“Media FM” radiostansiyası verilişlərinin təqdimatını
keçirdi
Dünən “Media FM”
radiostansiyanın fəaliyyətə başlaması
münasibətilə təqdimat mərasimi keçirildi. “Media
FM”in icraçı direktoru Tural Əliyevin sözlərinə
görə, yayımın ilk mərhələsində efirə
“Bizlikdir” sosial verilişi (aparıcı Tural Badikübə),
“Açıq səsvermə” siyasi tok-şousu (Teymur), gənclər
üçün “Ətti-mətti” radio-şousu (DJ Fateh) və
Kübra Kərimlinin təqdimatında
“Böyük-böyük” adlı uşaq verilişi
çıxacaq. Qeyd etmək lazımdır ki, radiostansiyanın
hazırkı kollektivi, əsasən, ölkəmizin radio-məkanının
ən təcrübəli aparıcılarından ibarətdir.
Radiostansiya efirə səhər
10.00-dan axşam 18.00-a kimi hər saatda bir dəfə olmaqla 9
xəbər blokunu yayımlayır..
Radiostansiyanın rəhbərliyinin
sözlərinə görə, “Media FM” qısamüddətli
planlarında efirə yeni aparıcılar cəlb etmək, o
cümlədən, verilişlərin sayını artırmaq
nəzərdə tutulur.
“Media FM”in uzunmüddətli
planları barədə danışan icraçı direktor T.Əliyev
radiostansiyanın dinləyiciləri üçün jurnal
buraxılacağı, həmçinin, yayımın əhatə
dairəsinin genişləndilirilməsinin də nəzərdə
tutulduğunu bildirdi.
Yeni radiostansiya media
bazarına, BTL və küçədə reklamı da daxil
edən aqressiv pr-la daxil olmaqdadır. Yaxın günlərdə
“Media FM”in veb-saytının (www.mediafm.az ttp://www.mediafm.az) da
açılması gözlənilir.
Sonra jurnalistlər
radiostansiyanın iş otaqları, buradakı respublikamızda
analoqu olmayan avadanlıqlarla tanış oldular. Bildirildi ki,
alınmış müasir avadanlıqlar Avstriyadan gətirilmişdir.Həmin
avadanlıqların köməyi ilə eyni vaxtda 12 dinləyici
ilə canlı bağlantı yaratmaq mümkündür.
Qabil YUSİFOĞLU
Xalq qəzeti.-2009.-22 fevral.-S.8.