Elmi-praktik konfrans

 

Rayon İcra Hakimiyyətində Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının təşəbbüsü ilə “Azərbaycanda aqrar sektorun problemləri” mövzusunda regional elmi-praktik konfrans keçirilmişdir. Konfransda Zaqatala, Şəki, Qax və Balakən rayonlarının aqrar sahə ilə əlaqədar dövlət qulluqçuları, mütəxəssislər, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar və fermer təsərrüfatlarının rəhbərləri iştirak etmişlər.

İlk öncə tədbirdə Azərbaycan kənd təsərrüfatının inkişafı istiqamətində ulu öndər Heydər Əliyevin xidmətlərindən bəhs edən film nümayiş etdirilmişdir.

Elmi-praktik konfransı giriş sözü ilə açan Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2008-ci ilin dünya tarixində maliyyə iqtisadi böhran ili kimi xarakterizə olunmasına baxmayaraq, ölkəmiz üçün uğurlu olduğunu, Dövlət Proqramının icrası nəticəsində respublikamızda 766 min yeni yerlərinin açıldığını, bunun da 548 mininin daimi olduğunu qeyd etmişdir. Daha sonra icra başçısı aqrar bölmənin inkişafına mühüm önəm verən ölkə Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatını iqtisadiyyatın prioritet sahəsi elan etdiyini, bu sahə ilə bağlı çoxsaylı fərman sərəncamlar imzaladığını bunun nəticəsində 2008-ci ildə rayonda aqrar bölmədə ümumi məhsul istehsalının 79,3 milyon manat olduğunu, bunun 2007-ci ilə nisbətən 9.1 faiz, 2003-cü ilə nisbətən isə 2,7 dəfə artmasını vurğulamışdır. Sonda natiq bu konfransın respublika Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatında çalışan fermerlərin, sahibkarların elm adamlarının qarşısına qoyduğu mühüm vəzifəninölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində yeni bir töhfə olacağını qeyd etmişdir.

Sonra konfransda Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının I prorektoru, iqtisad elmləri doktoru, professor Həmid ZeynalovAzərbaycanda aqrar sahənin elmi poblemləri kadr təminatı”, akademiyanın kafedra müdiri, professor Amin BabayevinƏrzaq təhlükəsizliyi ekoloji məhsul istehsalı”, dosent Firudin QurbanovunToxumçuluq işinin təşkilində problemlər onların həlli yollarımövzularında məruzələri dinlənilmişdir.

Məruzə ətrafında çıxışlar olmuşdur. Çıxış edən natiqlər qazanılan uğurlardan, mövcud problemlərdən onların həlli istiqamətində qarşıda duran vəzifələrdən geniş söhbət açmışlar.

 

Yeni körpü qaz xətti

 

Elə həmin gün rayonun Qazangül qəsəbəsində daxili imkanlar hesabına inşa olunmuş körpünün yeni çəkilmiş qaz xəttinin açılış mərasimi olmuşdur.

Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə daxilində bərqərar olmuş siyasi sabitlikdən, ölkə iqtisadiyyatının dinamik inkişafından danışmış, ulu öndərin siyasi xəttinin bu gün dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır.

Mərasimdə iştirak edən qəsəbə sakinləri son bir ildə Qazangül qəsəbəsində 360 şagird yerlik yeni məktəb 36 mənzilli yaşayış binalarının tikilməsi, qəsəbəyə mavi yanacağın verilməsi, yeni körpünün inşa olunması barədə minnətdarlıqla danışmış, qəsəbə ərazisindən keçən 1,5 kilometr magistral yolda yeni işıqlandırma sisteminin quraşdırılmasını, onun kənarında yerləşən yaşayış ictimai binaların fasadlarının, dam örtüklərinin təmir olunmasını yüksək qiymətləndirmiş, diqqət qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildirmişlər.

Tədbirin sonunda körpünün açılışını bildirən rəmzi qırmızı lent kəsilərək obyektə baxış keçirilmiş, qəsəbəyə mavi yanacağın verilməsini nümayiş etdirən məşəl yandırılmışdır.

 

 

İ.MUSAOĞLU

 

Xalq qəzeti.-2009.-19 fevral.-S.7.