“Humanizm və xeyirxahlıq missiyası” kitabının
oxucu müzakirəsi keçirilmişdir
Cəfər Cabbarlı
adına Respublika Gənclər Kitabxanasında Azərbaycan
Yazıçılar Birliyinin üzvi, hüquq elmləri namizədi
Əli Eyvazovun Heydər Əliyev Fondu tərəfindən həyata
keçirilən çoxşaxəli və
genişmiqyaslı layihələrə həsr olunmuş
“Humanizm və xeyirxahlıq missiyası” kitabının oxucu
müzakirəsi keçirilmişdir.
Tədbirdə mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva,
bölmə müdiri Lətifə Məmmədova, Azərbaycan
Yazıçılar Birliyinin katibi, xalq
yazıçısı Çingiz Abdullayev,
yazıçı Natiq Rəsulzadə, Rusiya
Federasiyasının Azərbaycandakı səfiri Vasili
İstratov, professor Abuzər Xələfov və digərləri
çıxış edərək kitabın məziyyətlərindən
danışmışlar.
Qeyd olunmuşdur ki,
“Nurlan” nəşriyyatı tərəfindən çap
olunmuş, nəfis tərtibatı, yüksək poliqrafiq
keyfiyəti ilə diqqəti cəlb edən kitabda zaman
etibarı ilə çox qısa müddətdə millət
və dövlət maraqları baxımından strateji əhəmiyyət
daşıyan bir sıra layihələri gerçəkləşdirərək
cəmiyyətdə mərhəmət və
xeyirxahlığın ali ünvanına çevrilmiş,
ümummilli liderimizin adını ləyaqətlə
daşıyan Heydər Əliyev Fondunun həyata keçirdiyi
xoş məramlardan söhbət açılır. Eyni
zamanda, kitabda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın yüksək
humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi
keyfiyyətləri öz əksini tapmışdır.
Bildirilmişdir ki, ümummilli liderimizin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ideyalarının geniş təbliğ olunaraq həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması qloballaşma dövründə xüsusən aktualdır. Məhz bu zərurətdən yaranmış Heydər Əliyev Fondu hələ sağlığında canlı əfsanəyə çevrilmiş ulu öndərimizin zəngin dövlətçilik irsinin öyrənilməsi və gənc nəslə təlqin edilməsi, onun ölməz ideyalarının gerçəkləşdirilməsi prosesində yaxından iştirak edir. Fond geniş ictimaiyyyətlə əlaqələri möhkəmləndirməklə Azərbaycanın hərtərəfli inkişafına, ölkəmizdə vətəndaş cəmiyyətinin bərqərar edilməsi prosesinə layiqli töhfəsini verir.
Millətin işıqlı gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu qısa müddətdə bir çox insanların ümid yerinə çevrilmişdir. Ümummilli liderimizin ölməz ideyalarının layiqli daşıyıcısına çevrilmiş fond hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir. İnsanlara ən müxtəlif səviyyələrdə yardım göstərməklə cəmiyyətdə yalnız sağlam ənənələrin, zəngin əxlaqi-mənəvi dəyərlərin möhkəmlənməsinə çalışır. Bu xeyirxah missiya köməksizə əl tutmaq, çarəsizdə ümid yaratmaq, bir sözlə, insanlara səmimi diqqət və qayğı istəyindən qaynaqlanır. Bunun nəticəsi kimi 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə isə İSESKO-nun xoşməramlı səfiri kimi yüksək titula layiq görülmüş Mehriban xanım Əliyevanın özünün də vurğuladığı kimi, fondun çoxşaxəli fəaliyyətinin bir başlıca qayəsi var–insanlara təmənnasız yaxşılıq etmək.
Vurğulanmışdır ki, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, nəcib və tərəqqipərvər təşəbbüslərinə görə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, 2007-ci ildə “Qızıl ürək” beynəlxalq mükafatı, Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeni ilə təltif olunan, nəhayət, 2008-ci ildə İSESKO-nun humanitar məsələlər üzrə xüsusi elçisi seçilən Mehriban xanım Əliyeva üzərinə götürdüyü şərəfli missiyanın öhdəsindən layiqincə gəlir.
Kitabda verilmiş materiallarda göstərilir ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt məhz milli genefondun qorunması, saf dəyər və duyğuların ictimai şüurda intişar tapmasıdır. Azərbaycanın birinci xanımı haqlı olaraq informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə insani və mənəvi-əxlaqi dəyərlərin yad təsirlərdən qorunmasına daha çox ehtiyac olduğunu bildirir. Bu baxımdan fondun həyata keçirdiyi xoşməramlı tədbirlər sırasında elm və təhsilə qayğının xüsusi yer tutması da təsadüfi olmayıb milli-mənəvi irsin qorunması məqsədinə xidmət edir.
Fondun son illər əldə etdiyi uğurlu nəticələrdən biri də Azərbaycanda təhsillə bağlı problemlərin həllində YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatın imkanlarından geniş istifadə olunmasıdır.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü addımlar nəticəsində respublikada gender problemlərinin həllinə geniş imkanlar açılmış, qadınların üzləşdikləri iqtisadi, sosial və mənəvi sarsıntılar geridə qalmışdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsində daha parlaq təcəssüm edir.
Kitabda toplanmış materiallar olduqca zəngindir. Bakı
Dövlət Universitetinin
professoru Nərgiz Paşayevanın, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın, tanınmış yazıçı
Oljas Süleymenovun və başqalarının
məqalələri, eləcə
də, respublikamızın
baş informasiya agentliyi olan AzərTAc-ın materialları
əsasında amalı
insanpərvərlik, xeyirxahlıq
və alicənablıq
olan Heydər Əliyev Fondunun çoxşaxəli və
genişmiqyaslı fəaliyyəti,
həyata keçirdiyi
layihələr barədə
oxucuda tam təsəvvür
yaranır.
Qeyd edək
ki, adı çəkilən kitabın
təqdimatı ilə
eyni zamanda İctimai Hüquqi-İnformasiya
Mərkəzinin 2 illik
fəaliyyətinə də
yekun vurulmuş, iştirakçılara onlayn
video konfrans vasitəsi
ilə Moskvadakı mərkəzlə əlaqəyə
girərək, müxtəlif
suallar vermək imkanı da yaradılmışdır.
Bildirilmişdir ki, İctimai Hüquqi-İnformasiya Mərkəzində
istifadəçilərə hüquq sahəsinə aid
çoxlu kitablar, dərsliklər, habelə
məcəllə və
qanunlar təqdim edilir. Bu mərkəzdən
Rusiya Federasiyasında
yaradılmış unikal
və geniş əhatəli qanunvericilik bazasına daxil olmaq mümkündür.
Sözügedən arxiv sənədləri
yalnız Moskva və Sankt-Peterburqun aparıcı arxiv və kitabxanalarında saxlanılır. Sənədlər (qanunlar, fərmanlar, sərəncamlar) XVII-XXI əsrləri
əhatə edir.
Bu sənədlərin bir çoxunun əsli artıq nadir (raritet) nüsxələr hesab olunur. Bazada Zaqafqaziyaya, Bakı, İrəvan və s. quberniyalara aid maraqlı və mütəxəssislər üçün
əhəmiyyətli olan
sənədlər mövcuddur.
Sənədlərin bir çoxu
baş vermiş tarixi hadisələri yenidən araşdırmağa
imkan verir. Bu nadir sənədlər tarixi Azərbaycan ərazilərinin xalqımıza
məxsusluğunu bir daha sübut edir.
Qabil YUSİFOĞLU
Xalq qəzeti.-2009.-10 fevral.-S.4.