Təhsilə qayğı ölkənin gələcək inkişafına zəmanətdir

 

Son illər müstəqil Azərbaycanımız sürətlə inkişaf etməkdədir. Ulu öndər Heydər Əliyevin başladığı islahatlar uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyev ideyalarının davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın davamlı inkişafını təmin etmiş, ölkəmiz Qafqazda lider dövlətə çevrilmişdir.

Azərbaycanda təhsil islahatı da dönmədən həyata keçirilməkdədir. 1999-cu il iyunun 15- ulu öndərin imzaladığıTəhsil İslahat Proqramımilli təhsilimizin sonrakı dövrdə inkişafına bir növ stimul yaratmışdır. Azərbaycan xalqının böyük oğlu, görkəmli siyasi xadim Heydər Əliyev təhsili millətin gələcəyi adlandırırdı. Ona görə ulu öndər ölkə iqtisadiyyatı sabitləşdikdən sonra təhsil sahəsində islahatın başlanmasını zəruri şərt kimi qarşıya qoydu. Amma 90- illərin əvvəllərindən bərbad hala salınmış məktəblərimizin yeniləşməsi üçün zaman lazım idi.

Ulu öndərin siyasi kursunun ləyaqətli davamçısı olan Prezidentimiz cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlardan təhsilin inkişafını diqqət mərkəzində saxladı. İlk növbədə təhsilin inkişafı üçün vacib olan informasiya-kommunikasiya texnologiyalarının ümumtəhsil məktəblərində tətbiqi ilə bağlı Dövlət Proqramının qəbul edilməsi haqqında sərəncam imzaladı. 2004-2007-ci illəri əhatə edən bu proqramda orta ümumtəhsil məktəblərinin kompyuterləşməsi istiqamətində işlərin aparılması nəzərdə tutulurdu. Kompyuter dəstlərinin alınması, onlar üçün avadanlıqların təmin olunması, kadr probleminin həlli s. proqramda öz həllini tapmışdı. Nəzərdə tutulurdu ki, üç il ərzində hər 33 şagirdə bir kompyuter nisbəti həll olunsun. Zaman ötdü, artıq Təhsil Nazirliyi bu proqramın reallaşmasını tamamilə başa çatdırmışdır. İndi hər 29 şagirdə bir kompyuter nisbəti həll olunmuşdur. İndi Bakı şəhərində elə bir məktəb tapılmaz ki, orada kompyuter sinfi, bu sahədə ixtisaslı müəllim olmasın.

Rəhbərlik etdiyim 5 nömrəli orta məktəbdə 2 kompyuter sinfi vardır onlarda 22 kompyuter yerləşdirmişik. Şagirdlərimiz burada kompyuterin sirlərinə yiyələnirlər. Onu da deyim ki, son zamanlar elektron dərsliklər yaranmışdı. Bu dərsliklərdən uşaqlar istifadə etməyə başlamışlar. İndi artıq məktəblərimizdə İKT-nin tətbiqinin vəziyyətini, müəllimlərin təcrübəsini öyrənmək məqsədi ilə nümunəvi dərslər keçirilir. Bu günlərdə bizim məktəbdə belə dərslər keçirildi. Təhsil Nazirliyindən Azad Mehdiyev, Ayaz Abasov, Təhsil sisteminin informasiyalaşdırılması idarəsindən Elvin Rzayev, Bakı Şəhər üzrə Təhsil İdarəsindən Camal Bağırov, Yeganə Hüseynova, Həvva Əsgərova, Təhsilə Yarldım Mərkəzindən Almaz İsmayılova, “Azərbaycan müəllimiqəzetindən Rəşad Ziyadov başqa mütəxəssislərin iştirakı ilə keçirilən dərslər bir daha göstərdi ki, artıq bu sahədə xeyli irəliləyişlər var şagirdləriniz kompyuterlərlə sərbəst işləmək bacarığına yiyələnmişlər.

Azərbaycanda təhsilin keyfiyyətində, onun məzmunca yeniləşməsində əsaslı nailiyyətlər əldə olunmuşdur. Əvvala onu deyim ki, dərslik sahəsində islahatların aparılması öz müsbət nəticəsini vermişdir. Son bir neçə ildə məktəblərimizə yeni, milli ruhda dərsliklər göndərilir. Təhsil naziri Misir Mərdanov bu məsələyə xüsusi diqqət yetirir hər dəfə çıxışlarında yeni dərsliklərin, dərs vəsaitlərin yaradılması istiqamətində aparıldığını bildirir. Artıq neçə ildir ki, məktəblərə bütün dərsliklər beləcə pulsuz paylanılır. Bu dövlət başçımızın təhsilə göstərdiyi qayğının əyani nümunəsidir.

Azərbaycanda məktəb tikintisi son illər böyük sürətlə inkişaf etməkdədir. Bu, biz təhsil işçilərini xüsusilə sevindirir. 2003-cü ildə ulu öndər Heydər Əliyevin yeni məktəblərin tikintisi, köhnə məktəblərin əsaslı təmiri üzrə imzaladığı Dövlət Proqramı artıq həyata keçirilmişdir. Cənab Prezidentimiz İlham Əliyev hakimiyyətə gələndən sonra bu sahənin inkişafı daha da sürətləndi. Təhsil Nazirliyi nəzdində Əsaslı Tikinti İdarəsinin yaradılması bu işə xüsusi təkan verdi. Heç təsadüfi deyil ki, son beş ildə 160 yeni məktəb tikilib istifadəyə verilmişdir. Həmin məktəblər müasir avadanlıqlarla, laboratoriyalar, kitabxana, idman zalı, kompyuter otaqları ilə təmin olunmuşdur.

Məktəb tikintisindən danışarkən Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə regionlarımızda, eləcə Bakı digər şəhərlərdə yeni məktəb binaları tikilib istifadəyə verilmişdir.

Möhtərəm Prezidentimiz öz çıxışlarında gələcəkdə ölkəmizdə məktəb tikintisinin davam etdiriləcəyini bildirmişdir.

Son beş ildə milli təhsilimizin inkişafı ilə bağlı 16 Dövlət Proqramı qəbul olunmuşdur. Bu bir daha göstərir ki, ölkəmizdə təhsilə dövlət qayğısı ilbəil artır.

Təhsilin təkcə maddi bazasının möhkəmləndirilməsi deyil, həmçinin, onun keyfiyyətinin yaxşılaşması istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Möhtərəm Prezidentimizin sərəncamı ilə hər ilən yaxşı məktəb”, “ən yaxşı müəllimnominasiyaları üzrə müsabiqə keçirilir. Ötən il bu müsabiqənin yekunları göstərdi ki, doğrudan da təhsili müasir üslubda qurmağı bacaran məktəblər müəllimlər bu müsabiqədə qalib oldular. 50 məktəbin hər biri 10.000 manat, 100 müəllimin hər biri isə 5000 manat məbləğində mükafatlandırıldı. Bu il isə müsabiqəyə daha çox məktəb müəllim qoşulmuşdur. Bizim məktəbin iki nəfər müəllimi bu müsabiqəyə sənəd vermişdir. Söz yox ki, bu məktəblərimiz arasında bir növ yarışmadır hər məktəb istəyəcək ki, tədrisin keyfiyyətini daha da yüksəltsin.

Son illər mərkəzləşmiş buraxılış test imtahanlarının keçirilməsi təhsilin keyfiyyətinə öz təsirini göstərmişdir. Bu tədricən aparıldı artıq ölkənin bütün məktəbləri bu işə qoşulmuşlar. İlkin nəticələr qənaətbəxşdir. Belə ki, test imtahanları verən şagirdlər ali məktəblərə qəbul zamanı daha sərbəst olur imtahan zamanı çətinlik çəkmirlər. Bunun nəticəsidir ki, son illər ali məktəblərə qəbul zamanı abituriyentlərin topladığı ballar xeyli yüksəlmişdir.

Bunu biz öz məktəbimizin təcrübəsindən aydın hiss edirik. Bizim məktəbdə 1000-dən yuxarı şagird təhsil alır. Müvəffəqiyyətlərimiz kifayət qədərdir. Məktəbimiz müasir avadanlıqlarla təchiz olunmuşdur. Təcrübəli müəllimlərimiz çoxdur onların təcrübəsinin gənclərə öyrədilməsi üçün müəyyən işlər görülür. Müxtəlif müsabiqələr keçirir, müəllimlərimiz şagirdlərimiz rayon, şəhər, respublika yarışmalarında iştirak edir, müvafiq yerlər tuturlar.

2009-cu ilUşaq ilielan olunmuşdur. Məktəbimiz bu istiqamətdə xüsusi tədbirlər planı hazırlamış ilboyu məktəbimizdə bu tədbirlər keçiriləcək.

Bir daha vurğulamaq istəyirəm ki, müstəqil Azərbaycan Respublikasında təhsil daim dövlət qayğısı ilə əhatə olunmuşdur. İnanırıq ki, milli təhsilimiz yaxın gələcəkdə daha sürətlə inkişaf edərək, dünya standartlarına cavab verəcəkdir.

 

 

Nərminə GÜNDÜZLÜ,

Bakı şəhəri 5 nömrəli

orta məktəbin direktoru

 

Xalq qəzeti.-2009.-18 fevral.-S.7.