“Qan yaddaşı Xocalı”

 

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuş “Qan yaddaşı Xocalı” adlı “dəyirmi masa” keçirilmişdir. Tədbirdə kitabxanaçılar, Xocalı faciəsinin iştirakçıları, Bakı Dövlət Universitetinin tələbələri iştirak etmişlər.

Bu barədə məlumatı Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidməti vermişdir. Məlumatda deyilir ki, tədbiri giriş sözü ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov açaraq, XX əsrin ən qanlı faciələrindən olan Xocalı faciəsi haqqında danışmış bu hadisəni erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırım olduğunu qeyd etmişdir.

Dəyirmi masada Xocalı sakini, o dəhşətli hadisədə yaxın qohumlarını itirmiş Bahar Əsədova çıxış etmişdir.

B. Əsədova öz çıxışında insanlığa zidd olan bu soyqırımı heç bir Azərbaycan vətəndaşının unutmağa haqqı olmadığını bildirmiş dünya dövlətlərini bu hadisələrə qiymət verməyə çağırmışdır. O, çıxışını Xocalı şəhidlərinə həsr etdiyiXocalım, canım mənimşeiri ilə bitirmişdir.

Tədbirdə həmçinin C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının hərbi vətənpərvərlik kütləvi işlər bölməsinin müdiri X.MəmmədovaƏsrin faciəsiXocalı soyqırımımövzusunda çıxış etmişdir.

Dəyirmi masada Xocalı faciəsinin iştirakçıları Bakı Dövlət Universitetinin tələbələrinin tədbir iştirakçılarının suallarını cavablandırmışlar.

Tədbirin sonundaUnudulmaz tarix, unudulmaz faciəadlı foto-stend iştirakçılara nümayiş etdirilmişdir.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-26 fevral.-S.11.