Vergilər Nazirliyinin strukturları ümumrespublika baxış-müsabiqəsinin qalibləri seçilmişlər

 

İdarə, müəssisə və təşkilatlarda əməyin mühafizəsi, iş yerlərinin mövcud sanitar tələblərə uyğun qurulması Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və onun üzv təşkilatları olan respublika komitələrinin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biridir. Məhz bu baxımdan ayrı-ayrı vaxtlarda adı çəkilən qurumlar tərəfindən müəyyən tədbirlərin həyata keçirilməsi sözügedən məsələnin inkişafina öz müsbət təsirini göstərmişdir. Konfederasiyanın icraiyyə komitəsinin qərarına uyğun olaraq AHİK-in 15 illiyinə həsr olunmuş “Mənim həyatım, mənim işim, mənim təhlükəsiz əməyim” devizi ilə keçirilmiş ümumrespublika baxış-müsabiqəsinə yekun vurulmuşdur. Bununla əlaqədar AHİK-in Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov dedi:

- Ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü və çevik sosial-iqtisadi islahatlar ölkəmizdə son illər köklü dəyişikliklərə səbəb olmuşdur. Respublikamızın hər yerində müşahidə edilən tikinti, abadlıq-quruculuq işləri Azərbaycanın mənzərəsini tamamilə dəyişmiş, ümumi inkişafın daha da sürətlənməsinə təkan vermişdir. Bütün bunlar isə son nəticədə vətəndaşların rifahının yüksəlməsinə, yeni iş yerlərinin yaradılmasına gətirib çıxarmışdır.

Ölkəmizin sosial-iqtisadi vəziyyətinin getdikcə yaxşılaşması təbii ki, müəssisə, idarə təşkilatların maddi-texniki bazasının, işçilərin sosial müdafiəsinin gücləndirilməsində, şəraitinin müasir normalara uyğunlaşdırılmasında, onların sosial-iqtisadi maraqlarının reallaşmasında mühüm əhəmiyyət kəsb etmişdir. Hazırda bir çox dövlət idarələri üçün inzibati binalar inşa olunmuş, köhnələri müasirləşdirilmişdir. Əmək fəaliyyətinin, eləcə xidmətin səmərəliliyində böyük önəm daşıyan xüsusi texnika, avadanlıq alınmış, yeni informasiya sistemlərinin tətbiqinə başlanılmışdır.

Əlbəttə, bütün bunların işçilərin əhval-ruhiyyəsinin daha da yaxşılaşmasına, prosesinin sürətlənməsinə, xidmətin səviyyəsinin yüksəlməsinə, yerlərində əmək şəraitinin qüvvədə olan təhlükəsizlik norma, qayda standartlarının tələblərinə uyğunlaşdırılmasına müsbət təsiri danılmazdır.

Onu da deyim ki, işçilərin yerlərində sosial-məişət şəraitinin yaxşılaşdırılmasına konfederasiya onun üzv təşkilatları olan respublika komitələri rəhbərliyi xüsusi qayğı ilə yanaşır, müəssisə təşkilatlarda əməyin mühafizəsinin gücləndirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir, bu məsələ ilə bağlı müsbət nəticələr əldə edən strukturların fəaliyyətini ictimaiyyətin diqqətinə çatdırır. Sözügedən baxış-müsabiqənin keçirilməsində məqsəd məhz dediyim amil olmuşdur.

- Hikmət müəllim, bəs baxış-müsabiqənin keçirilməsi prosesi ilə bağlı deyə bilərsiniz?

- Qısaca onu bildirim ki, Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi baxış-müsabiqənin şərtlərinə uyğun olaraq öz xidmətinə daxil olan ayrı-ayrı nazirlik, komitə, şirkət baş idarələrin yerli qurumlarında mövcud şəraiti, əməyin mühafizəsi ilə tanış olmuşdur. Müəssisə təşkilatların rəhbərlərinə, həmkarlar ittifaqı komitələrinin sədrlərinə, kollektiv üzvlərinə baxış-müsabiqənin keçirilməsi qayda şərtləri ilə bağlı əvvəlcədən məlumatlar verilmişdir.

Hazırda bu baxış-müsabiqənin qaliblərinin Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfindən mükafatlandırılmasına başlanılmışdır.

- Respublika Komitəsinin iki il öncə keçirdiyi baxış-müsabiqəsində olduğu kimi, bu dəfə Vergilər Nazirliyinin tabe qurumları fərqlənənlər sirasında üstün yer tutmuşdur.

- Bəli, baxış-müsabiqədə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti Bakı Şəhər Vergilər Departamentinin 2 3 saylı filialları, 2 saylı Ərazi Vergilər İdarəsi (Sumqayıt), 6 saylı Ərazi Vergilər İdarəsi (Lənkəran), 9 saylı Ərazi Vergilər İdarəsi (Göyçay), 8 saylı Ərazi Vergilər İdarəsi (Beyləqan) qaliblər sırasına daxil olaraq qiymətli hədiyyə diplomla mükafatlandırılmışdır.

Onu da deyim ki, AHİK-in 15 illiyinə həsr olunmuş Mənim həyatım, mənim işim, mənim təhlükəsiz əməyimdevizi ilə keçirilmiş respublika baxış-müsabiqəsinin qalibləri sirasında Vergilər Nazirliyinin 7 tabe strukturunun olması təsadüfi deyil. Belə ki, son illər vergi sistemində genişmiqyaslı islahatların aparılması bunun nəticəsində səmərəli, çevik idarəetmə strukturunun yaradılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin tamamilə yeni aspektdə qurulması etiraf edək ki, ölkədə işgüzar fəaliyyətin güclənməsinə, ən başlıcası isə cəmiyyətdə dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan bu məsul orqanın nüfuzunun yüksəlməsinə gətirib çıxarmışdır. Bu fikri həm müşahidələrimə, həm vergi ödəyiciləri ilə apardığım söhbətlərə, eyni zamanda beynəlxalq maliyyə təşkilatları nümayəndələrinin qiymətlərinə əsaslanıb deyirəm.

Vergi sisteminin müasir tələblərə uyğun qurulması ilə bağlı bir məqama da toxunmağı, bunu oxucuların diqqətinə yönəltməyi zəruri sayıram. Son illər vergi sisteminin daxili struktur bölmələrində çox yüksək əmək intizamına nail olunmuş, vergi ödəyiciləri ilə vergi əməkdaşlarının təmas nöqtələrində nəzarət şəffaflıq mexanizmləri yaradılmışdır.

Yuxarıda qeyd edilənlərlə yanaşı, baxış-müsabiqənin əsas şərtlərindən sayılan vergi xidməti əməkdaşlarının şəraitinin yaxşılaşdırılmasına da diqqət artırılmışdır. Vergilər Nazirliyinin strukturlarının yerləşdiyi inzibati binalarda işçilər üçün hər cür şərait yaradılmışdır. İnzibati binaların bir qismi yeni tipli layihələr əsasında tikilmiş, bəziləri isə əsaslı şəkildə təmir olunmuşdur. Tikililəri əhatə edən ərazilər ən müasir tələblərə uyğun abadlaşdırılmışdır. Binalar müasir siqnalizasiya yanğınsöndürmə avadanlıqları ilə, yüksək keyfiyyətli mebellərlə təchiz olunmuşdur. Təşkilatlarda yerləri beynəlxalq sanitar məişət normalarına uyğundur. Elektrik- məişət avadanlıqları mövcud təhlükəsizlik normaları əsasında qurulmuşdur. Binalar kondisionerlər vasitəsilə mərkəzləşmiş qaydada qışda isidilir, yayda isə soyudulur. Kompyuterlər digər elektron avadanlıqlarla işləyənlər əməyin mühafizəsi üzrə təlimatlandırılmışlar. Bundan başqa, Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfindən 2008-ci ildə vergi orqanlarında çalışan 101 nəfərin sanatoriya kurortlarda istirahəti təşkil olunmuşdur.

Bəli, bütün bunları nəzərə alan Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin müvafiq komissiyası Vergilər Nazirliyinin yuxarıda adları çəkilən strukturlarının ümumxalq baxış-müsabiqəsində fəal iştirak etdiklərini əməyin mühafizəsi sahəsində əldə olunmuş uğurlarını müsbət qiymətləndirərək onların qaliblər sırasında yer almalarını reallaşdırmışdır.

 

 

Söhbəti qələmə aldı:

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.-2009.-24 fevral.-S.6.