Görkəmli alimin yubileyi şərəfinə

 

Bakının Nərimanov rayonundakı 200 nömrəli bağça-məktəb-lisey kompleksində görkəmli filoloq-alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Vilayət Əliyevin anadan olmasının 70 illiyinə və onun bu yaxınlarda çapdan çıxmış “Zəngəzurda qalan izimiz” kitabının təqdimatına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Görkəmli dilçi-türkoloq kimi təkcə Azərbaycanda deyil, ümumən türk dünyasında yaxşı tanınan professor Vilayət Əliyevin elmi yaradıcılığı əsasən dilçilik problemlərinə həsr olunmuşdur. Onun öz elmi səviyyəsi ilə seçilən “Azərbaycan dilində məsdər”, “Azərbaycan dilində feli bağlama”, “Azərbaycan dilində felin perifrastik formaları”, “Toponomika”, “Azərbaycan toponimiyası” və s. elmi monoqrafiyaları alimə dəyərli araşdırmalar müəllifi kimi ciddi elmi nüfuz qazandırmışdır.

“Zəngəzurda qalan izimiz” kitabı isə Vilayət Əliyevin yaradıcılığında yeni bir səhifənin başlanğıcı sayıla bilər. Elmi yaradıcılığında Vətənimizin qədim yer-yurd adlarının tədqiqinə də geniş yer vermiş alim bu kitabında indi yağı torpaqlarında qalan əzəli Azərbaycan torpaqlarının — qədim Zəngəzurun təkcə toponimikasını araşdırmır, həm də mahalın tarixi, etnoqrafiyası, folkloru, tarixi-memarlıq abidələri, görkəmli ziyalıları haqqında zəngin və maraqlı məlumat verir. Böyük vətənpərvərlik və yurdsevərlik duyğusu ilə yazılmış bu kitab həm məzmununa, həm də yazı üslubuna görə elmi araşdırma ilə bədii publisistikanın ən yaxşı keyfiyyətlərini özündə birləşdirmişdir.

Məktəbin akt zalında keçirilən tədbir Azərbaycanın Dövlət Himninin möhtəşəm sədaları ilə açıldı. Sonra şagirdlərin ifasındaZəngəzurda qalan izimizkitabı əsasında hazırlanmış ədəbi kompozisiya səsləndirildi. Kompozisiyaya kitabdakı ən maraqlı məqamlarla yanaşı həm Zəngəzur haqqında, onun ayrı-ayrı guşələri barədə folklor poeziya nümunələri daxil edilmişdi. Öz çıxışlarınıYallırəqsi ilə başa vuran məktəblilər qonaqların tamaşaçıların hərarətli alqışlarını qazandılar.

Yubiley tədbirinə dəvət olunmuş qonaqlar sırasında ölkəmizin tanınmış ziyalıları ictimai xadimlərigörkəmli alimlər professor Həsən Mirzəyev, professor Vəli Əliyev, professor Buludxan Xəlilov, professor Əzizxan Tanrıverdi, millət vəkilləri Fəzail Ağamalı, Musa Urud, Fazil Qəzənfəroğlu, Adil Əliyev, şair Oqtay Rza, “İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə, ADPU-nun ümumi işlər üzrə prorektoru Vüqar Mehrabov, eləcə mətbuat nümayəndələri vardı.

Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan məktəbin direktor müavini Xanım Sultanova Vilayət Əliyevin elmi, pedaqoji ictimai fəaliyyəti haqqında məlumat verdi, böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində, milli şüurun formalaşdırılmasındaZəngəzurda qalan izimizkimi kitabların müstəsna əhəmiyyəti olduğunu vurğuladı.

Professor Vilayət Əliyev öz çıxışında belə bir tədbirin hazırlanması keçirilməsi üçün məktəbin rəhbərliyinə kollektivinə dərin minnətdarlığını bildirdi, “Zəngəzurda qalan izimizkitabının yaranması nəşri prosesindən danışdı, sonra isə şagirdləri maraqlandıran suallara cavab verdi. Vilayət müəllim xüsusi vurğuladı ki, işğal altında qalan torpaqlarımızın azad edilməsi, Vətənimizin ərazi bütövlüyünün bərpa olunması üçün indiki gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin həlledici əhəmiyyəti vardır. Öz bilik və bacarığını bu yolda sərf etmək isə hər bir ziyalının vətəndaşlıq borcudur.

ADPU Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Həsən Mirzəyev bu kafedranın professoru Vilayət Əliyevin elmi yaradıcılığı, pedaqoji ictimai fəaliyyəti, yüksək insan keyfiyyətləri haqqında geniş danışdı, Vətənimizin düşmən əsarətində qalmış guşələri haqqında yazılmış bir çox digər kitablar kimiZəngəzurda qalan izimizkitabının da ümummilli liderimiz Heydər Əliyevin tövsiyəsi ilə yarandığını xüsusi vurğuladı.

Tədbirdə çıxış edən digər qonaqlarşair Oqtay Rza, millət vəkilləri Fəzail Ağamalı, Fazil Qəzənfəroğlu, Adil Əliyev, yubilyarın böyük qardaşı, görkəmli arxeoloq-alim, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev Vilayət müəllimin ömür yolu, dəyərli araşdırmaları, vətənpərvər bir ziyalı kimi geniş fəaliyyəti barədə danışdılar, onu yubileyi kitabının təqdimatı münasibətilə təbrik edərək yeni-yeni uğurlar arzuladılar.

 

 

İlham ABBASOV

 

Xalq qəzeti.-2009.-10 fevral.-S.7.