Zərdab: rayon tarixində ən yüksək nəticə

 

Zərdab rayonunda taxıl biçini optimal müddətdə və böyük mütəşəkkilliklə başa çatdırılmışdır. Havaların əlverişli keçməsindən istifadə edən kənd əməkçiləri, fermer və sahibkarlar zəmilərdən rayon tarixində ən yüksək nəticə əldə etmişlər. Onlar 52382 ton taxıl istehsal etmişlər ki, bu da ötən ildəkindən 12255 ton çoxdur. Biz bu günlərdə rayonda olduq, əldə edilmiş uğurlarla, görülmüş və görüləcək işlərlə maraqlandıq.

 

Allahverdi SƏFƏROV — Rayon İcra Hakimiyyəti başçısının birinci müavini:

 

— Burada, əlbəttə, ən əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” müvafiq sərəncamını bir daha xatırlatmaq istəyirəm. Həmin sərəncamdan ruhlanan zərdablı fermerlər, sahibkarlar, kənd adamları cari ildə 19163 hektar sahədə taxıl əkmişlər. Əkin sahələrinin yüksək keyfiyyətlə becərilməsi üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon filialı tərəfindən kənd təsərrüfatı texnikasına, mineral gübrələrə olan ehtiyac tam ödənilmişdir. Becərmə dövründə fermerlərə güzəştli şərtlərlə 111 tondan çox azot gübrəsi, 220 litr amin (2,4 herbisidi) və s. satılmışdır.

Biçin kampaniyasını itkisiz və optimal müddətdə başa çatdırmaq üçün ilk gündən rayon icra hakimiyyəti yanında müxtəlif idarə və müəssisə rəhbərlərindən, mütəxəssislərdən ibarət qərargah yaradılmışdır. Burada gündəlik nəticələr təhlil edilir, ortaya çıxan çətinlik və problemlər dərhal aradan qaldırılırdı.

Taxıl biçininə 40-dan çox kombayn cəlb olunmuşdur ki, onlardan da 9-u “Aqrolizinq” ASC rayon filialının texnikasıdır. Onu da əlavə edək ki, biçin vaxtı itkiyə yol verməmək üçün qonşu rayonlardan da texnika cəlb edilmişdir. Bundan başqa, biçin kampaniyasına 50 presbağlayan, 50 otçalan texnika, 200 qoşqulu texnika, 23 yük avtomobili, xeyli sayda şum traktoru, ekskavatorlar, su maşınları və s. cəlb olunmuşdur. Havaların həddən artıq isti keçməsini nəzərə alaraq yanğından təhlükəsizlik tədbirləri gücləndirilmişdir.

Qazanılan uğurlar zərdablıların “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na layiqli töhfədir.

 

Soltan SADIQOV — rayon suvarma sistemləri idarəsinin rəisi:

 

Aydındır ki, bol məhsulun əsasını suvarma suyu ilə təminat təşkil edir. Bunu öz fəaliyyətində rəhbər tutan Zərdab Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi son ildə taxıl istehsalçılarını bol optimal müddətdə suvarma suyu ilə təmin etmişlər. Bu məqsədlə son dövrdə 400 kilometrə qədər su kanalı, o cümlədən 80 kilometr təsərrüfatdaxili suvarma kanalları lildən təmizlənmişdir.

Əkin sahələrinin suvarılması üçün 72 nasos stansiyanın 166 aqreqatın gücündən istifadə olunur. İdarənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahədə çalışanlara yüksək xidmətin təşkilində xüsusi rol oynamışdır. Son dövrdə Alıcanlı, Körpükənd, Nəzəralılı, Burunlu, Şəftəhal, Bıçaqçı, Xanməmmədli digər kəndlərdə yeni, daha məhsuldar nasoslar quraşdırılmışdır. 26 ədəd hidrotexniki qurğu, 28 ədəd müxtəlif markalı nasoslar, 15 ədəd dizel elektrik mühərrikləri, 3 ədəd mülki bina təmir olunmuşdur.

Əvvəlki illərə nisbətən suvarmada xeyli irəliləyişlər olmuş, su itkigisinin qarşısı alınmışdır. Azərbaycan Meliorasiya Su Təsərrüfatı ASC tərəfindən idarəyə 10 ədəd müxtəlif markalı maşın mexanizm verilmişdir. Nəticədə 700 kilometrə yaxın suvarma kanalı lildən təmizlənmiş, uzun müddət suvarılmayan 2400 hektar sahəyə su verməklə əkin dövriyyəsinə daxil edilmişdir. Yuxarı Seyidlər kəndindəQannıcaadlanan sahədə yeni nasos stansiyası quraşdırılmış, 2,5 kilometr uzunluğunda torpaq kanal tikilmişdir. Sileyli kəndinin əkin sahəsinin su təminatını yaxşılaşdırmaq istifadə olunmayan sahələrini suvarma suyu ilə təmin etmək üçün elektrik nasos stansiyası quraşdırılmışdır.

2008-ci il 2009-cu ilin 6 ayı ərzində 50 müxtəlif hidrotexniki qurğu, 20 borulu keçid, 15 kilometr uzunluğunda kanal təmir olunmuşdur.

Ümumiyyətlə, ildən-ilə kənd təsərrüfatına göstərilən diqqət qayğı rayonda əkinçiliyə olan meyli köklü şəkildə dəyişdirmişdir. Buna əyani misal bütün suvarılan əkin sahələrinin bütövlükdə əkilməsi əlavə olaraq 2452 hektar suvarılmayan sahənin əkinə cəlb olunmasıdır.

Həyata keçirilən bütün bu tədbirlər nəticəsində isə gördüyünüz kimi, bol taxıl əldə edilmişdir. Digər kənd təsərrüfatı məhsulları sahəsində artım yüksəkdir. Deməli, çəkilən zəhmət hədər getməmişdir. Bu ümumi qələbədə biz meliorasiya su təsərrüfatı işçilərinin layiqli payı var.

 

Asif MAHMUDOV — toxumçuluq təsərrüfatının rəhbəri:

 

Məlumdur ki, bol məhsul həm keyfiyyətli toxumdan asılıdır. Təsadüfi deyildir iki, son vaxtlar rayonda toxumçuluq təsərrüfatlarının sayı artmışdır. Məsələn, cari ildə belə təsərrüfatların sayı 6-dan 14-ə çatdırılmışdır. Həmin təsərrüfatlar 700 hektardan çox sahədə toxumluq buğda əkmişlər. Nəticədə cari ildə 2111 ton toxumluq buğda istehsal edilmişdir. Ayrı-ayrı təsərrüfatlarda məhsuldarlıq 35 sentnerdən çox olmuşdur.

Mən 2009-cu ildə qardaşlarımla birlikdə 200 hektar sahədə toxumluq taxıl yetişdirdim. Artıq biçini birincilər sırasında başa vurmuş, 600 tondan çox taxıl istehsal etmişik.

Zərdab torpağı əkinçilik üçün nisbətən çətin, qeyri-məhsuldar hesab olunur. Lakin son illərin müsbət təcrübəsi göstərir ki, hava, iqlim torpaq şəraitinə uyğun toxum seçilməsi, yüksək aqrotexniki qulluq nəticəsində bol məhsul götürmək mümkündür.

Bu gün respublikanın hər yerində olduğu kimi, Zərdabda da çörək sarıdan heç bir nigarançılıq yoxdur. Daha dəqiq desək, hər bir ailə ilboyu özünə bəs edən qədər taxıl tədarük edə bilib. Digər kənd təsərrüfatı məhsulları da onun kimi. Bunun üçün biz kənd əməkçiləri, ilk növbədə, ölkə Prezidenti cənab İlham Əliyevə öz hədsiz minnətdarlığımızı bildiririk. Kəndin, kəndlinin indiki xoş güzaranı, firavan həyatı, bol bərəkətli məhsul ölkə rəhbərinin gündəlik diqqət qayğısının əyani nəticəsidir.

 

 

Ziyəddin SULTANOV,

Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 21 iyul.- S. 4.