Abşeron: qaz təsərrüfatının xidmət səviyyəsi yüksəlir

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq həyata keçirilən mühüm tədbirlər nəticəsində respublikanın hər yerində olduğu kimi Abşeron rayonunda da əhalinin həyat səviyyəsi daha da yaxşılaşır, göstərilən xidmətin keyfiyyəti yüksəlir. Bu, özünü, demək olar ki, bütün sahələr üzrə açıq-aşkar hiss etdirir. Bu mənada Abşeron Qaz İstismarı İdarəsinin gördüyü işlər ürəkaçandır. Nəzərdə tutulan işlərin siyahısı da genişdir. Ümumiyyətlə, rayonun qaz təsərrüfatındakı son vəziyyət barədə idarənin rəisi Yaşar Osmanovdan eşitmək istədik. O, dedi:

 

— Rayon ərazisində əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə Dövlət Proqramına əsasən Abşeron Qİİ-si tərəfindən bir sıra işlər görülmüşdür. Rayonun qəsəbə və kəndlərində müxtəlif diametrli yeni qaz xətləri çəkilmiş, uzun müddət istismarda olduğuna görə korroziyaya uğramış 600 poqonometr qaz xətti yenisi ilə əvəz edilmişdir, 500 poqonometrdən artıq yeraltı qaz kəməri rekonstruksiya olunaraq dayaqlar üzərinə qaldırılmışdır.

Bakı — Şamaxı yolunun kənarı ilə keçən rezin borularla çəkilmiş qaz xətləri diametri 100 millimetr uzunluğu 1000 poqonometr olan metal boru ilə əvəz edilmişdir.

Bakı — Sumqayıt yolunun Xırdalan dairəsi yaxınlığından keçən, “Mexkolon” yaşayış massivini və H.Əlyev prospektini təbii qazla təmin edən 350 poqonometrlik qaz kəməri əsaslı təmir olunaraq yenisi ilə əvəz olunmuşdur.

Bakı — Sumqayıt yolunu keçən və Xırdalan şəhərini təbii qazla təmin edən diametri 325 və 159 millimetrlik qaz kəmərləri əlavə keçid tikilməklə yeniləşdirilir.

Xırdalan şəhərinin və “Quşçuluq” yaşayış massivinin qaz təchizatını yaxşılaşdırmaq üçün Müşviqabad qaz paylayıcı stansiyadan gələn 530 millimetrlik daşıyıcı qaz kəmərindən kollektor quraşdırılaraq uzunluğu 3500 poqonometr, diametri 530 millimetr olan orta təzyiqli daşıyıcı qaz kəməri çəkilmişdir. Bundan əlavə layihə-smeta sənədləri əsasında müxtəlif diametrli ümumi uzunluğu 8 kilometr olan yeraltı polietilen və ümumi uzunluğu 60 kilometrdən artıq metal boru inşa edilmiş, qaz tənzimləyici şkaflar və siyirtmələr quraşdırılmışdır. Hazırda bu işlər davam etdirilir.

Qaz təchizatını yaxşılaşdırmaq məqsədilə 27-ci məhəllədəki qaz tənzimləyici şkafdan Ə.Şəfiyev küçəsindəki qaz kəmərinə qədər diametri 89 millimetr, uzunluğu 170 poqonometr qaz kəmərinin layihə-smeta sənədləri hazırlanmış və işlər görülüb başa çatdırılmışdır.

Layihə-smeta sənədləri əsasında Novxanı QPS-dən Novxanı qəsəbəsinə 7,2 kilometr uzunluğunda 219 millimetrlik orta təzyiqli yeni qaz kəməri çəkilmişdir.

Saray qəsəbəsində istismara yararsız 159 millimetrlik orta təzyiqli qaz kəmərinin 30 poqonometri dəyişdirilmiş, daşıyıcı orta təzyiqli qaz kəmərinin 1400 poqonometri diametri 160 millimetrlik polietilen boru ilə əvəz edilmişdir.

Ceyranbatan qəsəbəsində köçkünlərin məskunlaşdığı ərazidə 90 poqonometr uzunluqda 50 millimetrlik qaz kəməri 159 millimetrlik qaz kəməri ilə əvəz edilmişdir. Ceyranbatan “kanalkənarı” ərazini təbii qazla təmin edən 219 millimetrlik qaz kəmərinin 720 poqonometrinin təhlükəsiz yerə çıxarılması üçün işlər gedir.

Masazırlıları normal səviyyədə mavi yanacaqla təmin etmək məqsədilə layihə-smeta sənədləri əsasında diametri 160 millimetr, uzunluğu 3500 poqonometr, diametri 110 millimetr, uzunluğu 2000 poqonometr polietilen, məhəllədaxili diametri 108 millimetr, uzunluğu 4000 poqonometr, diametri 89 millimetr, uzunluğu 3900 poqonometr, diametri 76 millimetr, uzunluğu 400 poqonometr metal boru çəkilmiş, 5 ədəd qaztənzimləyici şkaf, 21 ədəd siyirtmə quraşdırılmışdır. Bu işlər hazırda davam etdirilir.

Fatmayı kəndində 219 millimetrlik orta təzyiqli qaz kəmərinin istismara yararsız 30 poqonometri dəyişdirilmiş, kəndin girişindəki 273 millimetrlik orta təzyiqli qaz kəmərindən diametri 160 millimetr, uzunluğu 1250 poqonometr polietilen qaz kəməri çəkilmiş və 1 ədəd qaztənzimləyici şkaf quraşdırılmışdır.

Görədil kəndində diametri 219 millimetrlik qaz kəmərindən diametri 110 millimetr, uzunluğu 570 poqonometr polietilen qaz kəməri çəkilmiş və 1 ədəd qaztənzimləyici şkaf quraşdırılmış, diametri 100 millimetrlik qaz kəmərinin 560 poqonometri diametri 160 millimetrlik polietilen boru ilə dəyişdirilmişdir.

Məhəmmədi kəndində 159 millimetrlik daşıyıcı qaz kəmərinin 1500 poqonometri diametri 219 millimetrlik qaz kəməri ilə dəyişdirilmişdir.

Qobu qəsəbəsində yeni qaz kəmərinin çəkilməsi və qəsəbədaxili qaz xətlərinin yenidənqurulması üçün layihə-smeta sənədləri hazırlanmış və bu işlərin görülməsinə başlanmışdır.

Hökməli kəndində qaz təchizatını daha da yaxşılaşdırmaq məqsədilə Müşviqabad AQPS-dən çəkilmiş 530 millimetrlik orta təzyiqli qaz kəməri ilə kəndin mövcud 325 millimetrlik qaz kəmərini birləşdirmək məqsədilə 35 poqonometr uzunluqda 219 millimetrlik qaz kəməri çəkilmişdir. Qəsəbədə 1100 poqonometr uzunluğunda diametri 160 millimetr polietilen qaz kəməri çəkilmişdir.

Əlbəttə, görülmüş və görüləcək işlərin siyahısını yenə də uzatmaq olar. Ancaq bunu xüsusi vurğulamaq istəyirəm ki, ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm Prezidentimiz İlham Əliyevin çox böyük məharətlə həyata keçirdiyi strategiya Azərbaycan Respublikasının iqtisadi qüdrətini kifayət qədər gücləndirmişdir. Regionların sosial-iqtisadi inkişafı xüsusi diqqət mərkəzindədir. Son illər Abşeron rayonunda görülən işlər, dəyişikliklər, yeniləşmə prosesi rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə xüsusilə geniş vüsət almışdır. Bizim də vəzifəmiz və borcumuz yaradılan bu şəraitdən yararlanaraq bu prosesdə yardımçı olmaqdır.

 

 

Səməd HÜSEYNOĞLU,

 “Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalqqəzeti.- 2009.- 2 iyul.- S. 7.