Mehdi Hüseynzadə — 90
Mixaylonun partizan silahdaşları
Azərbaycandan minlərlə kilometr uzaqda adı əfsanəyə
dönmüş eloğlumuz Mehdi Hənifə oğlu
Hüseynzadənin qeyri-adi qəhrəmanlığı
unudulmazdır. Onun haqqında söhbət düşəndə
əksəriyyət əsl adı və soyadından çox
faşistlərin canına lərzə salan “Mixaylo”
sözünü daha çox işlədir. Onda hansı Mehdidən,
hansı qəhrəmandan danışıldığı dərhal
məlum olur.
Oğullar var ki, düşdüyü şərait onun qəhrəmanlığına meydan açır. Oğullar da var ki, anadan qəhrəman doğulur. İnamla demək olar ki, Mehdi ikincilərdəndir. Stalinqrad cəbhəsində odlu döyüşlərin iştirakçısı gənc leytenant Mehdi 1942-ci ilin noyabr ayında kiçik bacısı Hürriyyət xanım Əzizbəyovaya yazırdı: “Mən sizə söz verirəm ki, son damla qanıma qədər vuruşacağam, sizi əmin edirəm ki, mən qəhrəmancasına döyüşəcəyəm, sizin başınızı ucaldacağam, ölsəm də qəhrəmancasına öləcəyəm! Mənim barəmdə eşidərsiniz, hələlik sağ olun. Bu mənim son məktubumdur! ”
Nə az, nə də çox üç il keçdi, onun misilsiz qəhrəmanlığını təkcə anamız Azərbaycan yox, bütün dünya eşitdi. Cəbhədən qayıdan Mehdinin sadiq silahdaşları onun qorxmazlığından dastana bənzər epizodlar danışdılar. Mixaylo-Mehdi Hüseynzadənin qəhrəmanlığı bir ailəyə, bir obaya yox, keçmiş sovetlər ölkəsinə başucalığı gətirdi. İyirmi altı yaşında həlak olan rəssam, şair Mehdi və faşistlərə qənim kəsilən gözəgörünməz kəşfiyyatçı Mixaylo çox keçmədi ki, Bakıda qranit heykəldə əbədiləşdi. Paytaxtımızın Bakıxanov küçəsinin yaxınlığındakı bağçada əlində qumbara sıxmış döyüşçü cəsarətlə irəli şığıyır. Çiynindəki plaş-çadır tunc qırışlarda əbədi donmuşdur. Qartal qanadları gərilən igidi düşmən üzərinə növbəti hücum zamanı xalq rəssamı Fuad Əbdürrəhmanov belə əbədiləşdirmişdir.
1973-cü il mayın 9-da Bakıdakı heykəlinin açılışında ümummilli lider Heydər Əliyev demişdir: ... Azərbaycan Pedaqoji İnstitutunun tələbəsi Mehdi Hüseynzadə hərarətli qəlbinin çağırışı ilə ölkəmizin müdafiəçilərinin sıralarına qoşuldu. Stalinqrad ətrafındakı vuruşmada ağır yaralanan Mehdi əsir edildi. Lakin nə tikanlı məftil, nə Hitler həbs düşərgəsinin azğın keşikçiləri cəsur döyüşçünün iradəsini qıra bilmədi. O, faşist zindanından qaçdı və Yuqoslaviya partizanları sırasında düşmənlə mübarizəni davam etdirdi.
Doğma torpaqdan uzaqlarda, Adriatik dənizi sahillərində həmyerlimiz onlarla cəsarətli əməliyyatlar aparmış, kəşfiyyat-təxribat qrupuna rəhbərlik etmişdir. Mehdi Hüseynzadə yüzlərlə hitlerçini məhv etmiş, qatarları yoldan çıxarmış, körpüləri dağıtmış, avtomaşınları və təyyarələri partlatmışdır. Bütün bunlar faşist işğalçıları üzərində qələbəyə qəhrəman Mehdinin döyüş köməyi idi".
Mənim hələ yetmişinci illərdən Mehdinin partizan yoldaşları ilə çoxsaylı görüşlərim olub. Onların Mehdi haqqında xatirələrini yazıb yığmışam. İyirmi ildən çox Azərbaycan televiziyasının “Hünər” proqramında redaktor olduğum vaxtda verilişlərə dəvət etdiyimiz istər keçmiş partizanlar, istərsə də Mehdinin həmkəndlisi və tələbə yoldaşları onun insani keyfiyyətləri ilə yanaşı, şeir-sənət aləmində, rəssamlıqda qeyri-adi istedada malik olduğunu da xüsusi qeyd edərdilər. Onun elə bir partizan yoldaşı yox idi ki, Mehdinin ən çətin böhranlı anlarda belə özünü itirən və ruhdan düşən görsün. Hər bir keçmiş döyüşçü-partizan xüsusi qeyd edirdi ki, çətin anlarda Mehdi düşmənə qarşı heyrətamiz dərəcədə qorxmaz və soyuqqanlı olurdu. Hər bir əməliyyata əvvəlcədən dəqiq proqnoz verir və vəziyyəti qiymətləndirməyi məharətlə bacarırdı.
Ona görə də təsadüfi deyil ki, partizan Mixaylonun —Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin misilsiz döyüş şücaətləri yalnız Azərbaycanda deyil, bütün Avropa xalqlarının dilində dastan olmuşdur.
Xüsusi kəşfiyyatçılar qrupuna başçılıq edən Mehdinin — “Mixaylo”nun cəsurluğu qısa vaxtda bütün Adriatik dənizi sahillərinə yayılmışdı. Mixaylonun başı üçün faşistlər böyük mükafat təyin etmişdilər. Qorxmaz kəşfiyyatçı, heç nədən çəkinməyən Mehdi Hüseynzadə gah alman zabiti formasında, gah da yoxsul kəndli paltarında Adriatik dənizi sahillərindəki şəhər və kəndlərdə görünür, partizanlar üçün məlumatlar toplayır, onların ərzaqla təmin olunması üçün cəsarətli əməliyyatlar aparırdı.
Partizanlar arasında Mehdi qeyri-adi igidliyi, cəldliyi, iti zehni, dərin biliyi ilə fərqlənir və seçilirdi. Mehdi beş dildə — fransız, alman, ispan, italyan və rus dillərində sərbəst danışırdı. Məharətlə maşın sürən Mehdi istehkam işini də əla bilirdi.
Əziz oxucu, Mixaylonun partizan silahdaşlarının silsilə yazılarında siz unudulmaz və yenilməz qəhrəman Mehdi Hüseynzadənin uşaqlıq, gənclik illəri ilə yanaşı, Böyük Vətən müharibəsi illərində göstərdiyi, indiyədək sizə məlum olmayan maraqlı epizodları ilə də tanış olacaqsınız.
Partizan Fərruxun söylədikləri
1975-ci ildə televiziyanın “Heç kim unudulmayıb...” verilişində Naxçıvanın Zeynəddin kənd orta məktəb müəllimi Əsgər Əliyevin göndərdiyi belə bir sorğunu elan etmişdik: “Həmkəndlimiz Sadıq Nadirli İtaliyada əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin yaxın dostu və silahdaşı olub. Mehdi Hüseynzadənin sağ qalan dostlarının hamısı — Cavad Həkimli, Mikayıl Qulubəyov, Fərrux Sultanov, Qədir İsgəndərov, Rza Orucov və başqaları öz xatirələrində Sadıq Nadirlinin adını dönə-dönə çəkir, onun gizli təşkilatlardakı mübariz fəaliyyətindən qısaca bəhs edirdilər. Ümid edirik ki, Nadirlinin sağ qalan partizan dostları onun haqqında əlavə məlumatlarla redaksiyamıza müraciət edəcəklər...Sorğudan bir neçə gün sonra Tovuzdan zəng edib bizə şad xəbər verdilər. Həmin gizli təşkilatın fəal üzvlərindən biri olan Fərrux Sultanov o vaxt Tovuzda yaşayırdı. Fərrux Sultanovla görüşmək, onun xatirələrini dinləmək üçün mən həmin rayona ezam olundum.
Müharibə başlananda Fərrux Gəncədəki
Tibb Texnikumunda son kurs imtahanlarını verirdi. Ona diplom
almaq, dörd il həvəslə
oxuduğu sənətdə bircə gün belə işləmək
qismət olmadı. Bir neçə gün sonra
Vətəni düşməndən qorumaq üçün dəstə-dəstə,
alay-alay cəbhəyə gedən könüllülər
sırasında Fərrux da vardı. Tbilisidə
ayyarımlıq hərbi-tibb kursu keçdikdən sonra
386-cı atıcı diviziyanın tərkibində
Leytenant Sultanov şiddətli güllə
yağışı altında yaralıları arxa cəbhəyə
çəkir, təcili tibbi yardım göstərirdi. 1941-ci ildə
1942-ci il noyabrın 7-də “Kommunist” qəzeti (“Xalq qəzeti”
red.) “Şiddətli atəş altında” adlı məqalədə
baş leytenant Fərrux Sultanovun mərdliyindən
yazırdı:"N" hissəsinin hərbi feldşeri,
Həmin il azğın düşmən böyük bir
qüvvə ilə mühüm əhəmiyyətli dəniz
şəhəri olan Sevastopolu
Əsirlik həyatından danışmaq, dəhşətli
günləri bir daha xatırlamaq Fərrux Sultanov
üçün çox ağırdır. Tale onu vətəndən uzaqlarda çox adamlarla
görüşdürüb, həyatın minbir məşəqqətinin
acısını dadıb. Tez-tez
vaxtsız həlak olan silah dostlarını xatırlayır,
onların Vətən üçün əvəzsiz xidmətini
kədər və qürur hissi ilə yad edir. Ötüb keçən illər bu kövrək
insanın hafizəsindən hələ çox şeyi qoparda
bilməyib. Faşistlər onu yeddi ay
Fərrux Sultanov susdu, onun kədərli üzü, sanki, daşa dönmüşdü. Biz onunla Tovuzdakı kiçik həyətində oturmuşduq. Üzü günəşə baxan evin kölgəsində. Dama qədər dırmaşan meynəliyin kölgəliyi çox sərin idi. Müsahibimin alnında, üzündə tər damcıları almaz dənələri kimi parıldayırdı. Ara vermədən papiros çəkən mərhum Fərrux müəllim o vaxt bizə tərəf uzanan budağı tutub dedi:
— İndi mən
bunu sındırsam, gövdəsindən ayırsam, göz
yaşı axıdacaq. İnsan da belədi.
Kim onu Vətəndən, anadan ayırsa, kədərlənib
göz yaşı tökəcək. İlk
vaxtlar günlərimiz çox kədərli keçirdi.
Elə ki Mehdi ilə
O vaxtlar almanlar yerli əhalini də çox incidirdilər. Odur ki, onlardan bəziləri partizanlıq edirdi. Biz də imkan axtarırdıq ki, faşist gözətçilərini məhv edib, onlara qoşulaq. 1943-cü ilin noyabrında bizi vaqonlara doldurub Şimali İtaliyanın Triyest şəhəri yaxınlığındakı Opçina qəsəbəsinə istehkamlar qurmaq üçün gətirdilər. Burada işlədiyimizə görə nisbətən “azadlıq” qazanmışdıq. Hətta almanlar Mehdiyə, Cavada etibar edib qəsəbəyə getmələrinə də icazə verirdilər. Onlar partizanlarla əlaqə yarada bilmişdilər.
Gizli təşkilatımızın qərarına əsasən, Mehdi, Cavad və Əsəd Qurbanov partizanlığa göndərildi. Sadıq Nadirli, Qasım Əmrahov və mən Mehdinin göstərişi ilə əsirlikdə fəaliyyət göstərməli, almanlar haqqında onlara müntəzəm məlumat verməli və əsirlərin kütləvi partizanlığa qaçmasına şərait yaratmalı idik. Bizim göstərişlərimizlə Mehdigil kinoteatrları, körpüləri, fahişəxanaları, restoran və barları dağıdırdılar. Ümumiyyətlə, bizim əsas vəzifəmiz faşist əsgər və zabitinin çox olduğu yeri nişan vermək idi.
— Fərrux müəllim, Mehdigillə harada, necə görüşürdünüz, bəs faşist nəzarəti?
— Bizi gündüzlər çox işlədib yorsalar da, gecələr gözətçini yuxuya verəndən sonra yatmırdıq. Nəyin bahasına olursa- olsun, təşkilatın tapşırığı yerinə yetirilməli idi. Axı, təşkilatın əsas rəhbərlərindən biri cəsur sovet kapitanı Cavad Həkimlinin dəmir kimi möhkəm andı vardı: “Lazım gələrsə, Vətən yolunda həlak olmalı!”. Təşkilat yaranan günü bu anda son nəfəsimizə qədər sadiq qalmağa söz vermişdik. Gecələr Mehdigillə qabaqcadan müəyyən olunmuş yerlərdə — restoranlarda (əlbəttə, alman formasında) qoca bir qarının evində və ayrı-ayrı tinlərdə görüşüb məlumat alıb-verirdik.
— Mehdinin nəsillərə nümunə olan əfsanəvi qəhrəmanlığı haqqında haqlı olaraq mətbuatımızda çox yazılıb. Bəs cəsur dostunuz Sadıq Qasım oğlu Nadirlinin fəaliyyətindən necə, yadınızda qalan bir epizod varmı?
— Mən inamla deyərdim ki, Mehdi kimi Sadıq Nadirli də misilsiz rəşadət göstərmişdir. 1943-cü il, payızın son ayları idi. Bir gün mən Mehdinin buraxdığı “Hüququnu itirmiş dostuma” sərlövhəli vərəqələri başqa bir düşərgəyə çatdırmalı idim.
Vərəqələr alman faşistlərinin yaxın vaxtlarda darmadağın olunmasından, Sovet qoşunlarının bütün cəbhə boyu müvəffəqiyyətli hücumundan bəhs etməklə bərabər, həm də əsirləri intiqama səsləyən mübariz bir ittihamnamə idi. Onun son sətirləri “Alman faşistlərinə ölüm!” cümləsi ilə qurtarırdı. Azərbaycan dilində olan bu vərəqə “Qürbətzadə Mixaylo” imzası ilə buraxılırdı.
Mən Mehdidən iki yüzdən çox vərəqə götürüb, əlavə tapşırıqlar da aldım. Düşərgələr bir-birindən xeyli aralı idi. Həmin gün bizim parolumuz “Xəzər dalğası” idi. Onu da deyim ki, ehtiyat üçün hər görüşdə bir parolumuz olurdu. Qaranlıq, çiskinli bir gecə idi. Pencəyimin sağ qolunda gizlətdiyim tapançamı hazır vəziyyətdə saxlamışdım. Görüş yerinə lap az qalmış qəfildən gözümə gur işıq salındı. Bir səs “hende hox”— deyə bağırdı. Faşist patrulları ilə üzbəüz gəldiyimə şübhə etməyib yerimdən tərpənmədim. Kiçicik bir hərəkətimdən, tərpənişimdən məni yerimdəcə güllələyə bilərdilər. Sağ və solumda avtomat şaqqıldadı. Almanca gecənin parolunu soruşduqda, dinmədim.
Üstümdəki vərəqələrdən birisi kimdə tapılsaydı, onun ən yüngül cəzası asılmaq idi. Məndə isə bu vərəqlərdən iki yüzdən çox idi.
Son dəqiqələrim olduğunu hiss edib, xəyalımdan min bir fikir keçirdim. Faşist cəlladlarının dəhşətli, dözülməz cəzalarını xatırlayıb burada özümü məhv etmək qərarına gəldim. Yavaş-yavaş əllərimi yuxarı qaldırıb tapançadan möhkəm yapışdım. Faşist yenə “Parol”— deyə bağırdı. Bu vaxt arxadan kimsə, “Xəzər dalğası” deyib bir anda faşistləri yerə sərdi. Mən qorxudan donub qalmışdım. Güllə atılan tərəfdən:
“Fərrux, mənəm, Nadirliyəm, özünü ələ al” — deyib, faşist avtomatlarını soyuqqanlılıqla yerdən götürdü. Sonra: “Hələ özünə gəlməmisənmi? — Mən onda xatırladım ki, bura həmişə Nadirli ilə görüşdüyümüz yerdir.
Sadıq Nadirli də Mehdi kimi faşistlərin qənimi idi. Sloveniyada və Yuqoslaviyada adı dillərdə gəzirdi. O, Naxçıvanın Zeynəddin kəndində anadan olmuşdu. Bu cəsur vətənpərvər həbs düşərgəsində əsirlərə olmazın cəza verən faşist zabiti Rabeni və baş feldfebel Ştiki aldadıb bara aparmış və orada məhv etmişdi.
— Nadirlinin son taleyi necə, yadınızdadırmı?
—Artıq 1944-cü il, mart ayının sonlarında düşərgədəki iki mindən çox azərbayanlının partizanlığa qaçmaq planını hazırlamışdıq. Hər şey əvvəlcədən müəyyənləşdirilmişdi. Əməliyyat necə olursa-olsun yerinə yetirilməli idi. O vaxt faşistlər bizdən bir az şübhələnib ayrı-ayrı düşərgələrə bölmüşdülər. Düşərgələr bir-birindən iyirmi beş-otuz kilometr aralı idi. Bir gün Qasım Əmrahov xəbər gətirdi ki, Nadirli həbs olunub, silahdaşlarını da darmadağın ediblər, təşkilatın uzun müddət hazırladığı plan təhlükə qarşısındadır. O, vətənpərvərlərdən ibarət gizli bir dəstə toplamışdı. Onun ən böyük arzusu gizli fəaliyyətə son qoyub silahdaşları ilə birgə Mehdinin partizan dəstəsinə qoşulmaq idi.
Həmin gecə səhərə yaxın Nadirli sloven qızı Savvanın (“Uzaq sahillərdə” əsərindəki Anjelikanın əsl adı) yanına gedib, məxfi məlumatları və partizanların göndərdiyi buraxılış vərəqələrini alıb qayıdanda bir satqın tərəfindən ələ verilir. Axtarış zamanı onun portfelindən məxfi sənədlər çıxır. Satqın Nadirlinin öz dəstəsində imiş. Bir neçə gün sonra hamını Nadirlinin olduğu düşərgəyə gətirdilər. Ona dəhşətli əzab, işgəncə vermişdilər. Müavini Məmmədağa ilə ikisini də düşərgədə əsirlər qarşısında dirəyə bağlayıb vicdansızcasına döydülər. Onu bu vəziyyətdə tanımaq çox çətin idi. Lakin o, bütün əzablara mərd bir sovet zabiti kimi dözərək nə təşkilat, nə də onun üzvləri haqqında heç bir şey demədi.
Son sözləri indi də qulaqlarımda səslənir: “Əlvida, qardaşlar, məndən arxayın olun, sağ qalsanız anama, Vətənə çoxlu salam deyin!”.
Boğula-boğula danışan müsahibim hıçqırtıdan özünü saxlaya bilmirdi. Mən dolmuş halda onun üzünə baxırdım. Amma göz yaşlarını görə bilmirdim. Hardansa nənəmdən eşitdiyim bir fikir yadıma düşdü: “Dost üçün ağlayan gözün yaşı qəlbə axar”. Bəlkə, insan daxilindəki odu, atəşi, yanğını söndürmək üçün gözünün yaşını qəlbinə axıdır. Adam ancaq onda nisbətən rahatlıq tapır, öz əzabı özünü dincəldib sakitləşdirir. Dərdini danışmaqla rahatlıq tapmazsan, ürəyin varsa, gərək mütləq ağlayasan.
Bundan sonra azərbaycanlı əsirlərdən ehtiyat edən faşistlər onları ciddi nəzarət altında vaqonlara doldurub Tirren dənizi sahillərinə göndərdilər. Yolda Fərrux Sultanovun başçılığı ilə yüz yetmiş nəfər həmyerlimiz nəzarətçiləri məhv edib, vaqonları dağıtmışdılar. Meşələrə çəkilən əsirlər gecə-gündüz yol gedərək Orta İtaliyanın Qrozetta şəhəri yaxınlığındakı amerikan ordusu ilə birləşərək almanlara qarşı vuruşmuşdular.
Fərrux
Sultanova 1943-cü ildə partizan təşkilatının
verdiyi bir sənədlə
— Bəs sonra Mehdi Hüseynzadə ilə əlaqə saxlaya bildinizmi?
— Xeyr, mənə Mehdi ilə bir daha görüşmək qismət olmadı. Mehdinin bundan sonrakı taleyini Cavad Həkimli daha ətraflı bilir. Son günlərə qədər onlar birgə olublar. Həyatda elə şəxsiyyətlər, elə insanlar var ki, onlar haqqında danışmamaq, yazmamaq mümkün deyil. Belə adamlar həyatda çox şey görüb, çox sınaqlardan çıxıb, bir sözlə, elə maraqlı həyat yolu keçiblər ki, bugünkü gənclərimizə onlar nümunə olmağa layiqdirlər.
O vaxt növbəti müsahibimiz Mixaylonun komandiri Cavad Həkimli olmuşdu. Bu barədə gələn yazıda söz açacağıq.
Şəmistan NƏZİRLİ,
tədqiqatçı-jurnalist
Xalq qəzeti.- 2009.- 12 iyul.- S. 8.