Cəlilabad polisi peşə bayramını uğurlarla qeyd etdi

 

Respublikamızın hər yerində olduğu kimi, Cəlilabadda da 2 iyulpolislərin peşə bayramı uğurlarla qeyd edildi.

 

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, gül dəstələri qoydular. Sonra ulu öndərin 29 may 1998-ci il tarixli sərəncamı ilə qeyd edilən Polis Günü münasibətilə tədbir keçirildi.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov polis şöbəsinin kollektivini bayram münasibətilə təbrik etdi, ona çətin şərəfli işlərində, Vətənə xidmətdə yeni uğurlar arzuladı. Polis veteranı Mirəziz Ağalarov, Komanlı kəndi üzrə icra nümayəndəsi Lətifə Heydərova öz çıxışlarında dövlətimizin əsas sütunlarından biri olan polisin Azərbaycan dövlətçiliyinə xidmətlərindən, asayişin qanunçuluğun qorunmasında fədakarlığından danışdılar, polis əməkdaşlarına ən xoş arzularını çatdırdılar.

Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rəhim Novruzov məruzəsində bildirdi ki, son illər cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin ictimai qaydanın təmin edilməsində əldə olunmuş uğurlar, daxili işlər orqanları əməkdaşlarının gərgin əməyi səmərəli fəaliyyəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir. Cəmiyyətimizin əksər hissəsi kimi DİO-nun şəxsi heyəti möhtərəm Prezidentimizin etibarını, gündəlik qayğı etimadını daim hiss edir, dövlət başçısının asayişi mühafizə fəaliyyətinə verdiyi yüksək qiyməti böyük qürur minnətdarlıq hissi ilə, eyni zamanda məsuliyyətlə qəbul edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2004-cü il iyun ayının 30-da DİO-nun təqdirəlayiq fəaliyyətinə, şəxsi heyətin hüquqi demokratik dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə verilən yüksək qiymətin əyani təzahürü olaraq, bir sıra mühüm fərman sərəncamlar qəbul olunmuş, o cümlədənAzərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dairDövlət Proqramı təsdiq edilmişdir. Mühüm əhəmiyyətə malik olan bu proqram polisin maddi-texniki bazasının ən müasir texnika avadanlıqlarla təchiz edilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətdə polisin rolunun yüksəldilməsi, bütövlükdə DİO-nun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı mühüm tədbirləri əhatə etmişdir.

Bütün qeyd olunanları Cəlilabad rayonunun coğrafi mövqeyini, kriminogen durumunu, əməliyyat şəraitini nəzərə alaraq bizdənCəlilabad RPŞ-nin əməkdaşlarından yalnız bir şey tələb olunur: ölkə rəhbərliyi DİN-nin rəhbərliyi tərəfindən göstərilən etimadı doğrultmaq, qayda-qanunun ictimai təhlükəsizliyin təmin edilməsində, vətəndaşların hüquq azadlıqlarının qorunması istiqamətində vicdanla xidmət etmək.

Daha sonra polkovnik Rəhim Novruzov Cəlilabadda cinayətkarlığa qarşı barışmaz mübarizədə polisin xidmətlərini konkret faktlarla diqqətə çatdırdı. Bu rayonda polis orqanları əməkdaşlarının bütün göstəricilər üzrə yüksək nailiyyətlər qazanması, uğurları ilbəil artırması bu ilin altı ayında baş vermiş cinayətlərin bütünlüklə açılmasının təmin edilməsi fərəhli nəticələr kimi təqdir olundu.

Bayram tədbirində polisin həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət etməsi bütün çıxışların ana xəttini təşkil edirdi. Cəlilabad polisi öz işini cəmiyyətlə əlaqəli şəkildə qurmağı, vətəndaşlarla münasibətlərini yüksək səviyyədə tənzimləməyi bacarır. Bu nümunəvi münasibətlərin məntiqi nəticəsidir ki, adamlar polisə inanır, etibar edir, onu, sözün əsl mənasında, özünün hüquqlarının qoruyucusu hesab edir. Bütün bunlar isə bütün növ cinayətlərin sayının əvvəlki illərlə müqayisədə xeyli azalmasına, isti izlərlə cinayətlərin açılmasının artmasına gətirib çıxarmışdır. Polis əməkdaşları ilə vətəndaşların yaşayış yerləri üzrə müntəzəm görüşləri Cəlilabadda yaxşı nəticələr verir. Narkotiklərə qarşı mübarizədə əldə edilən aşkar uğurları isə rayonun bütün sakinləri alqışlayır layiqincə dəyərləndirirlər.

Bayram tədbiri peşə borcunu şərəflə yerinə yetirən polis əməkdaşlarının bundan sonra da dövlətə xalqa nümunəvi xidmət etmək əzmində olduqlarının daha bir ifadəsinə çevrildi.

 

 

Əli NƏCƏFXANLI,

Xalq qəzeti”nin bölgə müxbiri 

 

Xalq qəzeti.- 2009.- 4 iyul.- S. 7.