Sosial müdafiəni
gücləndirmək dövlət
siyasətinin prioritetlərindəndir
Dövlət başçısı Prezident İlham Əliyev
son 6 ildə ümummilli lider Heydər Əliyevin mahiyyətcə
gələcəyə ünvanlanmış inkişaf
strategiyasını çox böyük uğurla davam etdirərək
Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri
sırasına çıxarmışdır. Onun bilavasitə
rəhbərliyi ilə iqtisadiyyatımızda həyata
keçirilən köklü islahatlar, dünya iqtisadi məkanına
sürətli inteqrasiya, davamlı makroiqtisadi sabitlik və
iqtisadi artımın dinamikası ölkədə sosial
iqtisadi vəziyyətin yaxşılaşdırılmasına
və xalqın firavan yaşamasına möhkəm zəmin
yaratmışdır.
Bu gün qətiyyətlə
demək olar ki, Azərbaycanda əhalinin sosial müdafiə, həmçinin
sosial yardım sisteminin qabaqcıl dünya ölkələrinin
səmərəli təcrübəsi əsasında təkmilləşdirilməsi,
onun daha operativ işləməsi, dövlət
yardımlarının verilməsində ünvanlılıq
prinsipinin təminatı dövlət
başçısının daim diqqət mərkəzində
olmuşdur. Xüsusilə Prezident İlham Əliyevin 16 noyabr
2005-ci ildə imzaladığı “Ünvanlı dövlət
sosial yardımı haqqında” Azərbaycan Respublikası
Qanununun təsdiq edilməsi haqqında fərmanından sonra
bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirilyinin həyata keçirdiyi tədbirlər öz müsbət
nəticəsini vermiş və qısa vaxtda respublikanın hər
yerində Əhalinin Sosial Müdafiə Mərkəzləri
konkret tədbirlər planı işləyib
hazırlamışlar.
Bakının Əzizbəyov
Rayon Əhalinin Sosial Müdafiə Mərkəzində də
müvafiq qanunun tətbiqi ilə əlaqədar geniş tədbirlər
planı işlənib hazırlanmış və qanundan irəli
gələn bir sıra vəzifələr
reallaşdırılmışdır.
İlk tədbir kimi, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları
və mütəxəssisləri ilə birgə rayonumuzun
bütün kəndlərində aztəminatlı ailələr,
yardıma ehtiyacı olan insanlar və əhalinin sosial
qayğıya ehtiyacı olan nümayəndələri ilə
görüşlər keçirilib, geniş izahat işləri
aparılmış və sosial yardımın məqsədi və
prinsipləri açıqlanmışdır.
2006-cı ilin iyun-iyul
aylarından başlayaraq “Ünvanlı sosial yardım”
proqramı rəsmən fəaliyyətə
başlamış, aztəminatlı ailələrdən toplanan
sənədlər araşdırılaraq konkret yardım
göstərilməyə başlanmışdır. 2006-2008-ci
illərdə uğurla həyata keçirilən yardım
proqramı bu il də davam etdirilmiş və əhalinin aztəminatlı
qruplarına sosial yardımların vaxtında
çatdırılması təmin olunmuşdur.
Bütövlükdə
bu il Əzizbəyov rayon Sosial Müdafiə Mərkəzi
üzrə 3944 ailəyə ünvanlı sosial yardım
göstərilmişdir. Sosial yardım alan 162 ailə öhdəsində
1 yaşadək uşağı olanlar, 886-sı isə məcburi
köçkün ailəsidir. Ailə
başçısını itirdiyinə görə isə
öhdələrində 403 uşaq olan 234 ailədir.
Dövlətin
ünvanlı sosial yardımından rayonumuzun 1481 əlil
sakini də faydalanmışdır. 18 yaşadək
sağlamlıq imkanları məhdud olan 5074 nəfərə
də bu növ yardım şamil edilmiş və onlar da
vaxtında yardım ala bilmişlər.
Etiraf etmək lazımdır
ki, dövlətin çox mühüm əhəmiyyət
verdiyi əhalinin sosial müdafiə sisteminin möhkəmləndirilməsi
naminə həyata keçirdiyimiz bu tədbirlərdə Əzizbəyov
Rayon İcra Hakimiyyətinin başçısı
Gülağa İslamov və aparatın kollektivinin də əməyi
az deyil. Sevindirici haldır ki, ölkənin sosial müdafiə
sisteminin daim təkmilləşdirilməsi, yaşayış
minimumunun və ehtiyac meyarının məbləğinin,
minimum əmək haqqının, pensiya və müavinətlərin
dövlət tərəfindən mütəmadi olaraq
artırılması respublikamızda yoxsulluq səviyyəsinin
son beş ildə kəskin şəkildə aşağı
düşməsinə, əhalinin həyat səviyyəsinin
yüksəlməsinə gətirib
çıxarmışdır.
Yeri gəlmişkən,
qeyd etmək istərdim ki, Əzizbəyov Rayon Əhalinin
Sosial Müdafiə Mərkəzində sosial müavinət, təqaüd
alan əlil və şəhid ailələrinin, müharibə
iştirakçılarının, Qarabağ müharibəsi əlillərinin
sosial müdafiəsinin gücləndirilməsi, onlara dövlət
yardımlarının çatdırılması daim diqqətdə
saxlanılır. Çünki bu həm də əmək və
əhalinin sosial müdafiəsi nazirinin qarşımızda
qoyduğu əsas vəzifə və tapşırıqlardan
biridir.
Kollektivimiz Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
ölkənin iqtisadi potensialı, neft və sənaye gəlirləri
artdıqca əhalinin sosial müdafiəsini də gücləndirdiyinin
canlı şahididir.
Biz, dövlət
başçımızın Azərbaycanın xoşbəxt
və firavan gələcəyinə xidmət edən bu məqsədyönlü
siyasətinin reallaşdırılmasında, azacıq da olsa,
payı olan insanlar kimi özümüzü məmnun sayır
və qürur duyuruq. Çünki əhalinin sosial müdafiəsini
gücləndirmək dövlət siyasətinin prioritetlərindəndir.
Adəm İBRAHİMOV,
Əzizbəyov Rayon Əhalinin Sosial
Müdafiəsi Mərkəzinin direktor əvəzi
Xalq qəzeti.- 2009.- 3 iyul.- S. 7.