“Nəslimin yarpaq tökümü” başa çatdı

 

Dırnaq arasında verilən sözlər mənə yox, atam – xalq şairi Qabilə məxsusdur. Xalq şairi Nəbi Xəzri ilə vida mərasimində çıxış edərkən bu sözləri demişdi. Nəbi Babayev, Bəxtiyar Vahabzadə və Qabil İmamverdiyev 1944-cü ildə ədəbiyyata gəlmişdilər. 2007-ci ilədək bu ədəbi nəsildən üçü qalmışdı. Nəbi Xəzri vəfat edəndə atam “Nəslimin yarpaq tökümü başladı” demişdi. Bir az keçmiş bu ağacdan bir yarpaq da düşdü. Xalq şairi Qabil də dünyasını dəyişdi. Fevralın 13-də isə xalqımız ədəbiyyatımıza 65 illik yaradıcılığı ilə böyük töhfələr vermiş bir nümayəndəsini də itirdi. Bəxtiyar Vahabzadə vəfat etdi. Atamın “Nəslimin yarpaq tökümü başladı” ifadəsini dəyişməli oldum. Çünki 1944-cü ildə ədəbiyyata gələn nəslin yarpaq tökümü artıq başa çatdı.

Mən ona Bəxtiyar əmi deyə müraciət edirdim. Qonşu idik. Hüsü Hacıyev küçəsi, ev 19-da – 5-ci mərtəbədə onlar, 4-cü mərtəbədə isə biz yaşayırdıq. SonralarBakı Dövlət Universitetinin filologiya fakültəsinin 5-ci kursunda oxuyanda diplom rəhbərim olmuşdu. Mövzum isəİsmayıl Şıxlının tənqidi yaradıcılığıidi. O da bizim 3-cü mərtəbədə yaşayan qonşumuz, həm kirvəm idi. Dövlət imtahan komissiyasının sədri isə 5-ci mərtəbədəki qonşumuz şair, professor Qasım Qasımzadə idi. Kafedra müdiri isə qonşumuz İsa Hüseynovun bacanağıprofessor Cəlal Abdullayev idi. Bunları sadalamaqda məqsədim var. Bir dəfə atamla Bəxtiyar əmi həyətdə söhbət edirdilər. Yaxınlaşıb dedim:

- Papa, Bəxtiyar əmiyə sözüm var. Peşman oldum yaxınlaşmağıma. Düşdü atamın üstünə ki, “Qabil, bu deməkdir, ”Papa" nədir? Sənin oğlun belə deyəndən sonra, onda başqalarından gözləyək". Atam da zarafata salıb “Papa rus sözü deyil, uşaq fransızca danışır” – dedi. isə dedim ki, “Bəxtiyar əmi, bəs Sizə gəlmək istəyirəm”. Atam da, o da çox təəccübləndilər ki, bu rəsmiyyətdir, gəlirsən gəl . Görəsən, olub? Dedim ki, Bəxtiyar əmi, diplom rəhbərimsən. Hardan başlayım, yazım? Dedi ki, “ A bala, get yaz”. Özləri isə söhbətlərinə davam etdilər. Nəsə cavab məni açmadı. Durduğum yerdən tərpənmədim. Gördülər ki, getməmişəm, durub gözümü döyürəm, bu dəfə atam dilləndi.Sənə deyir ki, get yaz da...” Sonradan bu sözlərin mənasını başa düşdüm. Yəni ki, atan şair Qabil, diplom rəhbərin Bəxtiyar Vahabzadə, mövzun İsmayıl Şıxlı, komissiya sədri Qasım Qasımzadə, kafedra müdiri professor Cəlal Abdullayevsvetaforun bütün işıqları yaşıldır.

Qeyd etdiyim kimi, bizim həyət canlı muzey idi. Görkəmli şair yazıçıların əksəriyyəti burada yaşayırdılar. 1976-cı ildə Azərbaycan Dövlət mükafatına həyətimizdən 4 namizəd var idi. Qabil, Bəxtiyar Vahabzadə, İsa Hüseynov bəstəkar Xəyyam Mirzəzadə. Qaydalara görə üç yazıçıdan yalnız biri bu mükafata layiq görüləcəkdi. Mərkəzi Komitənin birinci katibi ədəbiyyatı çox gözəl bilən, yazıçıları yaxşı tanıyan Heydər Əliyev idi. Namizədlərin hamısı güclü layiqli idi. Bu da seçimi çətinləşdirirdi. Necə deyərlər, yüksək mükafat iki dostu, qonşunu, ədəbiyyata bir gündə qədəm qoyan iki şairi rəqib etmişdi. Yaxşı ki, bu rəqabəti Heydər Əliyev özünəməxsus müdrikliklə həll etdi. Dörd laureat yerindən savayı xüsusi olaraq Qabil Bəxtiyar Vahabzadə üçün əlavə iki laureat yeri ayrıldı. 1976-cı ildə Azərbaycan tarixində müstəsna olaraq Dövlət mükafatına 4 yox, 6 nəfər sahib oldu.

Bəxtiyar Vahabzadə böyük şair olmaqla, həm böyük ictimai xadim idi. Müstəqilliyimiz tarixində onun oynadığı rol bir məqaləyə sığmaz. Müstəqillik isə onun həyatında 1991-ci ildə yox, 1944-cü ildə başlanmışdı. Qələmiylə dilimizin, xalqımızın, milli mənəviyyatımızın qorunmasında müstəsna xidmətləri olmuşdu. Mən bunlardan yalnız bir məqamı qeyd etmək istərdim.

1991-ci ilin noyabr ayı idi. Heydər Əliyev Azərbaycan Ali Sovetinin deputatı kimi tarixi çıxışını etdikdən sonra ona qarşı hücumlar başlandı. Atam özünə yer tapa bilmirdi. Heydər Əliyev kimi böyük şəxsiyyətə bu cür münasibətdən hiddətlənmişdi. Səhəri gün Bəxtiyar Vahabzadənin parlamentdəki çıxışı ürəyimizdən tikan çıxartdı. Bu vətəndaş şairin vətəndaş mövqeyi idi. Günorta atama zəng elədi.Heydər Əliyevə dayaq olmalıyıq” – dedi. O vaxtadək atam müxtəlif yazılarla bu böyük şəxsiyyətin müdafiəsinə qalxmışdı. Harada görürdüsə ona böyük hörmət ehtiramla yanaşırdı, söhbətləşirdilər. Lakin harada yaşadığını bilmirdi. Bəxtiyar əmi onun qardaşı Cəlal Əliyevgildə yaşadığını söylədi. Telefon nömrəsini verdi. Atam əvvəl Cəlal müəllimlə, sonra isə Heydər Əliyevlə danışdı. Ürəyini boşaltdı. Xatirələri yada saldılar. Bəxtiyara halal olsun dedilər. Sonra isə atamÖmür həblərikitabına 16 misralıq avtoqraf yazdı. mən Cəlal müəllimgilə gedərək onu təqdim etdim.

Günlərin bir günü atam sevincək evə gəldi. Dedi ki, Nizami adına muzeydən gəlirəm. 1944-cü ildə mənim Bəxtiyara, onun isə mənə yazdığı şeiri tapıblar, surətin çıxarıb mənə verdilər. Oxudu. 60 il əvvəl yazdıqlarına belə qiymət verdi: “Uşaq olmuşuq e...Heç 18 yaşında da adam belə şey yazar?” 18 yaşlı şairlərin yazdığını 65 ildən sonra Sizə təqdim edirəm.  

 

 

Mahir Qabiloğlu

 

Xalq qəzeti.-2009.-15 fevral.-S.6.