Yüksək keyfiyyət, aşağı qiymət

 

İndi konkret işlər dövrüdür, peşəkarların özünü göstərməsi dövrüdür. Azərbaycan cəmiyyətinə real surətdə xeyir verən gələcəkdə xeyir verəcək adamların, Azərbaycanın müstəqilliyini sözdə deyil, əməli işlə möhkəmləndirən savadlı bilikli adamların dövrüdür”.

Prezident İlham Əliyevin bu sözlərdə ifadə olunmuş siyasəti nəticəsində son illərdə ölkəmizdə bacarıqlı sahibkarların sayı durmadan artır. Söhbət elə adamlarından gedir ki, onların səmərəli fəaliyyəti ölkədə sosial-iqtisadi durumun möhkəmlənməsinə, tələbata uyğun infrastrukturun yaradılmasına, yeni yerlərinin açılışına, ümumiyyətlə xalqın rifahının yüksəlməsinə köməkdir.

Həmin sahibkarlardan biri olan Gülməmməd Qasımov, son illərdə sürətlə inkişaf etmiş tikinti-təmir sahəsində çalışır. O, ali təhsilli avtonəqliyyatçı hüquqşünasdır. Hər iki sahədə uğurla çalışıb, təcrübə toplayıb. Azərbaycanda özəl bölməyə geniş meydan verilməsi onu biznesə qoşulmağa, müstəqil şirkət yaratmağa həvəsləndirib. Tikinti-quruculuq sahəsinin dinamik inkişafı, abadlıq bərpa işlərinin fəallaşması, saysız-hesabsız sosial obyektlər tikilməsi G.Qasımovun bu istiqamətdə özünü sınamaq seçiminə səbəb olub. Beləliklə, o, 2006- ildəOptimal qapılaradı ilə bu gün məşhurlaşmış bir şirkət təsis edib. Məqsəd əla keyfiyyətli tikinti-təmir mebel aksesuarlarını təqdim etmək olub. Şirkət ilk gündən ciddi rəqabət şəraitində bazarda aparıcı mövqe tutmağa başlayıb.

Hazırda burada “100 ən yaxşı mallıkeyfiyyət nişanı daşıyan RusiyaOptimfabrikinin istehsal etdiyi müxtəlif növ qapılar təqdim olunur. Təbii ağacdan, klassik müasir uslubda hazırlanan, rəngdə, dizaynda, ölçüdə bir-birindən seçilən bu qapılar ən ciddi tələbkar zövqü oxşayır, möhkəmliyi, davamlı rahat olması kimi yüksək göstəriciləri ilə hər kəsi razı salır. Deyilənlər geniş çeşiddə kupe-şkaflara da aiddir. Satılan mallar şirkət tərəfindən çatdırılır quraşdırılır, onlara zəmanət verilir.

Bu gün bazarda şirkətin məhsullarına böyük tələbat var. Bunun səbəbi qiymətlərin münasib, optimal, xidmətin yüksək olmasıdır. Alıcıların bir qismi otellər, istirahət mərkəzləri, ayrı-ayrı iri müəssisələrdir. Gəncə Pedaqoji Universiteti, Sərhəd Qoşunlarının hospitalı kimi iri nüfuzlu müəssisələrin təmiri zamanıOptimmarkadan geniş istifadə olunmuşdur. Şirkətdə 20- yaxın adam çalışır. Son vaxtlar əmək haqları dəfələrlə artırılmışdır. Kollektiv üzvlərinin sosial məsələləri öz həllini vaxtında tapır.

Gülməmməd Qasımov Prezident İlham Əliyevin ölkədə yeni yerlərinin açılması proqramına dəstək olmaq, həcminin genişlənməsi, regionlarda filialların yaradılması ilə bağlı geniş tədbirlər nəzərdə tutulduğunu söylədi.

O, dünyada baş verən böhranın öz işinə, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatına ciddi ziyan verməyəcəyinə əmin olduğunu bildirdi. Sonda müsahibmiz ölkədəki siyasi sabitliyin iqtisadi inkişafın, özəl bölməyə dövlət qayğısının həlledici rolunu vurğuladı:

Ulu öndər Heydər Əliyev sahibkarlığın inkişafına böyük qayğı ilə yanaşırdı. Bu sahədə onun apardığı islahatların əhəmiyyəti misilsizdir. Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir, adamlarına hərtərəfli kömək göstərir, onların problemlərini diqqət mərkəzində saxlayır. Nəticədə, özəl sahənin ölkə iqtisadiyyatına, xüsusən, qeyri-neft sahələrinə qoyduğu investisiyalar artır. Dövlət başçısının iqtisadiyyatın güclənməsi ilə bağlı gördüyü ciddi tədbirlər sahibkarları yeni uğurlara ruhlandırır, nailiyyətləri artırmağa kömək edir, şəffaf fəaliyyətə yol açır. Biz bu diqqət qayğını əməli işlərlə cavablandırırıq.

 

 

Gülçin Quliyeva

 

Xalq qəzeti.-2009.-8 fevral.-S.7.