Xocalı
soyqırımı bəşəriyyət əleyhinə
cinayətdir
Erməni-daşnak millətçiləri
və onların havadarları, az qala, bir əsrə
yaxındır ki, hər il uydurma “erməni
soyqırımı” gününün bütün dünyada
qeyd olunması üçün dəridən-qabıqdan
çıxır, öz yalanlarını bəşəriyyətə
sırımağa çalışırlar. Bu yaxınlarda
ABŞ-da Amerika yazıçısı Samuel Viimsin “Ermənistan:
terrorçu xristian dövlətinin sirləri”kitabı
işıq üzü görmüşdür. Uzun illər
Londonda, Parisdə, Romada, İstanbulda, Moskvada və
Vaşinqtonda aparılan tədqiqatların nəticəsi olan,
faktlara və sənədlərə istinadən ərsəyə
gələn bu kitab 400 səhifədən ibarətdir. Müəllif
kitabında qeyd edir ki, mən erməni mənşəli
amerikalıların 150 yaşlı “qədim” vətənlərini
mükafatlandırmaq üçün türklərdən, eləcə
də Amerika xristianlarından böyük məbləğdə
pul vəsaiti qoparmaq məqsədilə soyqırımı və
qətllərlə bağlı uydurma və yalanlar
yaydığını subut edən faktlar aşkar etmişəm.
Dinar xristian olan Samuel
Viims kitabında yazır ki, 1918-ci ildə kiçik bir ərazidə
erməni dövlətinin yarandığı vaxtdan o,
qonşuları Gürcüstana, Osmanlı imperiyasına və
Azərbaycana qarşı torpaq iddiaları irəli sürməyə
başlamışdır. Kitabda eləcə də
tanınmış tarixçi alim Oqust Karyerin fikri verilir. O,
ermənilərin yalnız Nuh peyğəmbərin gəmisinin
qalıqlarının Ararat dağında tapıldığına
görə guya ermənilər Nuh peyğəmbərin nəslindən
olan Haykın törəmələri, Şərqi Anadolunun isə
başdan-başa erməni torpaqları olması barədə
iddialarını rədd edir. Beləliklə, ermənilərin
mənşəyi barədə məlumatlar uydurmalara, daha dəqiq
desək, ağ yalana əsaslanır.
Amerika alimi kitabında Qarabağ problemi ilə
bağlı qeyd edir ki, 1800-cü ildə Qafqaz regionunda
çox az sayda erməni tapmaq olardı. Rusiya mənbələrinə
istinad edilərsə, Qafqaz bölgəsinin Rusiyaya birləşdirildiyi
dövrdə Qarabağda 90 min nəfər yaşayırdı.
Orada böyük şəhər və 600 kənd var
idi. Onların 150-də ermənilər yaşayırdılar. Ancaq dağlılar zorla
köçürüldükdən sonra ermənilər burada
üstünlük təşkil etdilər. 1907-1912-ci illərdə
Rusiya çarizmi yarım milyondan çox ermənini
İrandan və Osmanlı dövlətindən, əsasən
müsəlman azərbaycanlılarının
yaşadığı Qars, İrəvan və Yelizavetpola (Gəncə)
köçməsinə kömək etdi. Başqa
sözlə, geosiyasi mənafelər naminə Qafqazda demokratik
dəiyşikliklər edildi. XX əsrin əvvəllərində
Qarabağdan çıxan bircə yol var idi. O da, Bakıya gedirdi. Ermənistana
isə heç bir yol yox idi. Təkcə
bu fakt çox şeydən xəbər verirdi. Bəlkə, elə buna görə hətta
bolşeviklər də etiraf etmişdilər ki, Qarabağ həmişə
Azərbaycan torpağı olmuşdur.
1918-ci il
mayın 28-də yaradılmış Azərbaycan Xalq
Cümhuriyyətinin ilk addımlarından biri İrəvanın,
(
Hazırda
“soyqırımı” haqqında çar çəkən ermənilər
de-fakto vətəndaşı olmadıqları —
çünki Vətən xainləri ölkə vətəndaşları
sayıla bilməzlər, — de-yure vətəndaşı hesab
etdikləri Osmanlı imperiyasına qarşı öz
qeyri-loyal və xəyanətkar münasibətləri barədə
bir kəlmə də danışmırlar. Halbuki,
o vaxt Osmanlı imperiyasının özünü müdafiə
etmək məqsədilə erməniləri cəbhə xəttindən
uzağa köçürməyə qanuni haqqı var idi.
Onlar açıq şəkildə hərbi əməliyyatlarda
rus orduları tərəfindən döyüşürdülər.
ABŞ da bu hüquqa əsaslanaraq İkinci
Dünya müharibəsi illərində ölkənin yapon mənşəli
bütün vətəndaşlarını qərb sahillərindən
köçürmüşdü. Stalin bu
hüquqdan istifadə edərək Sovet dövlətinin təhlükəsizliyini
qorumaq üçün Volqaboyunda yaşayan almanları
Qazaxıstana və Orta Asiyaya
köçürmüşdü. Tarixdə
belə nümunələr çox olmuşdur.
Böyük Britaniyanın 1916-1922-ci illərdə baş
naziri işləmiş Devid Lloyd Corcun qeyd etdiyinə görə,
1915-ci ildə Osmanlı imperiyasında baş verən faciəli
hadisələrin təqsirkarları Türkiyədə
beşinci dəstəni maliyyələşdirən Rusiya, eləcə
də rusları Osmanlı torpaqlarını tərk etməyə
məcbur edən Britaniya imperiyasıdı. Həmin
dövrdə sayca qat-qat çox türk, azərbaycanlı, yəhudi
və Qafqazın digər xalqlarının numayəndələrini
qətlə yetirmiş erməni quldur dəstələrinin əməllərini
də nəzərdən qaçırmaq olmaz.
Kiçik Ermənistan
dünyanın hər yerinə səpələnmiş həmtayfalarından
istifadə edərək, uzun illər xristian aləmini islama və
müsəlmanlara qarşı qaldırmağa
çalışmışdır. Samuel Viimsin fikrincə,
müsləman aləmində Amerikaya “nifrətin” səbəblərindən
biri də budur.
“Ermənistan:
terrorçu xristian dövlətinin sirləri” sənədli tədqiqat
əsərinin üz qabığında oxuculara tövsiyə
edilir. “Bu kitabı hər bir xristian və Amerikada hər
bir vergi ödəyicisi oxumalıdır”. Biz
isə deyə bilərik ki, dünyanın həqiqəti əziz
tutan hər bir vətəndaşı oxumalıdır. Erməni millətçiləri tarix boyu
xalqımıza qarşı görünməmiş qətllər
və vəhşiliklər etmişlər.
Tarixi Azərbaycan
torpağı olan Zəngəzur, Göyçə və digər
ərazilər Sovet rəhbərliyinin əli ilə Ermənistana
verildi. Dağlıq Qarabağ erməniləri muxtariyyət
qazandı və onların gələcəkdə qanunsuz ərazi
iddiaları üçün zəmin hazırlandı. Erməni daşnakları təkcə XX əsrdə
dörd dəfə (1905-1906, 1918-1920, 1948-1953, 1988-1991-ci illərdə)
azərbaycanlıları indiki ermənilərin məskən
saldığı Ermənistan ərazisindən, tarixi-etnik
torpaqlarından qırğınlarla deportasiya etmişlər.
“Türksüz Ermənistan” adı altında mübarizəyə
qalxan erməni millətçiləri, eləcə də
yaxın və uzaq xaricdə yaşayan havadarları, etnik təmizləmə
işini 1991-ci il avqustun 8-də başa
çatdırdılar. Meğri rayonunun son məntəqəsi
Nüvədidə yaşayan azərbaycanlılar
soyqırıma məruz qalaraq tarixi-etnik torpaqlarından
deportasiya olundular. Belə demək olar ki,
indi Ermənistan adlanan Qərbi Azərbaycanda bir nəfər də
olsun azərbaycanlı qalmamışdır.
1988-1991-ci illərdə
Sovetlər Birliyi dövlətinin
başçılarının köməyi sayəsində
Ermənistan hökuməti Qərbi Azərbaycan — indiki Ermənistan
torpaqlarından 250 mindən artıq azərbaycanlını
ata-baba yurdlarından deportasiya etdi. XX əsrdə 2
milyondan çox azərbaycanlı indiki bu ərazidə
soyqırıma, deportasiyaya məruz qaldılar.
1935-1991-ci illərdə
Ermənistanda Azərbaycan yer adlarına qarşı qərəzli
siyasət nəticəsində minlərlə toponimlər xəritədən
silinib erməniləşdirildi. Azərbaycanın tərkib
hissəsi olan Qarabağın Ermənistana birləşdirilməsi
məqsədilə 1988-ci ildən başlanan
separatçılıq hərəkatı,
işğalçılıq müharibəsi, etnik təmizləmə
Azərbaycana qarşı cinayətkar siyasətin yeni mərhələsidir.
Hazırda Azərbaycan torpaqlarının 20 faizi
erməni işğalı altındadır. 1 milyondan çox insan öz yurdundan didərgin
salınıb. 18 min azərbaycanlı qətlə
yetirilib, 20 mindən çox dinc sakin yaralanıb, 5 mindən
çox adam əlil olub, 4 mindən
çox insan əsir və itgin düşüb, 877 şəhər,
kənd qarət edilib, dağıdılıb.
Erməni birləşmiş
dəstələri Rusiyanın Xankəndidəki 366-cı
mexanikləşdirilmiş atıcı alayı ilə birlikdə
XX əsrin Xatın faciəsini arxada qoyan Xocalı
soyqırımını təşkil etdilər. O vaxtkı respublika rəhbərliyinin
cinayətkar əməlləri nəticəsində şəhərin
müdafiə işləri pis təşkil olunmuşdur. 80 nəfərlik Xocalı özünümüdafiə
taburu heç bir zirehli texnika ilə təchiz
olunmamışdı. Onlara əsas briqadanın
11-ci taburu ilə 20 nəfərdən ibarət minaatanlar
batalyonu kömək edirdi. 60 nəfərlik
milis dəstələri isə təyyarə meydanını
müdafiə edirdi.
1992-ci il
fevralın 25-dən 26-na keçən gecə erməni
daşnak hərbi birləşmələri və
keçmiş SSRİ-yə məxsus 366-cı alay
(üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən),
eləcə də, xarici dövlətlərdən gətirilmiş
muzdur quldur dəstələri Xocalıya hücum etdilər. Onlar ilk həmləni hava limanına endirdilər.
Şəhərin müdafiəsinə qalxanlar
azsaylı və pis silahlanmış olsalar da, qəhrəmanlıqla
döyüşmüşdülər. Xüsusi
təyinatlı milis dəstəsinin komandiri, milis mayoru Əlif
Hacıyev döyüş meydançasında qəhrəmanlıq
göstərdi. Onun
başçılığı altında olan 22 nəfərlik
dəstə erməni-daşnak birləşmələrinin
hücumlarını üç dəfə uğurla dəf
etdi. Döyüşdə qüvvələr
bərabər deyildi. Mayor Əli Hacıyev
vəziyyətin mürəkkəb olduğunu görəndə
limanın dispetçer məntəqəsini partladaraq erməni
birləşmiş qüvvələrinin əlinə
düşməsinə imkan vermədi. Döyüşlərdə
qorxmaz komandir ağır yaralandı və qəhrəmancasına
həlak oldu. Ölümündən sonra Əlif
Hacıyevə Azərbaycanın Milli Qəhrəmanı
adı verildi. Düşmən tankları,
zirehli maşınlarının artilleriya
hazırlığından sonra Mehdikənd, Daşbulaq istiqamətində
Xocalıya daxil oldu və şəhər içərisində
döyüşlər başlandı. 366-cı
alayın mayor Ohanyanın komandası altında ikinci, mayor
Nabodxinin komandası altında üçüncü
motoatıcı taburları eləcə də topçu
diviziyası, öz qəddarlığı, vəhşiliyi ilə
fərqlənirdi.
Tofiq Huseynovun
başçılıq etdiyi ərazi
özünümüdafiə taburunun
döyüşçüləri çox qüvvətli,
yırtıcı düşmənlə qəhrəmancasına,
ləyaqətlə döyüşürdülər. Tofiq son nəfəsinədək
vuruşdu, düşmən əsgərlərini
azdırıb, çoxlu insanın mühasirədən
çıxmasına imkan yaratdı. Son
anda özü mühasirəyə düşdü. O,
düşmənə təslim olmayaraq son gülləni
özünə vurdu. Ölümündən
sonra Tofiq Hüseynova Azərbaycanın Milli Qəhrəmanı
adı verildi. Ağdam-Əsgəran istiqamətində
yığılmış hissələr arasında əlaqə
və ümumi rəhbərlik olmaması üzündən
onlar erməni işğalçılarına qarşı
hücum qura bilmədilər.
Erməni
vandalları Xocalı şəhərində soyqırım
törətdilər. Şəhərə od vurub
yandırdılar. Sağ qalanların bir hissəsi, əsasən
qadınlar, qocalar, uşaqlar şəhərin qərb istiqamətində
iki yolla Ağdama tərəf qaçmağa başladılar.
Qarlı, şaxtalı gündə ayaqyalın
meşədə qalan qaçqınların çoxunu şaxta
vurdu, yaralıların bir hissəsi öldü. Səhərisi gün sağ qalanların bir hissəsi
Xocalıdan 6-7 kilometr aralı Qaraqaya adlanan yerdə meşədən
çıxarkən pusquda dayanmış erməni faşist dəstələri
tərəfindən gülləbaran edildi. Xilas olaraq Abdal-Gülablı kəndinə getməyə
səy göstərənlər düşmən mühasirəsinə
düşüb, atəşə tutuldular. Erməni daşnakları yaralılara aman vermir,
meyitləri eybəcər hala salır, qadın və
qızları təhqir edirdilər.
Xocalı şəhərinin
əhalisi 13 min nəfər idi. Xocalıda erməni
vandalları azərbaycanlılara qarşı növbəti
soyqırımı törətdilər. 613
nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı
uşaq, 70 qoca öldürüldü. Min
nəfər dinc sakin müxtəlif dərəcəli güllə
yarası alaraq şikəst oldu. 1275 nəfər
girov götürüldü. 56 nəfər
xüsusi amansızlıqla–diri–diri yandırıldı,
başlarının dərisi soyuldu, gözləri
çıxarıldı, başları kəsildi, hamilə
qadınların qarnı 1918-ci ildəki mart
soyqırımı zamanı olduğu kimi süngü ilə
dəlik-deşik edildi. Bu faciədə təkcə erməni
faşistləri və rus millətçiləri deyil, həm
də uzun müddət düşmən əhatəsində
qalan şəhərə lazımi kömək etməmiş,
əhalini təhlükəsiz yerlərə
köçürmək üçün tədbirlər
görməmiş Azərbaycan rəhbərliyi, eləcə də,
hakimiyyət uğrunda mübarizədə Qarabağ problemindən
istifadə edib siyasi kapital toplamaqla vəziyyətin gərginləşməsinə
çalışan siyasətbazlar təqsirkar idilər.
Nüfüzlu
beynəlxalq qurumların, dünya birliyi ölkələrinin
ikili standartlardan yanaşmalarının nəticəsidir ki, bu
dəhşətli faciə — Xocalı soyqırımı ilə
əlaqədar heç kəs məsuliyyətə cəlb
edilməmiş, cinayətkarlar hələ də cəzasız
qalmışlar.
Firudin CÜMŞÜDLÜ,
ADPU-nun Azərbaycan tarixi
kafedrasının dosenti, tarix
elmləri namizədi
Xalq qəzeti.-2009.-26 fevral.-S.3.