Dövlət Sosial Müdafiə Fondunun internet saytında növbəti interaktiv sorğu

 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) keçirilən daha bir interaktiv sorğu yekunlaşıb. Sorğu zamanı respondentlərin ölkəmizdə həyata keçirilən pensiya islahatlarına münasibəti öyrənilib onlaraSizcə, indiyədək həyata keçirilən pensiya islahatlarının başlıca üstünlüyü nədən ibarətdirsualı ünvanlanıb.

 

Rəyi soruşulanların 27,5 faizi həyata keçirilən islahatların ən üstün cəhəti kimi pensiyaların plastik kartlarla ödənilməsini gördüyünü nəzərə çatdırıb. 23,5 faiz isə islahatların ən üstün cəhəti kimi pensiyaların artırılmasını göstərib. Bundan başqa, respondentlərin 17,3 faizi fərdi uçot sisteminə keçidə üstünlük verib. Sorğuda iştirak edənlərin 12,9 faizi islahatların bürokratik əngəllərin aradan qaldırılmasına gətirib çıxardığını vurğulayıb. Respondentlərin 18,8 faizi isə onlara ünvanlanan sualabilmirəmcavabını verməklə kifayətlənib.

DSMF ictimaiyyətlə əlaqələr sektorunda bildirmişlər ki, (istinad etmək vacibdir) sorğunun nəticələri onu vurğulamağa əsas verir ki, respondentlərin ümumilikdə 80 faizindən bir qədər çoxu ölkəmizdə həyata keçirilən pensiya islahatları ilə yaxından maraqlanır.

Qeyd edək ki, keçmiş SSRİ dövründən qalmış müasir dövrün tələblərinə cavab verməyən pensiya münasibətlərində köklü dəyişikliklərin başlanğıcı 2001-2005-ci illəri əhatə edənAzərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nın reallaşdırılması ilə qoyulmuşdur. Konsepsiyanın reallaşdırılması ilə sığorta-pensiya sisteminin müasir standartlara uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılmış, vətəndaşların pensiya təminatında sığorta prinsiplərinin tətbiqinə istiqamətlənmiş tədbirlər həyata keçirilmişdir. Sığorta-pensiya sosial yardım sistemlərinin bir-birindən ayrılması ödənilən sosial sığorta haqları ilə təyin olunan pensiya məbləğlərinin əlaqələndirilməsi bu tədbirlərin başlıca istiqamətini təşkil edir. 2006-cı ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura (baza, sığorta yığım hissələrindən ibarət) əsaslanan əmək pensiyaları sistemi fəaliyyətdədir. Həmçinin, bu dövrdə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə, sığortaolunanların fərdi uçotunun təşkili pensiya təminatı məsələləri vahid pensiya qurumunda cəmləşdirilmiş bu sahələrin mütərəqqi texnologiyalar əsasında təkmilləşdirilməsi yenidən qurulması əməli surətdə həyata keçirilmişdir. Əmək pensiyalarının plastik kartlarla Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramıicra olunmaqdadır.

Fonddan onu da bildirmişlər ki, DSMF özünün internet saytında ictimaiyyətlə əlaqələri daha da inkişaf etdirmək üçün bu tipli interaktiv sorğular keçirilməsini davam etdirir. Mütəmadi olaraq keçirilməsi planlaşdırılan sorğular zamanı əhaliyə sığorta-pensiya sistemi ilə bağlı müxtəlif suallar ünvanlanır. Sorğuların keçirilməsində başlıca məqsəd əhalinin ölkədə keçirilən sığorta-pensiya islahatları barədə dərəcədə məlumatlı olmasını öyrənmək vətəndaşların daha az informasiyaya malik olduğu sahələr istiqamətində təbliğat işlərini gücləndirməkdir.

 

 

Z. BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2009.- 19 iyul.- S. 5.