Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyası beynəlxalq aləmdə mövqelərimizi daha da gücləndirir

 

Müasir Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi artım üzrə son illərdə qazandığı uğurlara görə dünyada lider dövlətlər sırasına qoşulmuşdur. Ötən il nəzərdə tutulmuş irimiqyaslı layihələrin müvəffəqiyyətlə həyata keçirilməsi və bu sistemin düşünülmüş şəkildə davam etdirilməsi Azərbaycanı dünyada ən islahatçı ölkə kimi tanıtmışdır.

2008-ci il bir çox böyük siyasi hadisələrlə yanaşı, dünya maliyyə və iqtisadi böhranının başlanğıc ili kimi uzun müddət yaddaşlarda qalacaq. Getdikcə dərinləşməkdə olan böhran artıq bir çox ölkələrə öz təsirini göstərməkdədir. Bunu həmin ölkələrin iqtisadiyyatında yaranmış durğunluq da təsdiqləyir. Azərbaycanda isə böhranın mənfi təsirləri özünü büruzə verməmişdir. Yola saldığımız il əksinə, bir çox nailiyyətlərə görə uğurlu il kimi yadda qalacaq və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2003-cü ildə müəyyənləşdirilmiş iqtisadiyyatın inkişaf tempinin sürətləndirilməsi strategiyasının həyata keçirilməsinin növbəti uğurlu mərhələsi kimi Azərbaycan tarixinə yazılmışdır.

Bir faktı oxucuların diqqətinə çatdırmaq istərdim. Hazırda inkişaf etmiş ölkələr də dünyanı bürüyən maliyyə və iqtisadi böhranın burulğanına düşmək həyəcanını yaşasa da, Azərbaycanda insanların həyat səviyyəsinin daha da yüksəldilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, sosial müavinətlərin artırılması istiqamətində yeni tədbirlər həyata keçirilir. Buna misal olaraq Azərbaycan Prezidentinin 9 fevral 2009-cu il tarixli sərəncamını xatırlatmaq istərdim. Həmin sərəncama əsasən bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin sığorta hissəsi artırılıb. Cənab Prezidentin bu sərəncamı xalqda bir daha əminlik yaratdı ki, dünya maliyyə və iqtisadi böhranının Azərbaycan üçün təhlükəsi yoxdur. Bununla yanaşı, 2009-cu ildə bir sıra layihələrin reallaşdırılması istiqamətində qətiyyətli addımlar atılacaq. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında da bu məsələ xüsusi olaraq qeyd edildi. Dövlət başçımız müşavirədəki dərin məzmunlu nitqində dedi: “2009-cu ildə bütün sosial məsələlər həll olunmalıdır, buna söz ola bilməz. Əlbəttə ki, maaşlar, pensiyalar — heç vaxt Azərbaycanda bu sahədə heç bir problem olmamışdır. Eyni zamanda, bizim üçün vacib olan bütün sosial proqramlar maksimum şəkildə icra edilməlidir”. Azərbaycan Prezidentinin bu tapşırığı 2009-cu ilin əvvəlində artıq öz təsdiqini tapdı. Mən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamı nəzərdə tuturam. Təbii ki, qarşıda bizi digər uğurlar da gözləyir. Maliyyə və iqtisadi böhran dərinləşsə də Azrərbaycanın inkişafı dayanmayacaq, istehlak bazarında müşahidə olunan qiymətlərin aşağı düşməsi davam edəcək. Möhtərəm Prezidentimizin də bu məsələdə mövqeyi qətidir: “2009-cu ildə, əlbəttə ki, dünyanı bürümüş böhranla bağlı müxtəlif ölkələrdə müxtəlif tədbirlər görülür, Azərbaycanda da o cümlədən. Baxmayaraq ki, ölkəmizdə bu böhranın nəticələri hiss olunmur, deyə bilərəm ki, bəzi hallarda əksinə, istehlak qiymətlərinin aşağı düşməsi hesab edirəm ki, ölkə vətəndaşları üçün çox müsbət bir haldır... Biz sadəcə olaraq istehlak bazarına daha da ciddi nəzarət etməliyik, elə etməliyik ki, süni qiymət şişirtmələri olmasın. Hesab edirəm ki, qiymətlərin aşağı düşməsi daha da sürətlə getməlidir. Həm ərzaq məhsullarının, həm tikinti materiallarının qiymətləri daha da aşağı düşməlidir və bunu etmək üçün, əlbəttə ki, bütün bu sahəyə ciddi nəzarət olmalıdır. Antiinhissar fəaliyyətini gücləndirməliyik. Əsassız inhisarçılığa, qeyri-sağlam rəqabətə son qoylumalıdır. Bu işlərlə məşğul olan tərəflər ciddi şəkildə cəzalandırılmalıdırlar ki, bu sahədə biz ciddi dönüş yaradaq. Bu sahədə maksimum şəffaflıq olmalıdır, dövlət qurumları tərəfindən bütün qanunsuz tələblər, xoşagəlməz hallar, qanunsuz müdaxilələr dərhal dayandırılmalıdır”.

Ötən il kənd təsərrüfatı, sənaye istehsalı sahəsində böyük nailiyyətlər qeydə alındı. Azərbaycanda beynəlxalq standartlara cavab verən çoxlu sayda yeni böyük müəssisələr yaradıldı. Dövlət başçısı belə müəssisələrin açılışında şəxsən iştirak edərək regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin necə yerinə yetirilməsinin şahidi olmuşdur. Belə səfərlər sırasında möhtərəm Prezidentimizin ötən ilin sonunda rayonumuzda bir sıra müəssisələrin açılışında iştirak etməsi saatlılılar üçün unudulmaz xatirəyə çevrilmişdir. Dövlət başçısı bu səfəri zamanı rayonda görülmüş abadlıq yenidənqurma işləri ilə şəxsən tanış olmuş, yeni yaradılmış müəssisələrə baxmışdır. Ümumiyyətlə, demək istərdim ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra olunmuş, 2004-cü ilin əvvəlində qəbul edilmiş proqram tam şəkildə yerinə yetirilmişdir. Bununla yanaşı, dövlət proqramına əlavə olunmuş bir çox məsələlər uğurla icra edildi. Məhz bu proqramın müvəffəqiyyətlə icra olunması sayəsində ölkə iqtisadiyyatı xeyli qüdrətlənmiş, bütün ölkədə yeni infrastruktur layihələri həyata keçirilmiş, yerləri açılmış, ümumi daxili məhsul istehsalının həcmi artmışdır. Sevindirici haldır ki, son beş ildə 766 min yeni yeri açılıb ki, bunun da 548 mini daimi yeridir. Təkcə 2008-ci ildə 120 mindən çox yeni yeri açılmışdır. Göründüyü kimi, dünya maliyyə iqtisadi böhranı ölkəmizi öz ağuşuna ala bilməmişdir. Digər ölkələrdə işsizlik yarandığı, müəssisələr öz fəaliyyətlərini dayandırdıqları bir vaxtda Azərbaycanda yeni isehsal müəssisələri yaradılmışdır. Bu da yoxsulluğun səviyyəsinin daha da azaldılmasına öz təsirini göstərmişdir. Bir fakta diqqət yetirək, 2003-cü ildə yoxsulluğun səviyyəsi 49 faiz idisə, bu göstərici 2008-ci ildə 13,2 faiz olmuşdur.

Bu fakt bir daha təsdiqləyir ki, ölkədə aparılan əsaslı islahatlar bir tərəfdən ölkəmizin iqtisadi potensialının möhkəmlənməsinə, digər tərəfdən isə insanların sosial-rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Elə 2009-cu ilin dövlət büdcəsinin əvvəlki illərlə müqayisədə artımı da əhalinin güzəranının getdikcə yaxşılaşacağından xəbər verir. Daha çox sosial yönümlü olan 2009-cu ilin dövlət büdcəsi pensiyaların, sosial müavinətlərin digər sahələrin yenidən artımına imkan yaradacaq. Nəzərdə tutulan sosial proqramların yerinə yetirilməsi buna şərait yaradacaq. Onu da qeyd edək ki, ötən il dövlətimizin sosial siyasəti çox uğurlu olmuşdur. Belə ki, minimum əmək haqqı minimum pensiyaların baza hissəsi 50 faiz artırılmışdır. Azərbaycanda orta əməkhaqqı 335 dollar səviyyəsinə çatıb. Orta pensiya həddi isə 120 dollardır. Əhalinin pul gəlirləri 36 faiz artımışdır. Bununla yanaşı, əhalinin rifah halının yaxşılaşdırılması, büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması üçün ölkə Prezidenti tərəfindən bir sıra sərəncamlar imzalanmışdır.

Çoxlarına elə gəlirdi ki, Azərbaycanın bütün sahələr üzrə inkişafı yalnız neftdən asılıdır. Son vaxtar neftin dünya bazarlarında satış qiymətinin aşağı düşməsi ölkəmizdə insanların sosial-rifah halının yaxşılaşmasına heç bir təsir göstərmədi. Yenə tikinti-abadlıq işləri davam etdirilir, yeni yollar, körpülər salınır, paytaxtın, eləcə rayonların siması dəyişilir, ərzaq bolluğunun yaradılması üçün sahibkarlara, fermərlərə güzəştlər edilir, onların normal fəaliyyət göstərmələrini tənzimləmək məqsədi ilə nəzərdə tutulan proqramlar uğurla icra olunur. Baxmayaraq ki, neftin qiyməti əvvəlki illərlə müqayisədə 4-5 dəfə aşağı düşüb.

2009-cu ilin dövlət büdcəsi 2008-ci ilin dövlət büdcəsi ilə müqayisədə daha çoxdur. Bildiyimiz kimi, dövlət büdcəsinin xərcləri 15,4 milyard dollar, icmal büdcə isə 18,4 milyard dollardır. Bu büdcə bizə 2009-cu ildə bütün sosial məsələlərin öz həllini tapmasına imkan verəcək, iri infrastruktur layihələrin uğurla davam etdirilməsi sahəsində qarşıya çıxan problemləri aradan qaldıracaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanın 18 milyard dollardan çox valyuta ehtiyatı var. Bu, qarşıda duran vəzifələrin uğurla icra olunmasına geniş imkanlar yaradacaq.

Azərbaycanda bərqərar edilmiş siyasi sabitlik, xalqla iqtidar arasında vəhdətin, möhkəm birliyin yaradılması iri xarici şirkətlərin diqqətindən yayınmır. Belə şirkətlərin rəhbərlərini ilk növbədə ölkədə yaradılmış davamlı ictimai siyasi sabitlik, dövlət başçısına xalqın inamı azad sahibkarlıq fəaliyyətinə yaradılmış şərait daha çox maraqlandırır. Bütün bunlar isə bizim ölkəmizdə yüksək səviyyədədir. Ona görə dünya maliyyə iqtisadi böhranı Azərbaycana ciddi təsir edə bilməz. Dövlət başçımızın müəyyənləşdirdiyi mükəmməl iqtisadi siyasətə uyğun olaraq Azərbaycan iqtisadiyyatının davamlı inkişafı xalqın həyat səviyyəsini daha da yüksəldəcək. Qeyri-neft sektorunun inkişafının getdikcə sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması qlobal iqtisadi böhranın ölkəmizdə hansısa fəsadlar törətməsinə yol verməyəcək. Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyası ölkəmizin beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirəcək. Azərbaycanın heç bir xarici maliyyə yardımına ehtiyacı yoxdur. Möhtərəm Prezidentimizin qətiyyətlə dediyiAzərbaycan o ölkələrdəndir ki, öz problemlərini özü həll edir, heç kimə heç nəyə möhtac deyildirmüdrik sözləri hər birimizin sabaha olan inamımızı, ümidimizi daha da artırıb. Azərbaycan çox güclü, iqtisadi cəhətdən inkişaf etmiş ölkədir. Bunu beynəlxalq aləmdə qazandığımız uğurlar da təsdiqləyir.

 

 

Hafiz MİRİYEV,

Dövlət Sosail Müdafiə Fondu

 Saatlı Rayon Şöbəsinin müdiri 

 

Xalq qəzeti.-2009.-22 fevral.-S.3.