Şamaxı: əhalinin sosial müdafiəsi gücləndirilir
Şamaxı rayonunda əhalinin sosial müdafiəsinin
təşkilini öyrənmək məqsədilə Dövlət
Sosial Müdafiə Fondunun rayon şöbəsində və Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon mərkəzində
olduq. Hər iki təşkilatın rəhbərlərinin
dedikləri onu göstərir ki, doğurdan da, bu istiqamətdə
lazımi addımlar atılır.
Tərlan Xəlilov DSMF
rayon şöbəsinin müdiri:
–Ölkə
iqtisadiyyatı sürətlə inkişaf edir, ümummilli məhsulun
həcmi artır, yeni-yeni investisiya qoyuluşları həyata
keçirilir. Paralel olaraq infrastrukturlar
formalaşdırılır, əldə edilmiş gəlirlər
əhalinin həyat səviyyəsinin yüksəldilməsinə
yönəldilir. Respublikamızda əmək haqqı və
pensiyaların silsiləli artımı həyata keçirilir.
Sosial sığorta və
pensiya sahəsinin də təkmilləşdirilməsi,
müasirləşdirilməsi, dünya təcrübəsindən
istifadə edilərək sivil, işlək, mütərəqqi
bir sistemə çevrilməsi vətəndaşların
sosial problemlərinin həllinin iqtisadi həyatımızın
əsas göstəricilərinə çevrildiyi və sosial
yönümlü bazar iqtisadiyyatının qurulduğu
hazırkı şəraitdə mühüm tələblərdəndir.
Ölkə əhalisinin,
o cümlədən təqaüdçülərin sosial
müdafiəsinin gücləndirilməsi daim möhtərəm
Prezidentimiz İlham Əliyevin diqqət mərkəzində
olmuşdur. Son zamanlar “Sosial sığorta haqqında” Azərbaycan
Respublikası Qanununa edilmiş dəyişikliklər, Əmək
pensiyaları haqqında” qanunun qüvvəyə minməsi,
“Dövlət Sosial Müdafiə Fondu büdcəsi
haqqında” qanuna edilmiş əlavələr və digər qəbul
edilmiş normativ aktlar dediklərimizə əyani sübutdur.
DSMF Şamaxı rayon
şöbəsi üçün 2009-cu ilin 3 ayını
uğurlu dövr adlandırmaq olar. Belə ki, 2009-cu ilin 3
ayı ərzində Respublika Dövlət Sosial Müdafiə
Fondu tərəfindən şöbə üzrə hüquqi
və fiziki şəxslərdən toplanacaq məcburi dövlət
sosial sığorta ayırmaları üzrə proqnoz 555,9 min
manat müəyyən edilmişdir. Proqnoz 818,6 min manat və
ya 147, 2 faiz yerinə yetirilmişdir. Büdcə təşkilatları
üzrə proqnoz 419,5 min manata qarşı 682,7 min manat və
ya 162,7 faiz, qeyri büdcə təşkilatları üzrə
isə 136,4 min manata qarşı 135,9 min manat və ya 99,9 faiz
yerinə yetirilmişdir.
417 hüquqi şəxs,
1898 fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxs, 6268 torpaq mülkiyyətçisi
uçota götürülmüşdür.
Dövlət Sosial
Müdafiə Fondunun Şamaxı rayon şöbəsi 12490
pensiyaçı kontingentinə xidmət göstərir.
Onlardan 9078 nəfəri yaşa görə, 2790 nəfər əlilliyə
görə, 622 nəfəri ailə
başçısını itirməyə görə pensiya
alanlardır.
2009-cu ilin 1 yanvarınadək
bir nəfər təqaüdçünün
pensiyasının orta aylıq məbləği 84 manat 78 qəpik
təşkil edirdisə, 1 aprel 2009-cu il tarixə bu rəqəm
86 manat 35 qəpik olmuşdur.
Pensiya və müavinətlərin
ödənilməsi üçün 3 ayda ümumi tələbat
məbləği 3288,4 min manat təşkil etmişdir ki, həmin
məbləğin təqribən 25 faizi şöbə tərəfindən
toplanmış vəsaitlər hesabına, qalan 75 faizi isə
şöbənin tələbatı əsasında Dövlət
Sosial Müdafiə Fondundan köçürülən
subsidiyalar hesabına ödənilir.
Vətəndaşların
ödədiyi məcburi dövlət sosial sığorta
ayırmaları ilə onların pensiya təminatı
arasında birbaşa əlaqənin yaranması
üçün Fərdi üçot sistemi təşkil
edilmiş və artıq həmin sistem üzrə son mərhələyə
qədəm qoyulmuşdur. Belə ki, hər bir sığorta
ödəyicisi üzrə məlumat bazası
yaradılmış, 9945 qeydiyyat Q-3 blankları doldurulmuş,
9769 sığorta şəhadətnaməsi çap etdirilərək
vətəndaşlara paylanılmışdır.
Məqsədimiz möhtərəm
Prezidentimizin fərman və sərəncamlarına uyğun
olaraq sığortaedənləri maksimum məcburi dövlət
sosial sığortasına cəlb etmək və bir nəfər
pensiyaçıya düşən sığortaolunanların
sayını artırmaqdır.
Pensiyaların vətəndaşlara
dəqiq və vaxtında çatdırılması
üçün rayon ərazisində 4 bankomat
quraşdırılmış, əlavə 4-nün
quraşdırılması üçün aidiyyatı
qurumlara sifarişlər verilmşidir.
Rayon üzrə
pensiyalar 100 faiz kartlar vasitəsilə verilir. Əminik ki,
yaxın gələcəkdə cənab Prezidentimizin uğurlu
iqtisadi, sosial siyasətinin tərkib hissəsi kimi əmək
haqlarının və pensiyaların məbləğinin yeni
artırmalarının şahidi olacağıq.
Emin Nurəliyev, Əhalinin
Sosial Müdafiəsi Mərkəzinin direktoru:
— Son illər əhalinin
sosial müdafiəsinin gücləndirilməsi baxımından
bir çox qanunlar, qərarlar qəbul edilmişdir.
Sözsüz ki, ilk növbədə, dövlət
başçısı, möhtərəm İlham Əliyevin
ünvanlı dövlət sosial yardımın
ayrılması barədə sərəncamını
xüsusi vurğulamaq istəyirəm. Çünki bu
addım, doğrudan da, aztəminatlı insanlar üçün
böyük dayaqdır və ədalət prinsipini
özündə ehtiva edir. 2009-cu ilin birinci yarısınadək
Şamaxı rayonunda 673 ailədə təkrar təyinat
ayrılmaqla 1143 ailəyə (5444 nəfər) ümumi məbləği
106293 manat olmaqla ünvanlı dövlət sosial
yardımı ayrılmışdır. ÜSDY alanlar
arasında müharibə əlillərinin ailələri (6
ailə — 453 manat), əlil olanların ailələri (119 ailə
- 8761 manat), məcburi köçkün ailələri (13 ailə
1081 manat), 1 yaşınadək uşağı olan ailələr
(90 ailə - 1900 manat) vardır. Bundan əlavə, 1005 nəfər
1-ci, 2-ci və 3-cü qrup əlilləri 35675 manat, 18
yaşınadək 1039 nəfər 51950 manat, yaşa görə
167 nəfər 7515 manat, ailə başçısını
itirməyə görə 204 nəfər 15720 manat, Qarabağ
əlilləri 4 nəfər 235 manat, müharibə
veteranları — 167 nəfər 4097 manat sosial müavinət
alır. Şəhid ailələrinə (66 nəfər) verilən
Prezident təqaüdü 5827 manat, müharibə əlillərinə
verilən Prezident təqaüdü isə 8020 manatdır. Məlumat
üçün deyim ki, Şamaxı rayon ƏSMM-nin xətti
ilə müddətli hərbi xidmətdə olanların,
müharibə əlillərinin, şəhid ailələrinin
və Çernobıl qəzasının aradan
qaldırılmasında iştirak edənlərin
uşaqlarına aylıq müavinətlər ödənilir.
Məlum olduğu kimi,
Azərbaycan Respublikasının büdcəsi
sosialyönümlüdür. Ölkə rəhbəri səviyyəsində
də bu məsələ önə çəkilmişdir.
Ulu öndərimiz Heydər Əliyevin məşhur bir kəlamı
var: İqtisadiyyatı güclü olan dövlət hər
şeyə qadirdir. Bu mənada qəti əminəm ki,
dövlətimizin iqtisadi qüdrəti artdıqca, əhalinin
sosial müdafiəsi də gücləndiriləcəkdir.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2009.- 18 iyul.- S. 7.