XX əsrin soyqırımı və etnik təmizləmələr tarixində müdhiş səhifə

 

Böyük Ermənistan yaratmaq iddiasında olan erməni millətçiləri tarix boyu Azərbaycan xalqına qarşı dəhşətli cinayətlər törətmiş, çoxlu sayda terror aktları təşkil etmiş, soyqırımı həyata keçirmişlər. Bunun nəticəsində xeyli günahsız insan vəhşicəsinə qətlə yetirilmiş, ömürlük şikəst olmuşdur. Tarixən köçəri tayfa halında yaşayan ermənilər Azərbaycan torpaqlarını işğal edərək Ermənistan dövlətini yaratmış, sonradan öz işğalçılıq, qəsbkarlıq siyasətlərini davam etdirərək ərazilərini bir qədər də genişləndirmişlər.

Tarixi sənədlər və faktlar sübut edir ki, ermənilər hələ 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə öz əzəli dədə-baba torpaqlarında etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə azərbaycanlını kütləvi surətdə, amansızcasına, qəddarlıqla qətlə yetirmiş, öz doğma ocaqlarından didərgin salmışlar.

Ulu öndər Heydər Əliyev 1969-cu ildə respublika rəhbərliyinə gəldikdən sonra azərbaycanlılara qarşı münasibət kökündən dəyişdi. Ölkədə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan keçmiş SSRİ-nin inkişaf etmiş respublikalarından birinə çevrildi. Ümummilli liderin müdrikliyi, uzaqgörənliyi və düşünülmüş siyasəti nəticəsində SSRİ rəhbərliyinin respublikamıza münasibəti kökündən dəyişdi. Artıq nə Azərbaycanın ərazilərinə göz dikmək, nə də soydaşlarımızı hər hansı bir deportasiyaya məruz qoymaq mümkün deyildi. Ulu öndərin gərgin siyasəti nəticəsində on minlərlə azərbaycanlıya keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaq üçün əlverişli şərait yaradılırdı. Sonradan Kremldə keçmiş SSRİ dövlətinin rəhbərlərindən biri kimi fəaliyyət göstərdiyi dövrdə də ümummilli lider Heydər Əliyev doğma Azərbaycanını və xalqını unutmamış, onun inkişafı və çiçəklənməsi, əhalisinin rifah halının daha da yüksəlməsi üçün əlindən gələni əsirgəməmişdir. Daim pusquda dayanan, qonşu dövlətlərin torpaqları hesabına ərazilərini genişləndirməyə cəhd edən nankor, xain ermənilər Heydər Əliyevin Moskvada böyük nüfuz sahibi olmasından yanıb-yaxılır, öz çirkin niyyətlərini həyata keçirməyə məqam axtarırdılar.

Türk dünyasının qüdrətli oğlu Heydər Əliyevin min hiylə, mərklə SSRİ rəhbərliyindən uzaqlaşdırılması erməni millətçilərinin sanki əl-qolunu açdı. Onlar Azərbaycana qarşı öz ərazi iddialarını davam etdirdilər. Bu işdə onlara arxa-dayaq olan SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçov milli ədavəti daha da qızışdırırdı. Azərbaycanın tarixində növbəti dəhşət mərhələsi başlandı. Digər tərəfdən 1980-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində Azərbaycana rəhbərlik etmiş şəxslərin kölə psixologiyası, prinsipsizliyi, qətiyyətsizliyi və düşünülməmiş addımları torpaqlarımızın ermənilər tərəfindən işğalına şərait yaratmış, soydaşlarımızın vəhşicəsinə qətlinə gətirib çıxarmışdır. Bir-birinin ardınca baş verən terror aktları, ermənilərin torpaqlarımızı asanlıqla işğal etmələri, törətdikləri qanlı faciələrə görə günahsız qalmaları, erməniləri daha da ağzınlaşdırdı. Onların soydaşlarımıza qarşı törətdikləri ən dəhşətli cinayətlərdən biri də XX əsrin soyqırımı və etnik təmizləmələr tarixində ən qanlı səhifə hesab edilən Xocalı soyqırımı oldu. Bu, eyni zamanda dünya ictimaiyyətinin üzləşdiyi ən dəhşətli faciələrdən biridir.

Xocalının əsas hədəf seçilməsi heç də təsadüfi deyildi. Erməni silahlı qüvvələrinin Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. Yeddi min əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam — Şuşa, Əsgəran — Xankəndi yollarının üstündə yerləşirdi. Qarabağdakı yeganə hava limanı da Xocalıda yerləşirdi. Digər Azərbaycan ərazilərini işğal etmək üçün Xocalı erməni silahlı qüvvələri üçün sanki açar idi. Ona görə də bu şəhərin işğal olunması ermənilərin qarşılarına qoyduqları zəruri məsələlərdən idi.

1991-ci ilin oktyabrından Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən mühasirəyə alınmışdı. Həmin vaxt ölkədə yaranmış daxili ziddiyyət, özbaşınalıq, başıpozuqluq, ordudakı intizamsızlıq, qeyri-qanuni silahlı dəstələrin cinayətkar əməlləri, habelə səriştəsiz dövlət rəhbərlərinin hakimiyyəti uzun müddət əllərində saxlamaq üçün min oyuna əl atması sərhədlərimizin qorunmasını yaddan çıxarmışdı. Başları özlərini, var-dövlətlərini qorumağa qarışanların yadına Xocalı, digər ərazilər düşürdü. Hakimiyyətdə olanlar hər gün, hər saat Xocalıdan gələn həyəcanlı məlumatlara əhəmiyyət vermir, mühasirəyə alınmış şəhərin əhalisini xilas etmək barədə düşünmürdü. Hər dəfədarıxmayın, tədbir görüləcək”, deyərək ciddi təsir vasitələrinə əl atmırdılar. 1991-ci ilin oktyabrında Xocalı ilə avtomobil əlaqəsi kəsildi yeganə nəqliyyat vasitəsi vertolyot olaraq qaldı. Yanvarın 2-dən şəhərə elektrik verilişi dayandırılmışdı. Şəhər ancaq yerli əhalinin qəhrəmanlığı könüllü müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələri tərəfindən mühasirəyə alındı hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qaldı.

1992-ci il fevralın 15- erməni hərbi birləşmələri keçmiş SSRİ-nin Xankəndində dislokasiya olunmuş 366- motoatıcı alayının ağır hərbi texnikasının dəstəyi ilə Xocalıya hücuma keçdilər. Hücumda ermənilər tərəfindən mayor Ohanyan Seyran Muşeqoviçin komandası altında 366- alayın 2-ci batalyonu, Yevgeni Naboxinin komandası, qərargah rəisi Çitsyan Valeri İsayeviç alayda xidmət edən 50-dən artıq erməni millətindən olan zabit gizirlər, tanklar, piyadaların döyüş maşınları, toplar digər müasir hərbi texnika iştirak etmişdir. 1992-ci il fevralın 25- gecə saat 22 radələrində 366- motoatıcı alayın komanda heyəti hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçmişdilər. Şəhəri yerlə yeksan edən cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər amansızcasına qətlə yetirilmiş, 487 nəfər əlil olmuş, 1275 nəfər dinc sakinqoca, uşaq, qadın əsir götürülərək ağlasığmaz zülmə, təhqirlərə məruz qalmışdır. 150 nəfərin taleyi hələ məlum deyil. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuş, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. Şəhid olanlardan yalnız 355 nəfəri dəfn olunmuşdur. 200 nəfərin ayaqları soyuqdan qanqrena olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilən Xocalı faciəsi tarixdən məlum olan Babiyar, Xatın, Liditse, Sonqimi digər faciələrlə eyni səviyyədə durur. Bu faciə erməni şovinist-millətçiləri tərəfindən iki yüz ilə yaxın bir müddətdə azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə soyqırımı siyasətinin davamı ən qanlı səhifəsidir. Bu faciə bütün Azərbaycan xalqını sarsıtsa da, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vursa da, xocalılar hətta amansız soyqırımı günündə özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.

Xocalı faciəsi həmin dövrdə hakimiyyətdə olanlar üçün sanki adi bir hadisə idi. Faciənin baş verməsinə hüquqi-siyasi qiymət vermək fikrində olmayan o vaxtkı dövlət başçısı ümumiyyətlə, belə bir dəhşətli hadisədən danışmaq istəmir, xalqın fikrini müxtəlif istiqamətlərə yönəltməyə çalışırdı. Elə Ayaz Mütəllibovdan sonra hakimiyyəti ələ alan AXC-Müsavat cütlüyü Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi barədə düşünmürdü. Başları dahavacibişlərə qarışan o vaxtkı hakimiyyət rəhbərliyi Xocalı faciəsinin törədilməsinin əsl səbəbini araşdırmırdı. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, 1994-cü ilin fevralında Milli Məclis bu faciəyə hüquqi-siyasi qiymət vermişdir. Ulu öndər o vaxt demişdir: “Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdırvəhşiliyin görünməmiş bir təzahürüdür”.

Ümummilli lider Heydər Əliyevin imzaladığı 25 fevral 1997-ci il tarixliXocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqındasərəncamına əsasən hər il fevral ayının 26- saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, sükut dəqiqəsi keçirilir.

Xocalıda baş verən hadisələrlə azərbaycanlıların yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət hüquqları kəskin şəkildə pozulmuş tapdalanmışdır. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu soyqırımında insan hüquq azadlıqlarını özündə əks etdirən Cenevrə Konvensiyası, BMT-nin Baş Məclisinin 10 dekabr 1948-ci ildə elan olunan İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin, “İnsan hüquqlarının ümumi əsas azadlıqlarının müdafiəsi haqqındaAvropa Konvensiyasının, BMT-ninMülki Siyasi hüquqlar haqqında Paktının maddələri ermənilər tərəfindən ciddi şəkildə pozulmuşdur. Bu faktlar ikili standartlar nümayiş etdirən bəzi beynəlxalq qurumlar tərəfindən ört-basdır edilsə , möhtərəm Prezidentimiz İlham Əliyevin dünyanın nüfuzlu tribunalarından səslənən çıxışları, erməni terror təşkilatlarının törətdikləri vandal aktları barədə söylədiyi təkzibedilməz faktlar ikili standart nümayiş etdirən beynəlxalq qurumları susdurdu. Məhz dövlət başçımızın düşünülmüş xarici siyasəti nəticəsində Avropa Şurası kimi nüfuzlu bir qurum Ermənistanı təcavüzkar dövlət kimi tanımış, BMT Baş Assambleyası Azərbaycanın mövqeyini dəstəkləmiş, digər qüdrətli dövlətlər ölkəmizin haqlı olduğunu bildirmişdir.

Hazırda dünyanın əksər dövlətlərində Xocalı faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir, foto-sərgilər təşkil olunur, ermənilərin törətdikləri qətliam haqqında sənədlər nümayiş etdirilir. Bu, Azərbaycan həqiqətlərinin dünya ölkələri tərəfindən olduğu kimi qəbul olunmasından xəbər verir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.-2009.-26 fevral.-S.8.