Dünya tarixində şərəfli
yer tutan lider
Ulu öndər Heydər Əliyev
milli və bəşəri dəyərlərin misilsiz təəssübkeşi
idi
Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim.
Jak Şirak Fransanın görkəmli
dövlət xadimi
Nəinki Azərbaycan
xalqının və türk dünyasının, hətta
bütün dünya xalqlarının son iki əsrdə
yetişdirdiyi ən görkəmli siyasətçilərdən
olan ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə
gəlməsinin 40 ili tamam olur. Az qala yarım əsrdir ki,
dünya siyasətçiləri Azərbaycan sözünü
eşidən kimi dərhal Heydər Əliyevi xatırlayırlar.
Az qala yarım əsrdir ki, xalqımız onunla fəxr edir, o
isə öz əməlləri ilə Azərbaycana və azərbaycanlılara
üz ağlığı, baş ucalığı gətirir.
Türkiyə Cümhuriyyətinin Baş naziri cənab Rəcəb Tayyib Ərdoğan ulu öndər dünyasını dəyişdiyi o ağır günlərdə demişdir: “Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”. Avropanı — Qərbi təmsil edən Jak Şirakın sözlərini isə yuxarıda bütöv sitat kimi verdik.
“Bölgədə və dünyada sülh naminə fövqəladə xidmətlər göstərmiş” “qeyri-adi şəxsiyyət” olan Heydər Əliyevin titanik siyasi fəaliyyəti barədə danışarkən hər kəsin özünəməxsus qiymətləndirməsi olur. Mənim fikrimcə isə ulu öndərimiz milli məfkurəmizin və mənəvi dəyərlərimizin misilsiz təəssübkeşi, milli dövlətçiliyimizin ən böyük xilaskarı, eyni zamanda, bəşəriyyətin bütün mütərəqqi nailiyyətlərinin yorulmaz təbliğatçısı idi. Bəli, təbliğatçısı. Kimsə deyə bilər ki, Heydər Əliyev kimi siyasət dahisi barədə danışarkən onu “bəşəri nailiyyətlərin təbliğatçısı” adlandırmaq o qədər də yerinə düşmür. Ancaq ulu öndər özünün dahiyanə təvazökarlığı ilə dönə-dönə söyləmişdi ki, bizim hər birimiz dünya xalqlarının ən böyük siyasi, iqtisadi, elmi-texniki və mədəni nailiyyətlərini öyrənməli və təbliğ etməliyik. Bu bir tarixi faktdır ki, ulu öndərimiz bütün dünyada yüksək qiymətləndirilən nə vardısa, hamısını öyrənir, ölkəmizdə tətbiq edilməsinə çalışırdı. Deməli, onun siyasəti nəticəsində bəşəri nailiyyətlər geniş surətdə təbliğ edilirdi. Bu isə siyasətçinin böyüklüyünün təzahürü, dahiliyinin sübutu idi. Biz sadəcə o böyük şəxsiyyətin müasiri olduğumuza görə, onunla eyni əsrdə yaşadığımıza görə xoşbəxtik.
Fikrimizi
konkret faktlarla əsaslandıraq. Ulu öndərin siyasi fəaliyyət
barədə qənaəti belə idi: “Böyük siyasəti
kiçik hisslərə, xırda mənfəətlərə
bağlamaq olmaz”. Bəs onda böyük siyasəti nə ilə
əlaqəli aparmaq, nəyə bağlamaq
mümkündür? Bu sualın cavabını bilavasitə
ümummilli liderimizin öz cümlələri ilə vermək
daha məqsədəuyğundur. “Qızıl ulduzdan hilala
doğru” adlı kitabda (müəllif türk
yazıçısı Y.Ürfan) Heydər Əliyevin
kövrək və səmimi xatirələri verilmişdir.
“Bakıya getmək çətin idi. Naxçıvanda bu
günkü kimi
Burada xatirədən gətirdiyimiz sitata ara verib (həmin xatirəyə yenə də qayıdacağıq) bir məqamı xüsusilə qabardaq. Gənc Heydər memar olmaq istəyirdi. Əslində bu peşəyə sahib olmaq onun həyat meyarı idi. Memar oldu. Ancaq dövlətçiliyin memarı, siyasətin memarı, möhtəşəm quruculuq epopeyasının, 40 il davam edən tərəqqi və inkişaf epoxasının memarı. Təsadüfi deyil ki, bu gün Azərbaycana gələn istənilən əcnəbi siyasətçi və ya bizim dövlət rəsmilərimizlə görüşən dünya siyasətçiləri böyük ürək açıqlığı ilə söyləyirlər: “Heydər Əliyev müstəqil Azərbaycanın, Azərbaycan dövlətçiliyinin memarı və qurucusudur”. Ulu öndərin anadan olmasının ildönümlərində və anım günlərində söz deyən ziyalılar, qələm sahibləri, xüsusən politoloq və siyasətçilər onun haqqında üç ifadəni daha çox işlədirlər: Xalqın xilaskarı, milli dövlətçiliyimizin memarı, müstəqil Azərbaycanın qurucusu. Yəni, yuxarıda qeyd etdiyimiz xatirədə göstərildiyi kimi “Naxçıvandan 4 günə Bakıya gəlmiş” gənc Heydərin memar olmaq arzusu yüksək səviyyədə reallaşmamışdı. Hətta həmin arzunun bu səviyyədə reallaşacağını arzu sahibinin özü də güman edə bilməzdi.
Ulu öndərimizin adına yaradılmış “Heydar-aliyev.orq” internet saytında “Çoxəsrlik tariximizin 34 ili” adlı kitabdan götürülmüş bir məqalə vardır (yaradıcı heyətin rəhbəri Fuad Axundovdur). “1969-82-ci illərdə Azərbaycanda əldə olunan bütün nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır” adlı məqalədə göstərilir: “Məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. Respublikada aparılan geniş miqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı. Azərbaycan gənclərinin elmin və təhsilin dərinliklərinə yiyələnməsi və ölkənin sabahı üçün peşəkar kadr olması üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlının keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Onun 14 illik fəaliyyəti ərzində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanın keçmiş müttəfiq respublikalar sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı. Heydər Əliyevin bu fəaliyyəti tək həmin dövrün Azərbaycanı və ölkə vətəndaşları üçün deyildi, həm də gələcək müstəqil Azərbaycanın möhkəm təməlinin qoyulması, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının təməlinin qoyulması idi”. Ədalətli, qədrşünaslıqla söylənilmiş fikirlərdir və Azərbaycan tarixinin həmin dövrünə dərindən bələd olan ziyalı kimi qeyd edilən fikirlərin hamısıyla tamamilə razıyam.
Yuxarıda
qeyd etmişdik ki, “Qızıl ulduzdan hilala doğru”
kitabında verilmiş xatirəyə yenidən
qayıdacağıq. Heydər Əliyev Bakı Universitetinin
memarlıq fakültəsində oxuduğu illəri
xatırlayır: “Memarlıq fakültəsində təhsil
alarkən rus dilini bilməməyim işimi çətinləşdirirdi.
Tarix boyunca Naxçıvanda rus yox idi və biz
naxçıvanlılar rus dilini bilmirdik. O zaman digər
fakültələrdə təhsil Azərbaycan dilində olsa
da, memarlıq və bir neçə başqa fakültələrdə
təhsil rus dilində idi. Memarlıq sənətinə olan
sevgim məni bu maneəni dəf etməyə — rus dilini
öyrənməyə vadar etdi”. Əslində bu, bir gəncin
qətiyyətinin və əzmkarlığının
nümunəsi idi. Ancaq biz həmin xatirədən istifadə
edərək başqa bir xatirəyə keçir və
zamanın tamamilə başqa yöndə gərdiş elədiyini
yazmaq istəyirik. Ulu öndər çox sonralar
danışırdı: “Andropovla aramızdakı
yaxınlıq və qarşılıqlı hörmətin
başlanğıcı 1965-ci ildən qoyulmuşdu. Bizi həmin
il iclasların birində
Ulu öndərin iki xatirəsindən sitat seçib qabartmaq istədiyimiz fikir budur ki, Naxçıvandan Bakıya gəldiyi ilk illərdə rus dilli müəllimlərə çətinliklə cavab verən Heydər Əliyev dünyanın ən qüdrətli iki ölkəsindən birinin, məhz rusdilli SSRİ-nin rəhbərliyinə dəvət edilir və orada uzun illər nəinki Azərbaycanın, hətta bütün türk dünyasının mənafeyini çox böyük cəsarətlə və mətanətlə müdafiə edirdi.
Bəzən insan psixologiyasını öyrənən mütəxəssislər yazırlar ki, heç kəs üç il, beş il sonra tutacağı mövqeyini qabaqcadan bilmir. Ancaq mənim fikrimcə, bu qənaət sadə insanlara şamil edilməlidir. Heydər Əliyev kimi siyasət dahiləri nəinki üç il, beş il, hətta, iyirmi il sonra baş verəcək prosesləri də böyük uzaqgörənliklə müəyyən edirlər. Əgər elə olmasaydı Heydər Əliyev XX əsrin 70-ci illərində 20 il sonrakı dövlət müstəqilliyimiz üçün möhtəşəm hazırlıq işləri görməzdi. Ulu öndərin 1969-82-ci illərdə Azərbaycanda həyata keçirdiyi ictimai-siyasi və sosial-iqtisadi tədbirlər məhz müstəqil Azərbaycan dövlətinin yaradılmasına hazırlıq işləri idi. Bu isə başqa bir yazının mövzusudur.
Ulu öndərin siyasi hakimiyyətə gəlməsinin 40-cı ildönümü münasibətilə qələmə aldığımız bu yazını məhz belə bir sonluqla başa çatdırırıq: Türk və dünya tarixində şərəfli yer tutan, milli və bəşəri dəyərlərin misilsiz təəssübkeşi kimi tarixə düşən ulu öndər Heydər Əliyevin ən böyük xoşbəxtliyi odur ki, onun incə bir siyasi memarlıqla qurduğu müstəqil Azərbaycan dövləti bu gün regionun və dünyanın söz sahibi olan ölkələrindən birinə çevrilir. Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev siyasi xəttini məhz ulu öndərin adına layiq davam etdirməklə təkcə dövlətçiliyə və xalqımıza deyil, həm də min illərlə ölçülən tariximizə ehtiram göstərir.
Tovuz EMİNLİ,
Azərbaycan
Müəllimlər
İnstitutu Zaqatala
filialının direktoru
Xalq qəzeti.- 2009.- 10 iyul.- S. 5.