Məğlubiyyətsiz, amma yalnız üçüncü mükafatla

 

Qrossmeyster Vüqar Həşimov Cəbəllütariqdə başa çatmış beynəlxalq turnirdə bir görüşdə belə uduzmasa da, yalnız üçüncü mükafatla kifayətlənməli olmuşdur. On oyunda beş qələbə qazanan, beş dəfə isə rəqibləri ilə xalı yarı bölən şahmatçımız finişə 7,5 xalla çataraq turnirin qalibindən yarım xal geri qalmışdır.

Həşimovun daha yüksək nəticə göstərməsinə sonuncu turda Hikaru Nakamura (ABŞ) ilə heç-heçə oynaması mane olmuşdur. Birinci yer uğrunda mübarizədə Vüqarın əsas rəqibləriPyotr Svidler (Rusiya) Vadim Milov (İsveçrə) isə finişdə müvafiq surətdə Pentala Harikrişna (Hindistan) Boris Avruxu (İsrail) məğlubiyyətə uğradaraq, çıxışlarını 8 xalla başa vurmuşlar.

Baş mükafatın sahibi Svidlerlə Milov arasında keçirilmiş tay-breyklərdə müəyyənləşmişdir. Rusiyalı qrossmeysterqısagörüşlərdə 2:0 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olmuşdur.

 

 

O.BAYRAMOV

 

Xalq qəzeti.-2009.-7 fevral.-S.8.