Müasir dövrün tələblərinə uyğun tədris ocağı

 

Ötən əsrin sonunda ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri də təhsil sistemini yenidən qurmaq, yeni dövrün tələblərinə uyğun köklü islahatlar aparmaq idi. Bu sahədə əsas irəliləyiş 1993-cü ildən, yəni ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra başlandı. Təcrübəli dövlət xadimi təhsil sahəsində yeni bir dönəmin başlandığını müşahidə edir və ölkənin təhsil sisteminin dövrün tələbləri səviyyəsində qurulmasına çalışırdı. Lakin bu, asan məsələ deyildi. Mütəmadi olaraq beynəlxalq təcrübə öyrənilməli, islahatlar keçirilməli və tədricən dünya təhsilinə inteqrasiya olunmaq lazım idi.

Heydər ƏliyevTəhsilsiz millətin gələcəyi yoxdurprinsipini əsas tutaraq öncə ölkədə yeni tədris ocaqlarının tikintisinə, onların maddi-texniki bazasının dünya standartları səviyyəsinə qalxmasına, savadlı, bilikli kadrların hazırlanmasına çalışırdı. Görkəmli dövlət xadimini maraqlandıran əsas məsələlərdən biri yeni dövrün tələbinə uyğun təhsildə İKT-nin geniş tətbiq olunması idi. Çünki Heydər Əliyev XXI əsrin informasiya əsri olduğunu bilir Azərbaycan təhsili sistemində bu sahədə mövcud olan geriliyi aradan qaldırmaq üçün müvafiq tədbirlər görürdü.

Təhsil Nazirliyi öz növbəsində dahi siyasətçinin tövsiyələrini nəzərə alaraq İKT-nin tədris müəssisələrində tətbiqi üçün əməli işlər görməyə başladı. Artıq tədris mərkəzlərində kompyuterləşmə prosesi gedir, məktəblər internetə qoşulurdu. Lakin yeni sahədə əsaslı problemlər hələ qalmaqda idi. Belə ki, İKT sahəsində peşəkar kadr çatışmazlığı var idi. Məhz belə bir zamanda cəmiyyətin zəruri tələbini nəzərə alan təhsil naziri M.Mərdanov Bakı Kompyuter Kollecinin (BKK) yaradılması haqqında əmr verdi.

BKK 2001-ci ilədək fəaliyyətdə olan Bakı Kompyuter Litseyinin bazasıında yaradılmış tədricən təkmilləşərək öz profilinə görə respublikamızda nadir orta ixtisas məktəblərindən birinə çevrilmişdir.

Həmçinin Azərbaycan Respubilkası Prezidenti İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş “2005- 2007-ci illərdə ümumtəhsil məktəblərində İKT-nin tətbiqi “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrəDövlət proqramları BKK-nın inkişafına geniş stimul yaratmışdır.

Kollecin təşəkkülündə onun ilk direktoru, Təhsil Nazirliyinin nəzdində yaradılanTəhsil sisteminin informasiyalaşmasıidarəsinin şöbə müdiri, fizika-riyaziyyat elmləri namizədi Bilal Hüseynovun böyük əməyi olmuşdur.

Hazırda kollektivə informatika sahəsində respublikanın tanınmış mütəxəssislərindən biri, 2000-2004-cü illərdə Dünya Bankının milli məsləhətçisi olmuş İradə xanım Səfərova rəhbərlik edir.

Bakı Kompyuter Kollecində dörd ixtisasproqramlaşdırma, kompyuterin istismarı servis xidməti, laboratoriya diaqnostikası informatika üzrə mütəxəssislər hazırlanır. Bu ixtisaslara yiyələnən tələbələr öz karyeralarını müasir dövrün tələblərinə uyğun qurur kompyuterlə bağlı olan bütün sahələrdə: dövlət qurumunda, özəl şirkətlərdə, bank işində, klinikalarda, ümumtəhsil məktəblərində s. çalışırlar.

BKK-da İKT sahəsinə meyli olan 660 tələbə 70 müəllim çalışır. Müəllimlərin 35 nəfəri İKT ilə bağlı ixtisas fənlərini tədris edir. Digər fənləri, o cümlədən, ümumtəhsil fənlərini tədris edən müəllimlərimiz öz işlərini İKT ilə inteqrasiya istiqamətində qurmağa çalışırlar. Çünki onlarRelief İnternationaltəşkilatının Azərbaycandakı nümayəndəsiMədədtərəfindən təşkil olunanİKT-nin təhsildə tətbiqiİntelgələcək üçün təhsilproqramlarının təhsil sahəsində yayılması üçün təlimlərdə fəal iştirak edirlər. Təbiidir ki, bu mütəxəssislərlə çiyin-çiyinə çalışan müəllimlərin İKT sahəsini tam mənimsəməsi şansı digər məktəblərlə müqayisədə daha böyükdür. Bir sözlə, BKK-nın kollektivi müasir tələblərə uyğun mütəxəssis hazırlamaq üçün çalışır yenilikləri qəbul etməyə tam hazırdır.

 

 

İbrahim ÖMƏROV

 

Xalq qəzeti.-2009.-14 fevral.-S.7.