Azərbaycan Asiya ölkələri ilə də əməkdaşlığa böyük önəm verir

 

Prezident İlham Əliyevin Küveyt səfəri zamanı imzalanmış sənədlər ikitərəfli əlaqələri daha da genişləndirəcəkdir

 

Bu gün dünya siyasətində və iqtisadiyyatında özünəməxsus yer tutan, mötəbər beynəlxalq təşkilatlarda kifayət qədər nüfuz qazanan Azərbaycan dövlətinin uğurları durmadan artır. Təbii ki, bu uğurların əsas səbəbi qəbul edilmiş siyasi kursun mükəmməlliyidir. Xüsusən xarici siyasətimizin möhtəşəm prinsiplər üzərində qurulması Azərbaycanın inkişafının əsas səbəblərindən biridir. Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyası Azərbaycanın xarici siyasətinin əsas konturlarını müəyyən etmişdi. Neft strategiyasının nəticəsi olaraq imzalanmışƏsrin müqaviləsində Qərblə yanaşı Asiyanı təmsil edən Türkiyə, Yaponiya, Rusiya Səudiyyə Ərəbistanının iştirakı, sonrakı neft müqavilələrində isə Şərqin daha çox şirkətlərinin təmsil olunması xarici siyasətimizin prioritetlərindən xəbər verirdi.

Ulu öndərin 1993-cü ildə prezident seçildikdən sonra Səudiyyə Ərəbistanı, Çin, Yaponiya, Türkiyə İrana rəsmi səfər etməsi müstəqil Azərbaycanın Şərqlə bağlılığını daha da möhkəmləndirirdi. Hindistan, Pakistan, Əfqanıstan digər Asiya ölkələri ilə iqtisadi, siyasi mədəni əməkdaşlığa böyük önəm verilməsi rəsmi Bakının BMT digər beynəlxalq təşkilatlardakı nüfuzunu daha da artırır. Bu əlaqələr ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində yeritdiyimiz xarici siyasətin daha geniş miqyasda dəstəklənməsinə zəmin yaradır. Ancaq Azərbaycanın Yaxın Orta Şərq ölkələri ilə əməkdaşlığı bizim üçün iqtisadi, siyasi mədəni aspektlərlə yanaşı mənəvi aspektdən əhəmiyyətlidir. Çünki bu ölkələrlə bizi müasir dünyada böyük nüfuza malik olan islami dəyərlər bağlayır. Eyni zamanda, Yaxın Orta Şərq ölkələri böyük enerji xammal ehtiyatına malik regiondur. Səudiyyə Ərəbistanı, İraq, İran, Suriya, Küveyt, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Yəmən Oman dünyanın ən zəngin neft qaz yatağı ehtiyatlarına malikdirlər. Azərbaycan Respublikası həm 1993-cü ildən 2003-cü ilə qədər, həm həmin tarixdən sonra bu ölkələrlə hərtərəfli əməkdaşlığa daim böyük önəm veribdir. Təsadüfi deyil ki, Yaxın Orta Şərq ölkələrinin aparıcı söz sahibi olduğu İslam Konfransı Təşkilatı Azərbacanın ərazi bütövlüyünün bərpasını zəruri hesab edən mühüm beynəlxalq sənədlər qəbul etmişdir. Elə İslam İnkişaf Bankı da məhz bu dövlətlərin səyləri nəticəsində 1994-cü ildə xaos anarxiyadan yenicə xilas olmuş Azərbaycanın iqtisadiyyatının dirçəldilməsi üçün Bakıya sərf edən şərtlərlə kreditlər vermişdi.

Ulu öndərin bu uzaqgörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Yaxın Orta Şərq ölkələri ilə əməkdaşlığın səviyyəsini yüksəldir, miqyasını genişləndirir. Dövlət başçımızın bu il fevralın 10-da Küveytə etdiyi rəsmi səfər həmin siyasi kursun tərkib hissəsi kimi qəbul edilir. Fevralın 10-da dost ölkənin paytaxtı Əl-Küveyt şəhərindəki rəsmi qarşılanmadan etibarən həyata keçirilən bütün tədbirlərdə Küveyt dövlətinin Azərbaycana böyük maraq ehtiram nümayiş etdirməsi açıq-aşkar özünü göstərirdi. Region ökələrindən birini təmsil edən mətbuat vasitələri yazmışdı ki, bu səfər İlham Əliyevin ərəb ölkələrində böyük nüfuza malik olduğunu göstərirdi.

Elə həmin ölkənin ekspertləri bu ifadəni bir qədər konkretləşdirmişdilər: “İlham Əliyev Azərbaycana ərəb dünyasında da böyük nüfuz qazandırmışdır”. Yəni Küveytdə Azərbaycan nümayəndəliyinə göstərilən isti münasibət dövlət başçımızın uğurlu xarici siyasətinin nəticəsi idi.

Təbii ki, dövlət başçılarının rəsmi səfərləri ölkələrarası münasibətlərin perspektivini müəyyən edəcək müvafiq sənədlərin imzalanması ilə xarakterizə edilir. Azərbaycan Prezidentinin bu səfəri yeni birgə fəaliyyət sahələrini müəyyən edən sənədlərin imzalanması ilə başa çatdı. Daha doğrusu, AzərbaycanKüveyt əməkdaşlığını tənzimləyən ölkələrarası sənədlərin sırasına beş mühüm sənəd əlavə edildi. Hökumətlərarası əməkdaşlığa dair birgə komissiyanın yaradılması haqqında, sərmayələrin təşviqi qarşılıqlı qorunması haqqında, ikiqat vergitutmanın aradan qaldırılması haqqında, hökumətlərarası ticarət haqqında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər AzərbaycanKüveyt əməkdaşlığını daha da genişləndirəcəkdir.

Azərbaycan Prezidentinin Küveyt dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir, vəliəhd şeyx Nəvvaf əl-Əhməd əs-Sabah, Milli Məclisin sədri Casim Məhəmməd əl-Xərafi, Baş nazir şeyx Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah, ticarət sənaye palatasının idarə heyətinin sədri Əli Məhəmməd Sünayən əl-Öənim digər Küveyt rəsmiləri ilə görüşləri mətbuat tərəfindən maraqla qarşılanırdı. Ancaq Küveyt paytaxtınınBəyansarayında hər iki ölkənin dövlət başçılarının keçirdiyi görüş daha çox yadda qaldı. Belə ki, həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyevlə Küveyt rəhbərinin iqtisadiyyat, ticarət, turizm, investisiya sahələrində əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələri başa çatdıqdan sonra dost ölkənin dövlət rəhbəri ölkəmizin Prezidentini Küveytin ən ali mükafatı olanMübarək əl-Kəbirordeni ilə təltif etdi. Prezident İlham Əliyev isə Əmir şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahı Azərbaycanın ali mükafatı olanHeydər Əliyevordeni ilə təltif etdi. Təbii ki, bu təltiflər dövlət başçılarının ölkələrarası münasibətlərin inkişafında göstərdikləri xidmətin yüksək şəkildə qiymətləndirilməsi idi.

Sonda qeyd edək ki, Azərbaycan Prezidentinin Küveyt səfəri Yaxın Orta Şərq ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə daha bir təkan verəcəkdir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.-2009.-22 fevral.-S.1.