Servantes Teatrı Teymur Rəcəbovu gözləyir

 

İspaniyanın Linares şəhərinin Servantes Teatrının səhnəsində beynəlxalq dairələrdəşahmat Uimbldonuadlandırılan superturnirin açılış mərasimindən onun iştirakçılarını üç gün ayırır. Ən yüksək — 21-ci kateqoriyalı bu yarış 26-cı dəfə starta çıxacaq turnirdə qələbəyə səkkiz məşhur iddiaçıdan biri, artıq xəbər verdiyimiz kimi, Azərbaycan şahmatının lideri Teymur Rəcəbov olacaq.

QrossmeysterimizReal”ın Barselona”nın vətəninə yaxşı əhval-ruhiyyə ilə yola düşür. Yanvarda Rəcəbov Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilmiş 19-cu kateqoriyalı superturnirdə 14 iştirakçının rəqabətində ikinci mükafatçı olmuşdur. Ötən ilin yekunlarına görə FİDE-nin reytinq cədvəlində altıncı pilləyə yüksələn Azərbaycan təmsilçisi qarşıdakı turnirdə də öz istedadını tam göstərə bilsə, aprelin 1-də Beynəlxalq Şahmat Federasiyası yeni reytinq siyahısını açıqlayanda indiki mövqeyini bir qədər də yaxşılaşdıra bilər.

Burada xatırlatmaq yerinə düşər ki, dekabrda “Qran-Pri” yarışları seriyasından üçüncü turnir olan Elista Mərhələsində rusiyalılar Dmitri Yakovenko və Aleksandr Qrişukla ilk üç yeri bölüşdürən Teymur hazırda üç mərhələnin (bildiyiniz kimi, “Qran-Pri”nin ilk iki turniri Bakı və Soçidə təşkil olunmuşdu) ümumi yekununda 363,33 balla liderdir. İkinci yerin sahibi çinli Van Yue ondan 10 xal geri qalır. Üçüncü mövqedə isə Azərbaycan şahmat məktəbinin digər yetirməsiVüqar Həşimovdur (328,33 bal). Əlbəttə, “Qran-Pri”nin üç mərhələsindən sonra üç liderdən ikisinin həmvətənlərimiz olması ölkəmizin idman ictimaiyyəti üçün çox fərəhlidir.

İndi isə Teymur Rəcəbov (2761) Linares superturniri ərəfəsindədir. Mükafat fondu 314 min avro olan (bu məbləğin 100 mini qalibə çatacaq) iki dövrədən ibarət çox nüfuzlu yarışda azərbaycanlı qrossmeyster Vişvanatan Anand (Hindistan, 2791), Vasili İvançuk (Ukrayna, 2779), Maqnus Karlsen (Norveç, 2776), Levon Aronyan (Ermənistan, 2750), Van Yue (Çin, 2739), Aleksandr Qrişuk (Rusiya, 2733) Leniyer Domingesin (Kuba, 2717) hər birinə qarşı iki görüş keçirəcəkdir.

Birinci turu fevralın 19-na təyin edilmiş turnir Rəcəbovun ad günü ərəfəsindəmartın 7-də başa çatacaq. Finişdən beş gün sonramartın 12-də Teymurun 22 yaşı tamam olacaq. Linaresdə uğurlu nəticə mükafata layiq yer onun öz ad gününə ən yaxşı hədiyyə olar.

Superturnirin ən yaşlı iştirakçıları isə İvançukla Anand olacaq. Bu il martın 18-də Vasili, dekabrın 11-də Vişvanatan 40 yaşlarını qeyd edəcəklər. Qarşıdakı yarışın ən gənc iştirakçısı Karlsenin noyabrda hələ 19 yaşı tamam olacaq.

Adları bütün şahmat aləmində böyük hörmətlə çəkilən bu şahmatçıların hər biri, eləcə onların rəqibləri yaşlarından təcrübələrindən asılı olmayaraq, şübhəsiz, Linaresin Servantes Teatrının səhnəsində hamıdan yaxşı çıxış etmək istəyəcək. Görək, baş rolu kim oynayacaq?

 

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.-2009.-15 fevral.-S.8.