Əhaliyə xidmətin yüksək
nümunəsi
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
sosial-iqtisadi inkişaf strategiyasının uğurlu
davamçısı möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda
sosial müdafiə, o cümlədən sosial yardım
sisteminin qabaqcıl dünya ölkələrinin təcrübəsi
əsasında təkmilləşdirilməsi, bu sistemin daha səmərəli
qurulması, dövlət yardımlarının verilməsində
ünvanlılıq prinsiplərinin təmin olunması daim
diqqət mərkəzində olmuşdur. Belə ki, möhtərəm
Prezidentimiz İlham Əliyev 16 noyabr 2005-ci il tarixli Fərmanı
ilə “Ünvanlı dövlət sosial yardım haqqında”
Azərbaycan Respublikasının Qanununu imzalamışdır.
Həmin qanunun tətbiqi
ilə əlaqədar olaraq Yasamal rayon Əhalinin Sosial
Müdafiəsi Mərkəzində geniş tədbirlər
planı işlənib hazırlanmış və qanundan irəli
gələn bir sıra vəzifələr həyata
keçirilmişdir. Belə ki, 2006-cı ilin mart ayından
başlayaraq rayonumuzda əhali ilə geniş izahat işi
aparılmış, aztəminatlı ailələrlə məhəlli
görüşlər keçirilmişdir. Bu
görüşlərə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin məsul şəxsləri də dəvət
olunmuş, ünvanlı sosial yardımın məqsəd və
prinsipləri əhaliyə izah edilmişdir. Bundan sonra Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi
ilə 2006-cı il aprelin 15-dən Yasamal rayon Əhalinin Sosial
Müdafiəsi Mərkəzində aztəminatlı ailələrdən
sənədlərin qəbuluna başlanmışdır. Həmin
ilin iyulundan isə “Ünvanlı dövlət sosial yardım”
proqramı rəsmi fəaliyyətə
başlamışdır. Proqramın icrası 2006-2008-ci illərdə
müvəffəqiyyətlə həyata keçirilmiş,
cari ildə də uğurla davam etdirilir. Yasamal rayon Əhalinin
Sosial Müdafiəsi Mərkəzində 2009-cu ilin beş
ayı ərzində 3823 ailə ünvanlı sosial
yardımdan bəhrələnmişdir. Həmin ailələrin
14145 nəfərdən ibarət ailə üzvləri
vardır. Müharibə əlillərinin 24, digər səbəbdən
əlil olanların ailələri 787, məcburi
köçkün ailələrinin sayı 396 nəfərdən
ibarət olmuşdur.
Respublikamızda sosial
müdafiə sisteminin daim təkmilləşdirilməsi,
yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin,
minimum əmək haqqının, pensiyaların və
müavinətlərin mütəmadi olaraq
artırılması respublikamızda yoxsulluq səviyyəsinin
kəskin şəkildə aşağı düşməsinə
səbəb olmuşdur. Belə ki, əgər 2003-cü ildə
ölkədə yoxsulluq səviyyəsi 49 faiz təşkil
edirdisə, hazırda bu göstərici 13,2 faizdir. Bütün
bunlar bir daha sübut edir ki, həyata keçirilən hərtərəfli
inkişaf strategiyası xalqın həyat səviyyəsinin
yüksəlməsinə, əhalinin aztəminatlı hissəsinin
sosial müdafiəsinin gücləndirilməsinə xidmət
edir.
Bütün bunlarla
yanaşı, Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində
sosial müavinət, Prezident təqaüdü alan əlil və
şəhid ailələrinin, müharibə
iştirakçılarının da sosial müdafiəsinin
gücləndirilməsi, onlara xüsusi qayğı göstərilməsi
daim diqqət mərkəzində saxlanılır. Mərkəzimiz
tərəfindən 420 ahıl, tənha qocaya evlərdə
sosial-məişət xidməti göstərilir. Bu
kateqoriyadan olan vətəndaşların təqaüd və
sosial müavinətlərinin vaxtlı-vaxtında
çatdırılması üçün mərkəzdə
işçi qrupu fəaliyyət göstərir və daim rəhbərliyin
nəzarətində saxlanılır.
Qarşıya
qoyulmuş vəzifələrin layiqincə həyata
keçirilməsi üçün Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin və Yasamal Rayon İcra
Hakimiyyətinin birgə səyi nəticəsində mərkəzimiz
2008-ci ilin iyun ayında yeni tikilmiş inzibati binaya
köçürülmüşdür. Burada normal işləmək
və məqsədyönlü fəaliyyət göstərmək
üçün lazımi şərait yaradılmış,
iş otaqları mebel və kompyuter avadanlığı ilə
təchiz olunmuşdur.
Yasamal rayon Əhalinin
Sosial Müdafiəsi Mərkəzinin kollektivi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
ölkənin daim artan iqtisadi imkanlarının ilk növbədə
sosial məsələlərin həllinə yönəldilməsi
ilə bağlı məqsədyönlü siyasətini əldə
rəhbər tutaraq öz işini günün tələbləri
səviyyəsində quraraq, ünvanlı sosial
yardımın bundan sonra da uğurla həyata keçirilməsi
üçün bütün imkanlardan səmərəli
istifadə edəcəkdir.
Arif ABBASOV,
Yasamal ƏSMM-nin direktor müavini
Xalq qəzeti.- 2009.- 1 iyul.- S. 6.