Los Ancelesdə
Azərbaycana həsr olunmuş sərgi
İyunun 27-dən Los Anceles şəhərində
amerikalı rəssam
Karen Koblitzin “Torpağın
ritmləri” adlı fərdi sərgisi keçirilir. Sərgi Azərbaycanın mədəniyyəti və
tarixinin təbliği
məqsədilə hazırlanıb.
Karen Koblitz Azərbaycana dəfələrlə səfərlər
edib, Azərbaycanın
mədəni irsi ilə yaxından tanış
olub. Xüsusən Azərbaycan incəsənəti
və mədəniyyətinin
simvolikası, maddi mədəni irs
nümunələri Koblitzi
çox maraqlandırıb.
Bunların təsiri altında,
o, sərgi keçirmək
və Azərbaycanın
mədəni irsini Amerika Birləşmiş Ştatlarında təbliğ
etmək qərarına
gəlib. Sərgidə K. Koblitzin təşəbbüsü
və dəstəyi ilə hazırlanmış
Qobustan qaval daşının modeli nümayiş olunacaq.
Sərgi
zamanı mərhum Çingiz Mehdiyev tərəfindən qaval daşda ifa olunmuş Azərbaycan ritmləri DVD vasitəsilə
geniş auditoriyaya nümayiş olunacaqdır.
Sərgi iyulun 25-dək davam edəcək.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 4
iyul.- S. 6.