Konstitusiyaya əlavə və dəyişikliklər cəmiyyətin sosial sifarişidir

 

Azərbaycan xalqı 2008-ci il 15 oktyabr tarixli seçimi ilə populist və irreal vədlərə deyil, əməli işə, konkret nəticəyə səs vermişdir. Bu tarixi seçim xalqımızın təkamülə əsaslanan demokratik inkişaf tərəfdarı olduğunu, ölkənin taleyini yalnız konkret proqramlara malik, çevik, işlək və monolit komandaya etibar etdiyini bir daha göstərdi. Ən müxtəlif sahələrdə səmərəli islahatlar apararaq, Azərbaycanın dinamik sosial-iqtisadi yüksəlişinin əsasını qoymuş Heydər Əliyev siyasi kursunun davam etdirilməsi 2008-ci il 15 oktyabr prezident seçkilərində cəmiyyətin böyük həlledici çoxluğunun prinsıpial iradəsi kimi önə çıxdı.

2008-ci ilin mühüm siyasi hadisələrindən biri də ölkə ictimaiyyətinin geniş müzakirə predmetınə çevirdiyi Konstitusiya islahatları ilə bağlı təşəbbüsə aydınlıq gətirilməsi oldu. 2008-ci ilin axırlarına doğru Konstitusiya islahatları ilə bağlı müzakirələr daha da intensivləşdi və Milli Məclisin payız sessiyasının son iclaslarında “Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi müzakirə edilərək qəbul olundu.

Əsas Qanuna dəyişikliklərlə tanışlıqdan aydın olur ki, irəli sürülən mühüm müddəalar xalqın və dövlətin mənafeyinə, insanların hüquq və azadlıqlarının daha etibarlı təminatına, gələcəkdə daha sürətli inkişafımıza xidmət edir. Ölkəmizdə Əsas Qanuna indiyə qədər bir dəfə, 2002-ci ildə əlavə və dəyişikliklər edilib. Amma Azərbaycanın inkişafı, sürətlə həyata keçirilən iqtısadi və siyasi islahatlar, demokratik tərəqqi sahəsində əldə edilən uğurlar bu gün Konstitusiyaya bir daha nəzər salmağı, Əsas Qanunu daha da təkmilləşdirməyi zərurətə çevirib. Məlumdur ki, konstıtusiya islahatı yeni Konstitusiyanın qəbulu və ya Konstitusiya qanunlarının təftişi demək deyildir. Bu islahatın məğzi Konstitusiyada öz əksini tapmış müddəaları genişləndirmək, insan hüquq və azadlıqlarının təminatına daha geniş şərait yaratmaq və beləliklə, Azərbaycan dövlətinin konstıtusıon əsaslarını daha da möhkəmləndirməkdir. Aydındır ki, Konstitusiya təkcə bir hüquqi akt deyil, ideoloji bir sənəd olmaqla milli qanunverıciliyin mənbəyidir. Ona görə də bu sənədə edilən hər hansı bir dəyişikliyə çox ciddi münasibət bəslənilməli, geniş müzakirələr aparılmalı və cəmiyyətin bütün təbəqələrinin münasibəti öyrənilməlidir. Bu mənada Konstitusiyaya təklif edilən dəyişikliklər, eləcə də dəyişikliklərin qəbulu ilə bağlı 18 mart 2009-cu il tarixdə keçirıləcək referendum uzun müddətdir ki, cəmiyyətdə müzakirə edilməkdədir və müzakirələrin nəticəsi sübut edir ki, konstitusiya islahatları artıq cəmiyyətin sosial sifarişinə çevrilmişdir.

Ayrı-ayrı inkişaf etmiş dövlətlərin təcrübəsi, eləcə də Azərbaycan Respublikasındakı mövcud şərait Konstitusiyanın 12, 15, 17, 25, 32, 48, 50, 67, 71-ci və s. maddələrinə təklif edilən əlavə və dəyişikliklərin mühüm xarakterik xüsusiyyətlərə və Azərbaycanın davamlı inkişafı üçün çox vacib əhəmiyyətə malik olduğunu sübut edir. Təbii ki, bu dəyişikliklərin ən ümdə məqsədi, qeyd olunduğu kimi, Əsas Qanunu dəyişdirmək yox, sadəcə, Konstitusiyada əks olunmuş müddəaları dövrün, zamanın tələbinə, eləcə də Azərbaycanın dünyadakı mövqeyinə, milli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq təkmilləşdirməkdir.

Məlumdur ki, təklif olunan əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının Konstitusiya təminatının daha da möhkəmləndirilməsinə xidmət edir. İnsan hüquqlarının təminatının genişləndirilməsinin bariz nümunəsini Konstitusiyanın 12-ci maddəsinə təklif edılən dəyişiklikdə görmək olar. Bu maddəyə təklif olunan (dövlətin ali məqsədi) dəyişikliyə görə insan və vətəndaş hüquq və azadlıqları ilə yanaşı, “Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi” dövlətin ali məqsədləri sırasına daxil edilir. Bu dəyişiklik Azərbaycanda insan hüquqlarının təminatı ilə bağlı məsələnin özünün yüksək inkişaf mərhələsinə keçdiyini göstərir. Eyni zamanda, bu maddədə “layiqli həyat səviyyəsi” ifadəsi Azərbaycan xalqının yüksək mənəvi, əxlaqi və mədəni dəyərlərə malik olduğunu, eləcə də bütün bu keyfiyyətlərin dövlətimiz tərəfindən çox yüksək qiymətləndirildiyini nümayiş etdirir.

Son illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı dövlətimizin sosial siyasətinin də güclənməsinə yol açmışdır. Təsadüfi deyildir ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərdən biri də məhz sosial siyasətin konstitusion təsbiti ilə bağlıdır. Bu, iqtisadi nailiyyətlərin insanların sosial rifahına yönəldilməsini dövlətin həm də hüquqi öhdəlik kimi üzərinə götürməsi deməkdir. Konstitusiyanın 15-ci maddəsinə “sosialyönümlü” ifadəsinin daxil edilməsilə Azərbaycan iqtısadiyyatının sosial yönümlü iqtisadiyyat kimi konstitusion-hüquqi təsbitinin nəzərdə tutulması dövlətin sosial siyasətindən və hər zaman bu siyasətin Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına xidmət edən məqsədindən qaynaqlanır.

Konstitusiyanın “Bərabərlik hüququ” adlanan 25-ci maddəsinə təklif edilən əlavələr də respublikada insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində indiyə qədər həyata keçirilmiş məqsədyönlü tədbirlər sisteminin mahiyyətindən irəli gəlir. “Mülkiyyət hüququ” adlanan 29-cu maddənin IV hissəsinə təklif edilən dəyişiklik isə hər kəsin mülkiyyət hüququnun daha səmərəli və etıbarlı təminatına xidmət edir. 32-ci (şəxsi toxunulmazlıq hüququ) maddəyə təklif edilən əlavə və dəyişikliklər hər kəsin şəxsi toxunulmazlıq hüququnun daha etibarlı təminatına xidmət etməklə yanaşı, söz, məlumat, informasiya azadlığının təminatı ilə bağlı yaranan problemlərin aradan qaldırılmasına yönəlmişdir. Bu maddənin II hissəsinə təklif edilən dəyişikliyə əsasən, “Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxılədən müdafiə hüququ vardır”. 32-ci maddənin III hissəsinə təklif edilən dəyişikliyə görə öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir: “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.

Demokratik dövlətin mühüm şərtlərindən biri sayılan vicdan azadlığı məsələsinə bu gün dünyada müəyyən hüquqi yanaşma formalaşıb. Bu yanaşmaya əsasən, hər kəs dini etiqad məsələsində sərbəstliyə malikdir və heç kim dini baxışlarına görə təqib edilə və özünün dinə münasibətini bildirməyə məcbur edilə bilməz. Konstitusiyanın 48-ci maddəsinə “Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini ayinləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz” məzmunda V hissənin təklif edilməsi Azərbaycan dövlətinin hər kəsin vicdan azadlığına necə həssaslıqla yanaşdığını, dini tolerantlıq prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir.

Konstitusiya islahatlarının vətəndaş hüquq və azadlıqlarının təminatına yönəldiyi 71-ci maddəyə təklif edilən dəyişikliklərdə özünü bir daha göstərir. Belə ki, 71-ci maddənin II hissəsinə təklif olunan “Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır” məzmunlu əlavə hər kəsin cəmiyyətdəki hüquq və azadlıqlarının çərçivəsini müəyyənləşdirir. Bu maddənin IX hissəsinə təklif olunan əlavədə qeyd olunur: “Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz”. Bu isə insan hüquqları baxımından xüsusi önəm kəsb edir.

75-ci maddəyə ikinci bir bəndin “Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur” sözlərinin əlavə edilməsi tam qanunauyğun, vacib və mənəvi-əxlaqi dəyərlərə söykənən bir təklifdir. Eyni zamanda, qanunvericilik hakimiyyəti bölməsinə təklif edilən düzəlişlər də ciddi maraq doğurur. Belə ki, 84-cü maddənin yeni formatına belə bir əlavənin edilməsi nəzərdə tutulur: “Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir”. Təbii ki, belə bir əlavənin Əsas Qanunda nəzərdə tutulması müharibə şəraitində olan bütün ölkələr üçün, o cümlədən də Azərbaycan Respublikası üçün çox vacibdir.

Xalqımız üçün həyati əhəmiyyət kəsb edən mühüm dəyişikliklərdən biri 101-ci maddədə nəzərdə tutulmuşdur. Cəmiyyətdə aparılan geniş müzakirələrdən aydın olur ki, 101-ci maddənin beşinci bəndində ifadəsini tapanHeç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməzmüddəası həqiqətən demokratik prinsiplərə uyğun deyildir xalqın seçim hüququnu məhdudlaşdırır. Belə bir müddəanın Konstıtusıyadan çıxarılması cəmiyyətin, zamanın Azərbaycanda start götürmüş inkişaf dinamikasının tələbidir. Ölkəmizin təşəbbüsü, eləcə yaxından iştirakı ilə genişmiqyaslı uzunmüddətli beynəlxalq regional layihələrin həyata keçirildiyi, bu layihələrdən Azərbaycan xalqının dövlətinin daha da inkişaf etməsi, qüdrətlənməsi istiqamətində istifadə edildiyi bir vaxtda digər tərəfdən bütün dünyanın insanların seçmək seçilmək hüququna ciddi yanaşdığı bir dövrdə öz vəzifəsini şərəflə yerinə yetirən, xalqın etimadını qazanan, seçicilərin dəstəyini alan Prezidentin yalnız iki dəfə deyil, uzun müddətə Prezident seçilməsi xalq, ölkə cəmiyyət üçün çox faydalıdır. Təbii ki, belə bir seçim istər ölkəyə, istərsə ayrı-ayrı vətəndaşlara yalnız xeyir gətirər, onun inkişafı, tərəqqisi üçün daha əlverişli mühit formalaşdırar.

Konstitusiyaya təklif edilən mühüm dəyişikliklərdən biri əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxlərin təminatı ilə bağlıdır. 108-ci maddəyə təklif olunan əlavədə nəzərdə tutulur ki, “Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir”. Bu, həm ayrı-ayrı dövrlərdə cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən, müxalifət nümayənləri tərəfindən səslənən fikirlərdir ki, onun da qəbul olunması Konstitusiya islahatlarının bütün cəmiyyətin mövqeyini əks etdirdiyini bir daha sübut edir.

Konstitusiyanın 96- maddəsinə (qanunvericilik təşəbbüsü hüququ) təklif edilən dəyişikliyə görə, Azərbaycan Respublikasının seçki hüququ olan hər 40 min vətəndaşına qanunvericilik təşəbbüsü hüququnun verilməsi xalqın hüquqi mənafeyi baxımından təqdirəlayiqdir. Azərbaycanda demokratiyanın inkişafının indiki mərhələsində bu, demokratik inkişafa verilən çox mühüm töhfə kimi siyasi islahatlar baxımından da əhəmiyyətli bir dəyişiklik kimi qiymətləndirilə bilər.

Konstitusiyanın 146- maddəsinə bələdiyyələrin müstəqilliyinin təminatı ilə əlaqədar təklif olunan əlavələr xüsusi əhəmiyyət kəsb edir. Bələdiyyələr yerli özünüidarəetmə orqanları kimi, ayrı-ayrı inzibati ərazilərin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Bələdiyyələrin keçdiyi yol, əldə olunan nəticələr, eləcə yerli özünüidarəetmə orqanlarının fəaliyyətində özünü göstərən müəyyən meyillər bu zərurəti doğurmuşdur. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçıriməsi əlbəttə ki, Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz. Bununla yanaşı, təbii ki, bələdiyyələrin fəaliyyətinə dövlətin nəzarəti vacibdir. Həm müəyyən edilmiş hallarda qaydada bələdiyyələrin öz fəaliyyəti barədə Milli Məclisə hesabat verməsi yerli özünüidarəetmə orqanlarının öz seçiciləri, insanlar qarşısında məsuliyyətinin artırılmasına, eləcə onların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir.

Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyasına təklif edilən əlavə dəyişikliklər ölkəmizin xalqımızın inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızın təmin olunması baxımından əhəmiyyətli bir sənəddir. Ona görə martın 18- keçiriləcək referendumda səsvermə hüququna malik Azərbaycan vətəndaşlarının əlavə dəyişikliklərə bildirəcəyi münasibət Azərbaycan Respublikasının iqtisadi inkişafının daha da sürətlənməsinə, ölkədə sosial islahatların miqyasının genişlənməsinə, o cümlədən hüquqi dövlət prinsiplərinin daha da möhkəmlənməsinə, insan hüquq azadlıqlarının daha səmərəli təmin olunmasına geniş imkanlar yaradacaqdır. Ən əsası, bu əlavə dəyişikliklər Azərbaycan dövlətçiliyinin konstitusion əsaslarını daha da möhkəmləndirəcəkdir.

 

 

İsa ALIYEV,

“Zəka” referendum üzrə təşviqat

qrupundan vəkil edilmiş şəxs,

AMEA İqtisadiyyat İnstitutunun

direktoru, iqtisad elmləri doktoru  

 

Xalq qəzeti.-2009.-22 fevral.-S.6.