Avropada Boloniya prosesi onun Azərbaycanda perspektivləri

 

Azərbaycan Turizm İnstitutunda keçirilən mərasimdə Tətbiqi Tədqiqatlar Fondunun son aylarda həyata keçirdiyi respublikamızın Avropa ali təhsil sisteminə inteqrasiyası ilə bağlı islahatlara dəstək layihəsi çərçivəsində nəşr olunmuşAvropada Boloniya prosesi onun Azərbaycanda perspektivlərikitabı ictimaiyyət nümayəndələrinə təqdim olundu.

Azərbaycan Turizm İnstitutunun rektoru, nəşrin həmmüəllifi, tarix elmləri namizədi Cəfər Cəfərov layihə kitab barədə məlumat verərək bildirdi ki, ölkəmizin Avropanın sivil ali təhsil sisteminə qoşulması ilə bağlı bir sıra sualları cavablandırmaq zərurətindən yaranmış bu geniş araşdırma Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının himayəsi ilə həyata keçirilmişdir.

Ali təhsil sahəsində ölkədə keçirilən islahatlar ictimaiyyətin, xüsusən ali məktəb müəllim tələbələrinin fəallığından, onların proseslərdə yaxından iştirakından çox asılıdır. Məhz bu nöqteyi-nəzərdən həyata keçirilən layihədə Boloniya prosesi ilə bağlı nəzəri praktik məsələlərin araşdırılması ilə yanaşı, insanların diqqətini bu məsələyə daha çox cəlb etmək, onlar arasında maarifləndirmə işi aparmaq onların gücünün səfərbər olunmasına kömək etmək kimi məqsədlər qarşıya qoyulmuşdur. Fondun apardığı tədqiqatların, o cümlədən sorğunun nəticələrinə görə, Boloniya prosesinə qoşulmağın bu istiqamətdə islahatların aparılmasının özü qədər vacib olan məsələlərdən biri ali təhsil ictimaiyyətinin mümkün qədər geniş ətraflı məlumatlandırılmasıdır.

Azərbaycanın Boloniya prosesinin tələblərinə uyğun keçirdiyi islahatların uğurunun vacib şərtlərindən biri bu prosesin mahiyyətinin araşdırılması, qaranlıq ziddiyyətli məqamlara aydınlıq gətirilməsi nəhayət, onun qanunauyğunluqlarının axıra kimi dərk edilməsidir. Eyni zamanda, Avropa ali təhsil modeli Azərbaycanda tətbiq edilərkən yerli mühitin xüsusiyyətlərinin nəzərə alınması, bu təcrübənin onlara uyğunlaşdırılması, habelə bu vaxta qədər Azərbaycanın ali təhsil sahəsində toplanmış müsbət təcrübəsinin milli ənənələrinin qorunub saxlanılması inkişaf etdirilməsi günün vacib məsələlərindəndir.

Cəfər Cəfərov daha sonra qeyd etdi ki, Boloniya prosesi Avropanın özündə çoxsaylı problemlərə malikdir. Orada prosesin birinci mərhələsinin əsasən 2010-cu ildə başa çatması nəzərdə tutulmuşdur. Ona qoşulmuş bir ölkə kimi Azərbaycan ölkənin özünəməxsus reallıqlarından irəli gələn çoxsaylı məsələlərlə məşğul olmaqla yanaşı, həmin ümumi məsələlərin həllinə öz töhfəsini verməlidir. Kitabda Boloniya prosesinin ən müxtəlif cəhətləri haqqında lazımi məlumat verilir, onların mahiyyəti, məqsədləri, tətbiq xüsusiyyətləri aydınlaşdırılır. Bundan başqa, Boloniya prosesinin mərhələləri, əhatə dairəsi, iştirakçıları haqqında məlumat verilir. Müxtəlif yığıncaqlarda qəbul olunmuş sənədlərin ümumi prosesdə yeri rolu haqqında bilgi çatdırılır. Güman edirik ki, belə materialların çapı ali məktəb müəllim tələbələrinə çatdırılması ümumi işin uğuru üçün kiçik bir töhfədir. Boloniya prosesi onun Azərbaycanda tətbiqi ictimai həyatın böyük bir sahəsini əhatə etməklə, daha çox tədqiqatlara ehtiyac vardır. Hazırkı kitabça bu istiqamətdə görülmüş başlanğıc işlərdən biridir təbii ki, çatışmazlıqlardan azad deyildir. Buna görə oxucu rəyi onların tənqidi təklifləri bizim üçün dəyərlidir veriləcək rəy təkliflərə görə əvvəlcədən təşəkkürümüzü bildiririk.

Kitabın digər həmmüəllifiTurizm İnstitutu humanitar fənlər kafedrasının müdiri, tarix elmləri namizədi İbrahim Əliyev nəşr barədə daha ətraflı məlumat verərək göstərdi ki, bu vəsait Boloniya prosesinin prinsipləri əsasında Azərbaycanda ali təhsil sahəsində aparılan islahatlara aydınlıq gətirmək, yön vermək məqsədilə yazılmışdır. Layihə çərçivəsində həyata keçirilən müxtəlif tədbirlərdə, eləcə təqdim olunan kitabda Boloniya prosesinin mahiyyəti, onun hədəfləri, Avropa ali təhsil sisteminin özəllikləri diqqət mərkəzində olmuş, bu prosesə qoşulma ilə bağlı yerli şərait, tarixi reallıqlar tədqiqata cəlb edilmişdir.

Diploma Avropa əlavəsi, ali təhsildə kredit sistemi, keyfiyyət, mobillik, elmi tədqiqatlar, müəllim-tələbə münasibətləri, unversitetlərin muxtariyyəti, sənədlərin qarşılıqlı tanınması kimi məsələlərə aydınlıq gətirilmişdir. Ölkəmizin Boloniya prosesinə qoşulmasının sürətləndirilməsilə bağlı mülahizə təkliflər işlənib hazırlanmış, lazımi orqanlara çatdırılmış kitaba daxil edilmişdir.

Boloniya bəyannaməsi”, “Avropa ali təhsil zonası haqqındaPraqa bəyanatı, “Gələcəyin formalaşması”, Salamanka bəyannaməsi, “Universitetlərin ümumi xartiyası”, “Ümumavropa təhsil məkanıməqsədlərə çatılması” Bergen bəyanatı, “Avropa regionlarında ali təhsilə aid ixtisasların tanınması haqqındaLissabon konvensiyası kimi mühüm sənədlər tərcümə edilərək kitabda oxuculara təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidenti İcra Aparatı ictimai-siyasi şöbəsinin məsul işçisi Elman Paşayev, Mədəniyyət Turizm Nazirliyi mədəniyyətşünaslıq elmi-metodik mərkəzinin direktoru Vilayət İsmayılov, Təhsil Nazirliyi ali orta ixtisas məktəbləri şöbəsinin baş məsləhətçisi Nadim Nəcəfquliyev digər çıxış edənlər ölkəmizin Boloniya prosesinə qoşulmasına dəstək layihəsinin kitabın əhəmiyyətini vurğuladılar, ölkəmizin Avropa ali təhsil sisteminə inteqrasiyası ilə bağlı problemlərdən onların həlli yollarından söz açdılar.

Tədqiqatları davam etdirmək, Boloniya prosesi ilə bağlı KİV- geniş maarifləndirmə, izahat-təbliğat işləri aparmaq lüzumu da dönə-dönə səsləndi. Mərasimdə belə bir inam ifadə olundu ki, Boloniya prosesinə keçilməsi ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu çevrəsində müasir ali təhsil sisteminin formalaşmasını təmin edəcəkdir.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.-2009.-13 fevral.-S.7.