi göstərmək olar.

Builki qış imtahan sessiyası da müvəffəqiyyətlə başa çatdı. Belə ki, 10 fakültənin əyani qiyabi şöbəsində 8000-ə yaxın tələbə, 10 istiqamət, 3 ixtisas üzrə 600-ə yaxın magistrant qış imtahan sessiyasının həyəcan dolu günlərini yaşamış, semestr ərzində qazandıqları bilik və bacarıqlarını nümayiş etdirmişlər. İmtahanlardan yıxşı qiymət almaq hər bir tələbənin çalışmasından, qabiliyyətindən asılıdır. Bunun üçün real şərait yaradılmışdır. Əvvəlki sessiyalarda olduğu kimi, imtahanlara nəzarət qərargahı yaradılmış, həm ayrı-ayrı fakültələrdə, həm universitet üzrə münaqişə komissiyası, Təhsil Nazirliyinin qaynar xətti ilə əlaqəli şəkildə fəaliyyət göstərənqaynar xətttəşkil edilmişdir. Burada əsas məqsəd imtahanların gedişində yarana biləcək neqativ halların qarşısını almaq, yol verilən nöqsanları vaxtında aradan qaldırmaq, imtahanların gedişi ilə bağlı daxil olan şikayət təklifləri araşdırmaq yerindəcə həll etməkdən ibarətdir. Bunun üçün universitetimizin nüfuzlu alim mütəxəssislərinin iştirakı ilə komissiyalar yaradılmışdır.

Universitetin hər üç tədris korpusunda təklif şikayətlər qutusu qoyulmuşdur ki, oraya atılan hər bir məktuba dərhal reaksiya verilir, faktlar araşdırılır təcili tədbirlər görülür. Bu kimi tədbirlər tələbələrin biliyinin obyektiv qiymətləndirilməsində mühüm rol oynayır, tələbələrdə özünə inamı formalaşdırır daha da artırır. Bunlar bir daha təsdiq edir ki, imtahan-məqbul-sessiyası obyektiv, şəffaf keçir tələbələr aldıqları qiymətlərdən narazılıq etmirlər. Universitetimizdə tələbələrin biliyi çoxballı sistemə uyğun olaraq 100 balla qiymətləndirilir. Ümumi fəaliyyət (maksimum 50 bal) imtahanda 5 sualın hər birinin cavabına ayrı-ayrılıqda verilən ballar nəzərə alınmaqla qiymətləndirmə aparılır ümumiləşdirmə aparıldıqdan sonra nəticə elan olunur. Ən başlıcası onların tanımadıqları koordinatorların imtahanlara nəzarəti bu prosesin obyektiv keçməsinə əsas verir. 1100-dən artıq tələbəTibbi biliklərin əsaslarıfənnindən imtahanlarını kompyuter vasitəsilə vermişdir. Yaxın gələcəkdə bütövlükdə universitetdə bu metoda keçid reallaşdırılacaq.

Onu da qeyd edək ki, ADPU son zamanlar ölkəmizdə həyata keçirilən təhsil islahatlarında önəmli rol oynayır. ADPU Boloniya prosesinə fəal şəkildə qoşulmaqla Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiyasında yaxından iştirak edir. Universitetdə bu metoda keçidi reallaşdırır. Universitetimizin artıq bütün fakültələrində tədris kredit sistemi ilə aparılır.

Yeni inkişaf dövrünü yaşayan ADPU-nun kollektivi möhtərəm Prezident İlham Əliyevin Azərbaycan təhsilinə, təhsil işçilərinə diqqət qayğısına cavab olaraq, elmdə təhsildə yaradıcılıq axtarışlarını davam etdirirlər. Pedaqoji kollektiv Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım ƏliyevanınYeniləşən Azərbaycana yeni məktəbçağırışına qoşularaq, yeni məktəblər üçün müasir düşüncələrə, əxlaqi-mənəvi saflığa, yüksək peşə ixtisas hazırlığına malik müəllim kadrlarının hazırlanması işini özünün müqəddəs vəzifəsi hesab edirlər.

 

 

İsrail MƏMMƏDOV,

Azərbaycan Dövlət Pedaqoji

Universiteti fizika fakültəsinin

 dissertantı  

 

Xalq qəzeti.-2009.-8 fevral.-S.7.