“O elə bir zirvədir
ki...”
Dünən Xətai Rayon
İcra Hakimiyyətinin
və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının
birgə səyi ilə müstəqil Azərbaycanın memarı
və qurucusu, xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin hakimiyyətə
gəlməyinin 40 illiyi
ilə bağlı geniş toplantı keçirildi. Rayon İcra Hakimiyyətinin başçısının birinci
müavini Zaməddin Əkbərov toplantıda
ulu öndər Heydər Əliyevin, XX əsr Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış
müstəsna fəaliyyətindən
bəhs edən geniş məruzə ilə çıxış
etdi.
Natiq Heydər Əliyevin
14 iyul 1969-cu il tarixindən başlayan siyasi hakimiyyəti illərində
Azərbaycanın iqtisadi, sosial, mədəni inkişafı
naminə həyata keçirdiyi əzəmətli layihələrdən,
onların sayəsində ölkəmizin tərəqqisindən
konkret faktları və rəqəmləri xatırladaraq
bildirdi ki, əslində Heydər Əliyev məhz həmin illərdə
dövlət müstəqilliyinin təməl
daşlarını qoymuşdur.
Tədbirdə millət
vəkilləri Musa Quliyev, Səməd Seyidov, YAP Siyasi
Şurasının üzvü Vüqar Rəhimzadə də
çıxış etdilər. Natiqlər ümummilli liderin
xilaskarlıq missiyasından, müstəqil dövlət
quruculuğundakı müstəsna xidmətlərindən,
müstəqillik illərində
formalaşdırdığı iqtisadi strategiyadan, onun əsasını
təşkil edən neft siyasətindən və bu siyasətin
ölkəmizə gətirdiyi tərəqqidən ətraflı
söhbət açdılar.
Sonra söz YAP Xətai rayon təşkilatının sədri, millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmova verildi. Millət vəkili ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini tədqiq edən bir yazıçı kimi bu dahinin Vətən qarşısındakı böyük miqyaslı xidmətlərdən daim qürur duyduğunu qeyd etdi və bildirdi ki, ulu Tanrının Azərbaycanın xilası naminə göndərdiyi Heydər Əliyev öhdəsinə düşən missiyanı böyük şərəflə başa vurdu. Natiq daha sonra dedi:
— Klassiklərdən biri yazır ki, “Tarixi hər bir insan yarada bilər. Yalnız böyük insanlar onu yazır”. Heydər Əliyev məhz tarixi yazan dahilərdəndi. Bu müstəqil Azərbaycanın tarixidir ki, onun keçmişində də, bu günündə də, sabahında da böyük dahi Heydər Əliyevin dəsti-xətti var. Heydər Əliyev Azərbaycan tarixinin elə bir zirvəsidir ki, zaman onun ucalığına heç bir xələl gətirmir, əksinə, zaman keçdikcə o daha aydın və parlaq görünür.
Heydər Əliyev hakimiyyətinin 40 illiyinə həsr olunmuş toplantı “Heydər Əliyev və doğma Azərbaycan” qısametrajlı filminə baxışla başa çatdı.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2009.- 15 iyul.- S. 7.