Azərbaycanlı alim Bəkir Çobanzadə adına mükafata layiq görülmüşdür
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin əməkdaşı,
filologiya elmləri doktoru Mahmud Allahmanlı Ukrayna Respublikasında kırımtatarların
böyük şairi,
ədəbiyyatşünas və dilçi alimi Bəkir Çobanzadə adına mükafata layiq görülüb. Mükafatın
təqdimatı ilə
bağlı mərasim
Bəkir Çobanzadənin
anadan olduğu Qarasubazarda keçirilib.
Mərasimdə Ali Məclisin,
Nazirlər Kabinetinin rəhbər nümayəndələri,
Kırımtatar Yazıçılar Birliyinin sədri,
universitet rəhbərləri, İ.Qasprinski adına
kitabxananın direktoru, Ukraynadakı Azərbaycan diasporunun
nümayəndələri iştirak ediblər.
Kırımtatar ədəbiyyatının
tədqiqatçısı Mahmud Allahmanlı bu mükafatı
kırımtatarların qüdrətli sənətkarı
“Aşıq Ömərin həyat və yaradıcılığı”
adlı monoqrafiyasına görə almışdır. Onu da
qeyd edək ki, o bu mükafata layiq görülən ilk xarici
ölkə vətəndaşıdır. Mərasimdə M.
Allahmanlı Kırımtatar ədəbiyyatının problemləri
ilə bağlı məruzə etmiş, ədəbi, mədəni,
tarixi əlaqələrdən və gələcək tədqiqat
planlarından danışmışdır. Sonda azərbaycanlı
laureatın şərəfinə
Azərbaycan xalq mahnıları səslənmişdir.
Almaz ÜLVİ
Xalq qəzeti.- 2009.- 12 iyul.- S. 6.