O, heç kəsə bənzəmək istəmirdi

 

Azərbaycan kinosunun korifeylərindən idi Tofiq müəllim. İstedadlı, qabiliyyəti, milli mənəvi dəyərlərimizə hədsiz məhəbbəti ilə o uzun illər Azərbaycan kino sənətinin inkişafına xidmət etmişdi. Tofiq müəllim kinomuzun tarixinə çox qiymətli səhifələr yazmışdır. Bu səhifələrdə “Görüş”, “Uzaq sahillərdə”, “Mən ki, gözəl deyildim”, “Dədə Qorqud”, “Yeddi oğul istərəm”, “Bağ mövsümü”, “O dünyadan salam” kimi çox qiymətli filmlər var. Bu əsərlərin çoxu ölkənin və xarici kinofestivalların mükafatlarına layiq görülüb. Tofiq müəllimin ən böyük xidmətlərindən biri bu idi ki, onun filmlərində milli xüsusiyyətlər ustalıqla verilir, istər-istəməz onlarda Azərbaycan nəfəsi duyulurdu. Çünki Tofiq müəllim bu xalqı, bu milləti sevirdi. Onun problem və qayğılarına yaxşı bələd idi. Tofiq Tağızadə Azərbaycan kinosunda öz izini qoydu. O, filmlərində doğma torpağa, Vətənə məhəbbət hissləri aşılayır, onu sevməyin, onu qorumağın vacibliyini incə motivlərlə tamaşaçıya çatdıra bilirdi.

1919-cu il fevral ayında dünyaya gəlmişdi. Atası musiqi məktəbində işləyirdi, elə onu da həmin məktəbə skripka sinfinə qoymuşdu. Musiqi duyumu pis deyildi, amma daha çox məktəbdə təşkil olunan dram dərnəyinə meyl göstərirdi. Atası Mehdi kişinin səylərinə baxmayaraq Tofiq musiqiçi olmadı. Orta məktəbi bitirdikdən sonra Tofiq Azərbaycan Neft və Kimya İnstitutunu seçdi. Ancaq müharibə onun təhsilini yarımçıq qoydu. Sonra isə ağır müharibə yolları başlandı. Cəbhədə yaralandıqdan sonra Bakıya qayıdan gənc Tofiq komsomolda işə düzəldi. Amma incəsənətə olan sevgisi onu rahat buraxmırdı. Elə bu istək də onu Moskvadakı Ümummittifaq Dövlət Kinematoqrafiya İnstitutuna gətirdi. Sergey Yutkeviç, Lev Kulşov kimi məşhur rejissorlardan dərs aldı.

1953-cü ildə məktəbi bitirən sonra təyinatını “Mosfilm”ə alsa da, doğma torpaq onu çəkirdi. Özü də istəyirdi ki, Bakıya qayıtsın, burada filmlər çəksin. Beləliklə, 1955-ci ildə Bakıda “Görüş” filmini çəkdi. Tofiq müəllim çox həyəcan keçirirdi. Deyirdi ki, bu film mənim üçün bir növ sınaq imtahanı oldu. Çox məsuliyyətlə işləmişdi və filmin yaxşı olacağına şübhəsi yox idi.

“Görüş” uğurlu alındı, bu nailiyyət onun gələcək yaradıcılığı üçün bir növ stimul yaratdı. Bir az komik səpkidə işlənmiş bu filmdə çox maraqlı epizodlar var. Film “xalqlar dostluğu” mövzusuna həsr olunsa da orada milli dəyərlərə xüsusi diqqət yetirilib.

1958-ci ildə “Uzaq sahillərdə” filminə quruluş verən gənc rejissor artıq müəyyən təcrübəyə malik idi. Onun yaranma tarixi, ekran müvəffəqiyyətləri barədə bir çox məqalələr dərc olunub. Film dünyanın bir çox ölkələrinin ekranlarında böyük müvəffəqiyyətlə nümayiş etdirilib və Azərbaycan qəhrəmanı, kəşfiyyatçı Mehdi Hüseynzadə haqqında həqiqətləri dünyaya yayıb.

“Əsl dost”, “Mateo Falkone”, “Mən rəqs edəcəyəm” kimi filmləri ilə kinomuzun maraqlı nümunələrini yaradan rejissor 1965-ci ildə “Arşın mal alan” filminin yeni rəngli variantını ekranlaşdırdı. Bu filmdə o çox da yeniliklər etməyib. Deyirdi ki, məqsədim Üzeyir bəyin ruhunu saxlamaqdır. Filmdə uğurlu aktyor ansamblı onun maraqlı alınmasında əsas rol oynamışdır.

T.Tağızadə kino çəkməyə təzə başladığı vaxtlarda həmişə bu sənətdə təsadüfi adamların olmasından qorxurmuş. “Təsadüfi adamların film çəkməsi təhlükəlidir. Çünki onlarınəsərləri" sənətdən uzaq olduğu üçün tamaşaçıların illərdən bəri formalaşmış yüksək zövqlərini korlaya bilər. Bu, çox qorxulu haldır bunun qarşısı alınmalıdır" - deyirdi. Ancaq onun filmoqrafiyasında yer alan Azərbaycan kinosuna uğur gətirənƏmək qızılgül”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Evin kişisibədii filmləri rejissorun bu sənətdə təsadüfi adam olmadığını sübut etdi. RejissorunMən ki gözəl deyildimfilmi müharibə mövzusunda çəkilən ən yaxşı ekran əsərləri sırasına daxil oldu. Filmin mərkəzində atası cəbhədə həlak olmuş Səidə adlı gənc qızın taleyi dururdu. Film 1969-cu ildə Kiyevdə Zaqafqaziya Ukrayna respublikalarının III zona kinofestivalında mükafat qazandı. Aktrisa Xuraman QasımovaQadın rolunun ən yaxşı ifasına görə diploma layiq görüldü. Filmləri haqqında söz düşəndə T.Tağızadə belə deyirmiş: “İndiyədək 15 film çəkmişəm. Hamısı da müxtəlif mövzuda, müxtəlif planda, müxtəlif xarakterdə. Bəzən mənə elə gəlir ki, hələ öz mövzumu tapa bilməmişəm. Ancaq onu deyə bilərəm ki, sənətkar hansı mövzuya əl atırsa atsın, o mövzu onu cəlb edib düşündürməli, mühüm problem qaldırmalı, xalqın nəbzini tutmalı, müasir tələblərə cavab verməlidir... Kinoda rejissorun vəzifəsi bundan ibarətdir. Axı, rejissor filmin əsas ağırlığını öz üzərinə götürür”. Rejissora uğur gətirən, adını kino tariximizdə əbədiləşdirən filmləri sırasında heç şübhəsiz, “Yeddi oğul istərəmmühüm yer tutur. Bu gün sevə-sevə baxılan film təkcə rejissoruna deyil, bütün qəhrəmanlarına olmazın şöhrət gətirdi. Rejissorun bir neçə filmində çəkilən Həsən Məmmədov həmişə deyərmiş: “Tofiq Tağızadə kamil sənətkar idi. Onun gözü sərraf gözü idi, güclü intuisiyası vardı. Yəni film üçün aktyor seçəndə çox nadir hallarda yanılırdı. Kinoda belə bir fikir var: rollara düzgün seçilmiş aktyor ansamblı filmin müvəffəqiyyətinin yarısı deməkdir. Bu, həqiqətən belədir. İnanırsan ki, çəkdiyin əmək hədər getməyəcək. Tofiq Tağızadə rollara elə aktyorlar axtarıb tapırdı ki, sanki bu rol elə əvvəlcədən həmin aktyorun boyuna biçilibmiş. ”Yeddi oğul istərəm" filmindəki yeddi oğulun hamısı aktyor seçimi baxımından çox uğurlu alınmışdı".

Həyatın əbədi sualları haqda çəkilən filmlər çox zaman özünün metafizik açıqlamaları ilə tamaşaçını çaşdırır onu daha güclü xaosda əzab çəkməyə vadar edir. Tofiq Tağızadənin filmləri bu qəbildən olmasa da, bu filmlərdə bəşəriyyəti həmişə düşündürmüş həyati müşküllər tam əbədi suallar səviyyəsində təzahür edir. Onun filmlərində tamaşaçı üçün qaranlıq heç qalmır.

Dədə Qorqudfilmi rejissorun çox qiymətli işlərindəndir. Bu film Azərbaycan xalqının tarixinin çox qiymətli məqamlarının ekranda canlandırılması sahəsində uğurlu addım idi. “Dədə Qorqudun ekrana gətirilməsi, əslində, olduqca çətin idi. Amma rejissor bu işi öhdəsindən gələ bildi tariximiz, milli mənəvi dəyərlərimiz haqqında çox maraqlı bir film yarada bildi.

Bağ mövsümüfilmini çəkdi. Deyirdi ki, mən öz şəxsiyyətinə hörmət edən adamları çox sevirəm. Bu filminin qəhrəmanı da belə insandır. İstərdim ki, belə insanlardan ətrafındakılar nümunə götürsünlər".

Tofiq müəllim həmişə deyirdi ki, bircəÖlüləri çəkə bilsəm, dərdim olmazdı. Bu əsəri ekranlaşdırdı da. Amma bu elə vaxt idi ki, artıq kino maliyyə böhranı içərisində idi. Ona görə özü pul tapdı filmi çəkdi. Adını da “O dünyadan salamqoydu.

T.Tağızadə təkcə filmlər çəkmirdi. Uzun illər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi işləyən rejissorun respublikamızda kino işinin təşkilində milli kino kadrlarının hazırlanmasında böyük xidmətləri olub. O, Azərbaycan SSR Ali Sovetinin deputatı kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməklə bərabər, ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edirdi.

Tofiq TağızadəXalq artistifəxri adına da layiq görülmüşdü. Ölkənin yüksək mükafatlarını almışdı.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-14 fevral.-S.8.