Müasir tariximizin
əlamətdar və
unudulmaz günlərindən
biri
1990-cı il iyulun 22-də Naxçıvan əhalisi
ulu öndəri böyük təntənə ilə
qarşıladı
Dünyada xalqın inamını, etimadını
qazanmaqdan, xalqın güvənc yeri olmaqdan böyük
xoşbəxtlik... yoxdur.
Mahatma QANDİ Hind siyasi xadimi
Bu yaxınlarda görkəmli alimlərin və
sanballı redaksiya heyətinin hazırladığı
kitablardan birində Azərbaycanın 80-90-cı illəri barədə
maraqlı fikirlər oxudum. Material müəllifləri
yazırdılar: “1989-cu ilin payızında Azərbaycan Xalq Cəbhəsi
artıq nüfuzlu kütləvi təşkilata
çevrilmişdi... Lakin xalq arasında Heydər Əliyevin
nüfuzu daha böyük idi. Avtomobillərin ön
şüşələrində onun şəkillərini gəzdirirdilər.
Azərbaycan SSR Dövlət
Təhlükəsizlik Komitəsi sədrinin Moskvaya göndərdiyi
3 yanvar 1990-cı il tarixli məlumatında
yazılırdı: ”Əvvəlki kimi Heydər Əliyevin
mövqeləri güclüdür. Əhali indiyədək
Heydər Əliyevin adını ehtiramla çəkir... Heydər
Əliyevin Azərbaycan SSR Ali Sovetinə Ordubad rayonundan
deputatlığa namizədliyini irəli sürməyi, əlverişli
şərait yarandığı halda isə onu daha
böyük vəzifələrə seçməyi
planlaşdırırlar”.
DTK rəhbərinin
Moskvaya verdiyi bu hesabat SSRİ paytaxtında Heydər Əliyevin
böyük təzyiqlərə və təqiblərə məruz
qaldığı günlərə təsadüf edirdi. Belə
ki, Mixail Qorbaçovun müəllifliyi ilə ərsəyə
gəlmiş anormal siyasi kurs — “yenidənqurma” SSRİ
iqtisadiyyatına ciddi zərbə vurmuş, cəmiyyət
tamamilə siyasiləşmişdi. Ciddi şəkildə mərkəzdənqaçma
prosesi başlanmışdı. Baltikyanı ölkələr
Avropaya, türkdilli respublikalar isə Türkiyəyə meyl
etməyə başlamışdılar. Belə bir vəziyyətdə
siyasi uzaqgörənliyə malik insanlar təklif edirdilər
ki, ölkəyə bütün çətinlikləri dəf
etməyi bacaran Heydər Əliyev rəhbərlik etməlidir.
Lakin Mixail Qorbaçov və onun ətrafındakı qatı
millətçilər buna yol verə bilməzdilər. Sonralar
SSRİ-nin görkəmli dövlət xadimi Andrey Qromıko
öz xatirələrində yazırdı ki, gözəl təşkilatçı,
təmiz və abırlı adam olan Heydər Əliyevin
Sov.İKP MK Baş katibi vəzifəsinə namizədliyi
yalnız milliyətinə görə istisna edilmişdi.
Ulu öndər
özü qeyd edirdi ki, həmin dövrdə (yəni Leonid
Brejnev və Yuri Andropovun rəhbərliyindən sonra) SSRİ
rəhbərliyində azərbaycanlılara, müsəlmanlara
dördüncü, beşinci təbəqə kimi
baxırdılar. Yüzlərlə fakt sübut edirdi ki, Mixail
Qorbaçovun ən qabarıq xüsusiyyəti müsəlman,
türk dünyasına qarşı olan düşmənçiliyi
idi. Hətta Qorbaçov müsəlman əhalisi olan
respublikalarda “Əhalinin köçürülməsi”
adlı plan hazırlamış və həmin plan həyata
keçirilməyə başlanılmışdı. Bu bədnam
plan türk respublikalarındakı müsəlman əhalinin
çoxunu Rusiyaya və başqa slavyan respublikalarına
köçürməyi və yerlərində xristian əhali
yerləşdirməyi nəzərdə tuturdu. Moskvadakı və
xaricdəki erməni lobbisinin himayədarlıq etdiyi Mixail
Qorbaçov Heydər Əliyevi gözdən salmaq və hətta
onu birdəfəlik siyasətdən uzaqlaşdırmaq
üçün çoxsaylı məkrli planlar qurdu. Çox
təəssüf ki, həmişə şər qüvvələrin
planı müvəqqəti də olsa baş tutur.
Heydər Əliyevin
Sov.İKP MK Siyasi Büro üzvlüyündən və
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən
istefa verməsi Qafqazda siyasi qüvvələr nisbətini iti
sürətlə dəyişdirdi və ermənilər dərhal
Azərbaycana qarşı açıq iddialarla
çıxış etməyə başladılar. Daha sonra
SSRİ-nin hər yerində baş qaldıran xalq azadlıq hərəkatı,
Mixail Qorbaçovun Azərbaycan azadlıqsevərlərini
1990-cı ilin yanvarında Bakıda qanına qəltan eləməsi,
heç bir ictimai-siyasi vəzifəsi olmayan Heydər Əliyevin
yenə də Qorbaçov siyasətinə etiraz etməsi... Bütün
bunlar qısa dövrü əhatə etsə də
böyük tarixi proseslər idi.
Ulu öndərin artan
nüfuzu Moskvada Kreml rəhbərliyini, Bakıda isə Kremlpərəst
rəhbərləri çox narahat edirdi. Ona görə də
Heydər Əliyev nə Moskva rəhbərlərini, nə də
Bakı rəsmilərini rahatsız etməmək
üçün (onsuz da onlar çox rahatsız olmuşdular)
Moskvadan Bakıya gələn kimi buradan da Naxçıvana
getməyi məqsədəuyğun saydı. O, 1990-cı il
iyulun 20-də Moskvadan Bakıya gəldi, cəmi iki gün
sonra isə doğulub böyüdüyü Naxçıvana
yola düşdü. “Azərbaycanı dünyaya saydıran
insan” kitabında 22 iyul tarixli həmin qayıdış konkret
faktlar əsasında bu şəkildə təsvir edilir:
“Həmin gün
axşamtərəfi Naxçıvandakı “Azadlıq”
meydanında iynə atsaydın, yerə düşməzdi. 80
minədək adam Heydər Əliyevlə görüşmək
üçün bura toplaşmışdı. Kimi evlərin
damına, kimi hündür ağaclara
çıxmışdı. Heydər Əliyevin gəlişini
görən xalq kütləsinin sevinc dolu alqışları
hər tərəfdə əks-səda verirdi. Onun
ayağının altında neçə-neçə
qurbanlar kəsildi. Nitqinə hamı bir nəfər kimi diqqətlə
qulaq asırdı. Hiss olunurdu ki, meydana toplaşanlar
çoxdan bu səsin həsrətini çəkirlər. Təkcə
səsinmi? Əlbəttə, yox! Heydər Əliyevin gözəl,
məntiqli, mənalı danışıq qabiliyyətinə,
elinə-obasına məhəbbətlə dolu, ürəkdən
süzülüb gələn sözlərinə heyran olmamaq
mümkün deyildi”.
Sonralar
naxçıvanlılar ulu öndəri Naxçıvan Muxtar
Respublikası Ali Sovetinə deputat və Ali Sovetin sədri
seçdilər, ulu öndər erməni mühasirəsində
olan bu diyarı çoxsaylı məhrumiyyətlərdən
xilas etdi, ən başlıcası isə
Naxçıvanın bircə qarış torpağı belə
düşmən tapdağına çevrilmədi. Ölkəni
vətəndaş müharibəsi təhlükəsi
bürüyəndə, milli dövlətçiliyimiz məhv
olmaq, respublikamız parçalanmaq təhlükəsi ilə
üz-üzə qalanda isə xalq ulu öndəri
Naxçıvandan Bakıya dəvət etdi. Xalq öz
nicatının və qurtuluşunun harada olduğunu çox
yaxşı bilirdi.
İttifaq MİRZƏBƏYLİ
Mədəniyyət.- 2009.- 22 iyul.- S. 3.