Sosial proqramlar
böyük uğurla
həyata keçirilir
Dövlətin əsas vəzifələrindən biri əhalinin
həyat səviyyəsini yüksəltmək, onun sosial
müdafiəsini təmin etmək və bu sahədə
müxtəlif məsələləri həll etməkdir. Sosial
yardım insanların yaşayış səviyyəsinin təmin
edilməsinə, əhalinin sağlamlıqla bağlı və
digər sosial problemlərinin aradan qaldırılmasına
dövlət qayğısıdır.
Müstəqil ölkəmizdə
həmin istiqamətdə işlər həmişə
dövlətimizin diqqətindədir və bu fəaliyyət
günü-gündən vüsət alır.
Üç il əvvəl
Azərbaycanda sosial müdafiə sahəsində
dünyanın aparıcı ölkələrinin təcrübəsinə
əsaslanmış və dövlət yardımlarının
ünvanlılığının təmin edilməsi istiqamətində
daha bir addım atılaraq ünvanlı sosial yardım sistemi
tətbiq olunmağa başlanmışdır.
Bu məqsədlə
ölkəmizdə üç il əvvəl “Ünvanlı
dövlət sosial yardımı haqqında” Qanun qəbul
edilmişdir. Bu sənəd sosial yardım sahəsində zəruri
olan bir sıra məsələlərin həllinə yol
açdı. Bu, ünvanlı sosial yardım təminatı
ilə yoxsulluğun azaldılması, yardımın vətəndaşların
real ehtiyaclarına uyğun olaraq ünvanlı metodlarla təyin
edilməsi və subyektin dəqiq seçimi, maliyyə vəsaitlərindən
səmərəli istifadə edilməsi, sosial yardımın ədalətlilik
prinsipləri əsasında həyata keçirilməsinə
şərait yaratdı. Bütün bunlar isə sosial
yardımın əhalinin həmin yardıma ehtiyacı olan təbəqəsinə
çatdırılmasına səbəb oldu.
Nərimanov rayonunda da
ünvanlı dövlət sosial yardımının tətbiqi
və bu işin səmərəli təşkil edilməsi sahəsində
zəruri fəaliyyət həyata keçirilir. 2008-2009-cu illərdə
ünvanlı dövlət sosial proqramı ilə əlaqədar
mərkəzə 2958 ailədən müraciət daxil
olmuş və ümumilikdə 12187 nəfərədən
ibarət 2948 ailəyə ünvanlı sosial yardım təyin
edilmişdir. Vurğulamaq lazımdır ki, bu prosesdə
heç bir aztəminatlı ailə kənarda qalmamış
və onlar dövlətimizin qayğısından bəhrələnmişlər.
Mərkəzimizin
kollektivi bundan sonra da öz vəzifəsini günün tələbləri
səviyyəsində quracaq və dövlətimizin,
insanlarımızın rifah halının durmadan
yaxşılaşmasına yönəlmiş sosial siyasətini
layiqincə icra etmək üçün əlindən gələni
əsirgəməyəcək.
Ağa HƏSƏNOV,
Nərimanov Rayon Əhalinin
Sosial Müdafiə
Mərkəzinin direktoru
Xalq qəzeti.- 2009.- 3 iyul.- S. 7