Tərtərlilər ötən il də yeniləşmə
və yüksəlişi sürətlə davam etdirmişlər
Tərtər rayonunda
davamlı quruculuq-abadlıq işləri həyatın
bütün sahələrini əhatə edir. Yollardan
tutmuş köhnə tikililərin fasadlarına, səki
daşlarınadək hər şey yeni görkəm alıb. İstehsal
təyinatlı yeni obyektlər, sosial-mədəni tikililər,
xidmət ocaqları, parklar, xiyabanlar, meydanlar bir-birinin
davamı olaraq tam bir memarlıq ansamblının tərkib hissələri
kimi bir-birinə qovuşub müasir bir şəhər mənzərəsi
yaradıb. Bulaqlar, fəvvarələr, naxışlar bu
gözəlliyi tamamlayır, ətrafa yeni bir don biçir. Bu
yenilşmə rayonun bütün yaşayış məntəqələrini,
onları bir-birinə qovuşduran yolların ətrafını,
digər kommunikasiyaları da əhatə edir. İqtisadi
islahatların yaratdığı bolluq, ildən-ilə artan
qazanc və məqsədli dövlət proqramlarının
maliyyə təminatı ötən il yeniləşmə və
yüksəlişi daha sürətlə aparmağa imkan
yaratmışdır.
Bu günlərdə Tərtərdə
keçirilən ümumrayon toplantısında bütün
bunlar barədə geniş söhbət açıldı,
ötən il qazanılmış uğurlar, bu ilin
başlıca hədəfləri diqqət mərkəzində
oldu. Tərtər Rayon İcra Hakimiyyətinin
başçısı Vidadi İsayev hesabat məruzəsində
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə
qazanılan sosial-iqtisadi nailiyyətlərə tərtərlilərin
ildən-ilə artan töhfəsini vurğuladı,
ayrı-ayrı sahələrdə qazanılmış
göstəriciləri geniş açıqladı. Rayon rəhbəri
bildirdi ki, cəbhə bölgəsi olan Tərtər ötən
ildən Azərbaycan Respublikasında gedən sürətli
sosial-iqtisadi inkişafın ön sırasında olmuşdur. Regionların
sosial-iqtisadi inkişafı dövlət proqramının,
Ağdam, Bərdə və Tərtər rayonlarının
sosial-iqtisadi inkişafına dair tədbirlər
planının icrası ilə əlaqədar tikinti-abadlıq
işləri davam etmişdir.
2008-ci ildə Heydər Əliyev Xiyabanının və Sabir Parkının yenidən qurulması, Heydər Əliyev Muzeyinin tikintisi başa çatdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu Rayon Şöbəsinin, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin, Baytarlıq İdarəsinin inzibati binaları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 və 24 mənzilli yaşayış binaları istifadəyə verilmişdir. Tərtər şəhərində Dövlət bayrağı meydanı qurulmuşdur. 74 kommunal yaşayış binasının dam örtükləri və fasad hissələri əsaslı təmir edilmişdir. Şəhərin girəcəyində 0,3 hektar sahədə seyrangah yaradılmış, prospekt və küçələrdə abadlıq işləri aparılmış, 4,5 kilometr küçədə gecə işıqları qurulmuşdur. Səhləbad və Hacıqərvənd kənd yolu ayrıcınadək olan hissədə abadlıq işləri görülərək 1 kilometr məsafədə yeni obyektlər tikilmişdir. Heydər Əliyev Xiyabanında xatirə bulaq kompleksi, 2 fəvvarə, təbii daşlardan şəlalə kompleksi, 480 yerlik yay konsert salonu, 2 çay evi də ötən ilin yadıgarıdır.
Keçən il daxili imkanlar hesabına rayonda 2851 min manat dəyərində mühüm əhəmiyyətli 14 obyekt tikilib istifadəyə verilmişdir. Heydər Əliyev prospektində, Ş.Qurbanov, Ə.Paşayev, N.Nərimanov, Nizami, E.Səfərov küçələrində, Səhləbad kənd yolu ayrıcında, Hacıqərvənd və Buruc kəndləri istiqamətində yöndəmsiz, qeyri-qanuni tikililər sökülmüş, ərazilərdə geniş abadlıq işləri aparılmışdır. Bütövlükdə, 2004-2008-ci illərdə rayonun mərkəzi 300-dən artıq-qeyri qanuni və yöndəmsiz köşklərdən təmizlənmişdir.
Şəhərdə, Qaradağlı və Mamırlı kəndlərində şəhidlər abidə kompleksi, 6 fəvvarə, 27 bulaq kompleksi, sahəsi 7,3 min kvadratmetr olan mərkəzi meydan, 30 istirahət güşəsi yaradılmışdır. Şəhərin və rayonun ad göstəriciləri ucaldılmışdır. Yol polisinin, 2 kənd polis sahə məntəqlərinin inzibati binaları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 56 mənzilli 3 bina, 2 fərdi yaşayış evi, 15 poçt şöbələri üçün bina və 2 körpü tikilmişdir. Sarov kəndi ərazisində 500 və 250 yerlik “Xan” şadlıq sarayı kompleksi, şəhərdə mərkəzi univermaq və “Şəms” şadlıq sarayı kimi böyük obyektlər də daxil olmaqla, 147 ticarət və xidmət obyektləri tikilmiş və bərpa edilmişdir.
Küçələrə 9,7 kilometr asfalt-beton örtüyü salınmışdır. “Narlıq” yaşayış məntəqəsində 15 küçə bərpa edilmiş, 1 prospekt və 6 küçə tamamilə yenidən qurulmuşdur. 43 inzibati bina əsaslı təmir edilmiş, 23 istehsal sahələri yaradılmışdır. Müharibədən ziyan çəkmiş 41 fərdi yaşayış evi bərpa edilmişdir. 26 yeni dayanacaq quraşdırılmış, mövcudları əsaslı təmir edilmişdir. Bəyimsarov kəndində yanğın xidməti bölməsi yaradılmışdır. “Aqrolizinq” xidməti üçün ambar və sex tikilmişdir. Beynəlxalq Avroasiya Mətbuat Fondunun rayon şöbəsi açılmış, elektromexanika zavodunun fəaliyyəti bərpa olunmuşdur.
Respublika əhəmiyyətli avtomobil yolları hissə-hissə tikilmişdir. Yerli əhəmiyyətli Qaradağlı—Seyidsulan, Qaynaq—Qazyan, Hacallı—Qapanlı, Cəmilli—Dəmirçilər, Bayandur—Kəbirli—Xoruzlu avtomobil yolları qum-çınqıl və asfalt-beton örtüyü ilə təmir edilmişdir. Bərdə — İstisu avtomobil yolunda Tərtər çayı üzərindəki körpünü sel sularından qorumaq məqsədi ilə bənd divarı tikilmiş, damba düzəldilmiş, torpaq sürüşməsinin qarşısının alınması üçün istinad divarları tikilmiş, hərəkət hissələrinə gecə işıqlandırıcıları düzülmüşdür. 115,7 km kənddaxili yollar qum-çınqıl əsası verilməklə təmir edilmiş, şəhərin Narlıq yaşayış məntəqəsində yeni körpü tikilmiş, Səhləbad kənd yolunda qəza vəziyyətində olan körpü bərpa edilmişdir.
Rayonun fasiləsiz elektrik enerjisi, təbii qaz və istiliklə təmin edilməsi məqsədilə şəbəkələrdə əsaslı yenidənqurma işləri həyata keçirilmişdir. Avadanlıqların güc çatışmazlığı aradan qaldırılmış, istifadəyə yararsız avadanlıqlar yeniləri ilə əvəz olunmuş, şəbəkədə istismar və təmir işlərinin keyfiyyəti yüksəlmişdir. 14287 elektrik sayğacı quraşdırılmış, bütün abonentlər sayğaclaşdırılmışdır. 110/35/6-luq Tərtər qidalandırıcı yarımstansiyasının Mingəçevir SES-i ilə bərabər Əlibayramlı İES-i ilə qidalanması təmin edilmişdir.
Yeni qaz xətləri çəkilərək Güləbatlı, Yenikənd və Bayandur kəndlərinə, şəhərdə beş 16 mənzilli 2 mərtəbəli və bir 30 mənzilli 5 mərtəbəli, 229 fərdi yaşayış evlərinə, 1 sənaye müəssisəsinə, 7 təşkilata təbii qaz verilmişdir. Hazırda rayonun Səhləbad, Əskipara və İrəvanlı kəndlərinin qazlaşdırılması işləri başa çatmaq üzrədir. İl ərzində 662 abonentə təbii qaz verilmiş və onlar sayğaclaşdırılmışdır. Rayon mərkəzinin tam qazlaşdırılması başa çatdırılmış, 7 kənd qazlaşdırılmışdır. Kommunal binaların və sosial obyektlərin istilik-qazanxana sistemi ilə təmin olunması işi davam etdirilmişdir.
Rayon mərkəzində 2 subartezian quyusu qazılıb şəbəkəyə qoşularaq, 500-dən artıq abonentin su təchizatı yaxşılaşmışdır. Su şəbəkəsində 32314 manatlıq təmir işləri aparılmışdır. Şəhərdə 20, kəndlərdə 11 bulaq tikilmişdir. 200 metr yeraltı kanalizasiya xətti yenidən çəkilmiş, 2,2 km yeni xətt tikilmiş, 1,5 km xətt bərpa edilmişdir.
Hesabat dövründə rayon mərkəzində 3000 nömrəlik, Qaradağlı və Mamırlı kəndlərinin hər birində 128 nömrəlik, Sarıcalı kəndində isə 256 nömrəlik EATS, 11 kənddə 44 nömrəlik peyk rabitəsi quraşdırılaraq istifadəyə verilmişidr. Elektron telefon nömrələrinin sayı 6104- ə çatdırılmış, elektronlaşmanın səviyyəsi 86 faiz yüksəlmişdir. Mərkəzi poçtamtın binası əsaslı, 2 poçt şöbəsi cari təmir edilmiş, 6 yeni poçt şöbəsi açılmışdır. Əhaliyə göstərilən poçt-rabitə xidmətinin keyfiyyəti yüksəlmiş, həcmi 2003-cü ilə nisbətən 2,3 dəfə artaraq 388,7 min manata çatmışdır.
Məruzəçi daha sonra bildirdi ki, 2008-ci ildə rayonda iqtisadiyyatın inkişafı üçün əsas kapitala 4633,3 min manat məbləğində və ya 2007-ci ilə nisbətən 1,3 dəfə çox investisiya qoyulmuşdur. Son beş ildə rayon iqtisadiyyatına 11199,4 min manat investisiya qoyulmuşdur. Hesabat ilində rayonun tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin həcmi 9948,2 min manat təşkil etmişdir. Bu da 2007-ci ilə nisbətən 15,7 faiz çoxdur. Son beş ildə rayonda 25398,3 min manat həcmində tikinti-quraşdırma işləri aparılmışdır. 2004—2008-ci illərdə orta illik tikinti işlərinin həcmi 2003-cü ildəkindən 7,7 dəfə artıq olmuşdur.
Mülkiyyətçilərə güzəştli qaydada 1120 ton olmaqla 720 ton azot, 400 ton fosfot gübrəsi və 48 ton buğda toxumu satılmışdır. Bitkiçilik və heyvandarlıq sahəsində fəal iş aparılmışdır. Müasir tələblərə cavab verən 8 sexdən ibarət gündəlik gücü 10 ton olan süd zavodunun inşası davam etdirilir. Meyvə tingliyi idarəsinin fəaliyyəti bərpa edilmiş, cari ildə 34 min müxtəlif calaq tingi yetişdirilmişdir. 3000 hektardan çox az yararlı torpaq sahələri yararlı hala salınmış və əkin dövriyyəsinə cəlb edilmişdir. Əvvəllər əkinə yararlı torpaqların yalnız 65—70 faizindən istifadə olunduğu halda, hazırda onların 85 faizindən istifadə olunur.
Keçən
il ilk dəfə olaraq 48 min 828 ton taxıl istehsal edilmişdir
ki, bu da ötən ildəkindən 20 min ton çoxdur.
Taxılın hər hektardan məhsuldarlığı 4
sentner artaraq 33,5 sentnerə çatmışdır. 86 min 868
ton yem bitkiləri istehsal olunaraq daxili tələbat tam ödənilmişidr.
Rayonda 15 min 451 ton şəkər çuğunduru, 994 ton
günəbaxan, 4626 ton kartof, 12608 ton tərəvəz, 8117
ton meyvə istehsal olunmuşdur ki, bu da əvvəlki illərdəkindən
10—12 faiz çoxdur. İri malın sayı 23358 başa,
qoyunlar 65352 başa, quşlar 226465 başa, arı ailələri
1375-ə çatmışdır. 1698 ton ət, 10850 ton süd, 4 milyon 690 min ədəd
yumurta istehsal olunmuşdur. Ötən il 42 milyon 246 min
manatlıq kənd təsərrüfatı məhsulları, o
cümlədən 32 milyon 97 min manatlıq bitkiçilik və
10 milyon 119 min manatlıq heyvandarlıq məhsulları istehsal
edilmişidr. Bu da əvvəlki ildəkindən 18 faiz
çoxdur. Bakı şəhərində keçirilən
yarmarkaya 1381,25 ton, son iki ildə isə 1961,1 ton kənd təsərrüfatı
məhsulları göndərilmişdir.
Toxumçuluğun
inkişaf etdirilməsi və təsərrüfatların
yüksək reproduksiyalı toxuma olan tələbatını
ödəmək məqsədilə Tərtər Regional —
Aqrar Elm Mərkəzi üçün 2 mərtəbəli
inzibati bina tikilmiş, mərkəzə 13 kənd təsərrüfatı
texnikası verilmişdir. “STZ-aqro” MMC-nin pambıq qəbulu məntəqəsi
yaradılmışdır. Görülmüş tədbirlər
nəticəsində rayonda 360 hektar sahədə yeni meyvə
bağları, 4 hektar sahədə üzüm bağları
salınmışdır.
2007-ci illə müqayisədə
2008-ci ildə ümumi məhsul istehsalının həcmi 25,2
faiz, sənaye məhsulu istehsalının ümumi həcmi
14,2 faiz, kənd təsərrüfatı məhsulu
istehsalının həcmi 18 faiz, poçt və rabitə xidmətlərinin
həcmi 24,3 faiz, nəqliyyat sektorunda
yükdaşımaların həcmi 10,9 faiz, əhaliyə
göstərilən pullu xidmətlərin həcmi 17,3 faiz, əsas
kapitala yönəldilən investisiya 30 faiz,
tikinti-quraşdırma işlərinin həcmi 15,7 faiz, ticarət
xidmətinin həcmi 9,8 faiz, adambaşına düşən
ümumi məhsul buraxılışının həcmi 24,3
faiz, əhalinin illik gəlirləri 34,9 faiz
artmışdır. 2003-cü ilə nisbətən ümumi məhsul
istehsalı 2,9 dəfə, sənaye məhsulu
istehsalının ümumi həcmi 4,1 dəfə, kənd təsərrüfatı
məhsulu istehsalı 2,8 dəfə, poçt-rabitə xidməti
2,3 dəfə, əsas kapitala yönəldilən investisiya
5,2 dəfə, tkinti-quraşdırma işləri 15,2 dəfə,
ticarət xidməti 2,5 dəfə, əhaliyə göstərilən
pullu xidmətlər 4,1 dəfə, adambaşına
düşən ümumi məhsul buraxılışı 2,8
dəfə, əhalinin illik gəlirləri 2,7 dəfə
artmışdır. Son beş ildə rayonda 9307 yeni iş yeri
yaradılmışdır ki, bunun da 1515-si daimi iş yerləridir.
Başçı daha sonra
dedi ki, hesabat ilində Sarov və Evoğlu kənd orta məktəbləri,
əsaslı təmir edilmişdir.
2008-ci ildə rayonun ümumtəhsil
məktəblərini 872 şagird bitirmiş, 379 nəfər
ali məktəblərə sənəd vermiş, onlardan 38 nəfəri
və ya iş verənlərin 10,35 faizi birinci turda tələbə
adını qazanmışdır. Ali məktəblərə
qəbul olunanlardan 7 nəfəri 500 baldan yuxarı nəticə
göstərmişdir. Rayonun ümumtəhsil məktəblərini
bitirənlərdən 2008-ci ildə 107 nəfər ali və
orta-ixtisas məktəblərinə qəbul olunmuşdur ki, bu
da 2007-ci ildəkindən 2 nəfər çoxdur. 2004-2008-ci
illərdə Heydər Əliyev Fondu hesabına
Sarıcalı kənd orta məktəbi üçün 240
yerlik və Düyərli kənd əsas məktəbi
üçün 100 şagird yerlik yeni binalar tikilmişdir.
Şəhər 5 saylı orta məktəb və məktəbdənkənar
iş mərkəzi, Bəyimsarov, Ələsgərli, Sarov,
Qaradağlı və Evoğlu kənd orta, 140 şagird yerlik
Poladlı kənd əsas məktəbləri əsaslı,
Qarağcı kənd orta, Rəcəbli və Byimsarov kənd
əsas, Kovdadıq kənd ibtidai məktəbləri cari təmir
edilmişdir.
Hesabat dövründə
rayon mərkəzi xəstəxanasının 15
çarpayılıq vərəm xəstəlikləri
şöbəsi və poliklinika rekonstruksiya və əsaslı
təmir edilmiş, müasir rəqəmsal avadanlıqlarla təchiz
olunmuşdur. Mərkəzi xəstəxananın cərrahiyyə
və təcili yardım şöbələri, Adqaraqoyunlu kənd
xəstəxanası əsaslı, uşaq xəstəxanasının
dam örtüyü cari təmir edilmişdir. Son beş ildə
İsmayılbəyli, Sarıcalı və Bayandur kənd tibb
məntəqələri üçün yeni bina
tikilmişdir. 7 kənd tibb məntəqəsi və 1 kənd
xəstəxanası, mərkəzi xəstəxananın 4
şöbəsi əsaslı təmir edilmişdir.
Mədəni-maarif müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi
ilə müəssisələrə 10700 manat dəyərində
invertar və avadanlıq paylanmışdır. 3400 manatlıq
cari, 1500 manatlıq isə əsaslı təmir işləri
aparılmışdır. 16167 nüsxə latın
qrafikalı kitab alınmışdır.
Vidadi İsayev sonda qeyd etdi
ki, Prezident İlham Əliyevin Tərtər rayonuna xüsusi
qayğısı və diqqəti uğurların
başlıca təminatıdır. Möhtərəm Prezident
2006-cı il mart ayının 1-də rayonda olarkən
demişidr: “Tərtər rayonu bizim hamımız
üçün, Azərbaycan üçün çox əziz,
doğma rayondur. Müharibə illərində tərtərlilər
çox cəsarətlə vuruşmuşlar, öz doğma
torpaqlarını müdafiə etmişlər. Buna görə
onlar hər cür minnətdarlıq və təşəkkürə
layiqdirlər. İndi isə Tərtərin artıq yeni bir
dövrü başlamışdır. Rayonda sürətlə
abadlıq-quruculuq işləri gedir”. Tərtərlilər bu gün
də ölkə rəhbəri İlham Əliyevlə həmin
görüşün xoş təəssuratı altında
yaşayıb- yaradırlar. Onlar bundan sonra da qarşıya
qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək
və doğma vətənimizin çiçəklənməsi
naminə ölkəmizdə aparılan işlərin ön cərgəsində
gedəcəklər.
Məruzə ətrafında
çıxış edən Maliyyə Şöbəsinin
müdiri Zahid Təhməzov, Əhalinin Sosial Müdafiəsi
Mərkəzinin direktoru Abbas Cavadov, rayon prokuroru Seyidəli
Mejdunov, Qaz İstismarı İdarəsinin rəisi Bakir
Qurbanov və digər natiqlər məsul olduqları sahələrin
uğurlarından və cari ildə qarşıda duran vəzifələrdən
danışdılar.Yekdilliklə qeyd olundu ki, ölkə
Prezidenti İlham Əliyevin Tərtər rayonuna göstərdiyi
xüsusi diqqət və qayğı sosial-iqtisadi məsələlərin
həllini sürətləndirmiş, əhalinin güzəranını
yaxşılaşdırmışdır.
Azərbaycan Respublikası
Prezidenti İcra Aparatının məsul işçisi Hafiz Məmmədov
hesabat yığıncağında çıxış edərək,
diqqəti 2009-cu ildə qarşıda duran vəzifələrin
həllinə yönəltdi.
Tahir AYDINOĞLU,
Ziyəddin SULTANOV
Xalq qəzeti.-2009.-26 fevral.-S.10.