Azərbaycan paytaxtı “İslam mədəniyyətinin paytaxtı” adını uğurla reallaşdırır

 

Bakının bu ada layiq görülməsi ölkəmizə müsəlman dünyasında göstərilən etimadın təzahürüdür

 

17 ildir ki, respublikamız müstəqil dövlət kimi fəaliyyət göstərir. Tarixən qısa müddətdə müstəqil Azərbaycan bir çox başqa ölkələrin 50-60 ildə əldə etdiyi nailiyyətlərə imza atmışdır. Bu nailiyyətlər cəmiyyət həyatının bütün sahələrini əhatə edir.

Ümumi daxili məhsul istehsalının artımına görə bütün dünyada lider ölkə olmağımız (iqtisadi sahə), seçki qanunvericiliyinin seçki praktikasının daha da demokratikləşdirilməsi üçün ardıcıl prinsipial tədbirlər reallaşdırmağımız (siyasi sahə), dünya ölkələri arasındaƏn islahatçı ölkəkimi qəbul edilməyimiz (maliyyə sahəsi), maddi qeyri-maddi mədəniyyət nümunələrimizin YUNESKO-nun xüsusi mühafizə olunan irs siyahısına salınması (mədəni sahə), beş ildə 700 mindən çox yeni yerinin yaradılması (sosial sahə), ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində sülh danışıqlarına göstərdiyimiz sədaqət (diplomatiya) bir çox bu qəbildən olan nailiyyətlərimiz dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Beynəlxalq ictimaiyyətin daha yüksək qiymətləndirdiyi dəyər isə Azərbaycanda milli dini tolerantlığın ən yüksək nümunəsinin yaradılmasıdır. Bu gün Azərbaycanda hər üç səmavi dinin nümayəndələri yüksək səviyyədə icmalarını təşkil ediblər müvafiq ibadətlə sərbəst şəkildə məşğul ola bilərlər. Eləcə regionda bəlkə MDB məkanında yaşayan bütün xalqların nümayəndələri az ya çox şəkildə Azərbaycanda da məskunlaşıblar. Üstəlik, onların hamısı Azərbaycanı öz doğma vətənləri kimi qəbul edir dəyərləndirirlər. Bu çoxmillətliliyi Azərbaycanın dünya iqtisadiyyatı üçün açıq ölkə elan edilməsindən sonra respublikamıza üz tutan əcnəbi şirkətlərin təmsilçiləri çoxsaylı işçi miqrantlar daha da rəngarəng ediblər. Ekspertlərin fikrincə, Azərbaycanın bu şəkildə tolerantlıq nümayiş etdirməsi xalqın milli-mənəvi keyfiyyətləri ilə yanaşı, gənc müstəqil dövlətin götürdüyü siyasi kursun mükəmməlliyindən qaynaqlanır.

Son illər ölkəmizdə sivilizasiyalararası dialoqun genişləndirilməsinə özünəməxsus töhfələr vermək üçün silsilə tədbirlər keçirilir. Sivilizasiyalararası dialoqda qadınların rolu, dialoqa siyasi partiyaların verə biləcəyi dəstək, Şərqi Qərbi təmsil edən müxtəlif iqtisadi maliyyə qurumlarının təmsilçilərinin görüşləri, İslam Konfransı Təşkilatının, GUAM-ın, NATO- nunSülh naminə tərəfdaşlıqproqramına üzv olan ölkə təmsilçilərinin toplantıları, çoxsaylı beynəlxalq qitə miqyaslı idman yarışları bir çox analoji tədbirlər Azərbaycana beynəlxalq aləmdə artan nüfuz qazandırır. Ölkə paytaxtının 2009- cu il üçünİslam mədəniyyətinin paytaxtıelan edilməsi isə müstəqil Azərbaycana göstərilən böyük etimadın təzahürüdür.

Dünya şəhərlərinəİslam mədəniyyətinin paytaxtıadının verilməsi müsəlman dünyasının ən yeni ənənələrindəndir. Bu qərar İslam Ölkələri Elm, Təhsil Mədəniyyət Təşkilatının (İSESKO) təklifi ilə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ilin sonunda Doha şəhərində (Qətər dövləti) keçirilmiş üçüncü konfransında qəbul edilmişdir. Üç il sonra isə Əlcəzairdə keçirilmiş dördüncü konfransda 2005-2014-cü illəri əhatə edənİslam mədəniyyətinin paytaxtlarıproqramı təsdiq edilmişdir.

Həmin proqrama əsasən, hər hansı şəhərin islam mədəniyyətinin paytaxtı elan olunması üçün həmin paytaxt ölkə region səviyyəsində mühüm tarixi keçmişə, islam bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi-tədqiqat, arxeoloji, təhsil mərkəzlərinə, fərdi kollektiv şəkildə mədəni tədbirlər təşkil edən qurumlara malik olmalıdır. Bütün bu göstəricilərə yüksək səviyyədə uyğun gələn Azərbaycan paytaxtı öz qədimliyi müasirliyi ilə islam dünyası rəhbərlərinin diqqətini cəlb etmiş etimadını qazanmışdır. 2007-ci ilin noyabrında Liviyanın paytaxtı Tripolidə keçirilmiş beşinci İslam Konfransında qəbul edilmiş qətnaməyə əsasən, Bakı şəhəri 2009-cu il üçünİslam mədəniyyətinin paytaxtı" elan edilmişdir. Eyni zamanda, İslam ölkələrinin mədəniyyət nazirlərinin növbətialtıncı konfransının Bakıda keçirilməsi qərara alınmışdır.

Bizim üçün daha maraqlı olan məqamlardan biri odur ki, “İslam mədəniyyətinin paytaxtıelan edilən ilk şəhər Səudiyyə Ərəbistanının Məkkə şəhəri (bu şəhər krallığın inzibati paytaxtı olmasa belə) olmuşdur. “İslam mədəniyyətinin paytaxtlarıproqramında Məkkədən sonra Bakıya etimad göstərilməsi müsəlman dünyasında Azərbaycanın qazandığı nüfuzun miqyasından xəbər verir. Əlavə edək ki, bu ada Asiya Afrikanı təmsil edən 30 şəhər layiq görüləcəkdir.

Bakının bu etimadı doğrultmasına gəlincə isə qeyd edək ki, rəsmi açılış mərasiminə qədər ölkə paytaxtında bu silsilədən olan onlarla irili-xırdalı tədbir keçirilmişdi. Açılış mərasimində isə Avropa İslam ölkələrinin mədəniyyət nazirləri, onların müavinləri, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, İslam Konfransı Təşkilatı baş katibinin müavini Atta əl-Mənnan, dövlət qurumlarının, diplomatik nümayəndəliklərin rəhbərləri, xarici qonaqlar, ziyalılar digər şəxslər iştirak edirdilər.

Əbdüləziz bin Osman əl- Tüveycri açılış mərasimindəki nitqində rəhbərlik etdiyi qurumun ümumiyyətlə, İslam dünyasının Bakıya göstərdiyi etimadı dilə gətirərək maraqlı bir fakt söyləmişdir: “Biz İSESKO- nun bu gözəl şəhərdə həyata keçirilməsi nəzərdə tutulan azı 15 təhsil, elm mədəni proqramının şahidiyik”. Yəni ilboyu Azərbaycan paytaxtında, eyni zamandaİslam mədəniyyətinin paytaxtında İSESKO xətti ilə azı 15 tədbir həyata keçiriləcək. Bu gənc müstəqil dövlət kimi Azərbaycan üçün kifayət qədər böyük nüfuz deməkdir.

Bakıİslam mədəniyyətinin paytaxtı — 2009" Mədəniyyət ilinin təntənəli açılış mərasimində geniş nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən olan bir məsələni xüsusilə qabartmışdır: “... Bizim ölkəmizdə İslam Konfransı Təşkilatı xətti ilə, İSESKO xətti ilə Avropa strukturlarının xətti ilə çoxsaylı tədbirlər keçirilir. Bəzən bu tədbirlər birgə keçirilir. Bu da çox önəmlidir. Yəni Avropa ilə İslam dünyası arasında münasibətlərin möhkəmlənməsi bizim maraqlarımıza cavab verir. Çünki əlaqələr qədər çox olsa, qədər çox qarşılıqlı anlaşma olsa, uğurlar da bir o qədər çox olacaqdır. Biz öz tərəfimizdən İslam həmrəyliyinin daha da möhkəm olması üçün bundan sonra da səylərimizi davam etdirəcəyik”.

İndiyədək həyata keçirdiyimiz tədbirlər İslam həmrəyliyinin, beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinə Azərbaycanın verdiyi töhfələrdir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.-2009.-21 fevral.-S.1.