Dramaturgiyamızın yaradıcılıq problemləri elmi-nəzəri düşüncə müstəvisində  

 

Zəngin və yaşarı ənənələr axarında boy göstərən Azərbaycan dramaturgiyasının misilsiz uğurları həm də Hüseyn Cavid, Cəfər Cabbarlı və Səməd Vurğunun yaradıcılıq axtarışları ilə bağlıdır. Bunu dünya dramaturgiyasının inciləri sırasında yer tuta biləcək milli örnəklərimiz bir daha isbat edir. Dünya klassik dramaturgiyasının poetik ənənələrini dərindən mənimsəyən, milli folklorun ölməz qaynaqlarından güc alan Azərbaycan dramaturgiyası böyük Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun, Mirzə Cəlilin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir bəy Hacıbəylinin yaratdıqları ölməz səhnə əsərləri ilə bu gün də öyünməyə tam haqlıdır.

 

Yeni milli dramaturji dəyərlər konteksti H.Cavid, C.Cabbarlı və S.Vurğun örnəklərində ideallıqla reallığı mahiyyət müstəvisində bir araya gətirmiş, janr-üslub əlvanlığı axarında dramaturgiyamızın daxili nəfəs genişliyinə münbit zəmin yaratmışdır.

Azərbaycan dramaturgiyasının yaradıcılıq problemlərinin istedadlı tədqiqatçısı kimi tanınan Ramin Əhmədovun da “Azərbaycan dramaturgiyası: ideallıqla reallığın vəhdəti (H.Cavid, C.Cabbarlı və S.Vurğunun pyesləri əsasında)” adlı monoqrafiyasında dramaturgiyamızın möhtəşəm bədii tarixinin yazılmasında önəmli rol oynayan bu ədiblərimizin səhnə əsərlərini yeni araşdırma predmetinə çevirməsi bu baxımdan təqdirəlayiqdir. Monoqrafiya milli dramaturgiyamızın özəl poetik dəyərlərini bir araya gətirməklə yeni konseptual mövqe ortaya qoymuşdur.

Ramin müəllim dramaturji örnəklərlə sıx təmasda olan, bədii söz sənətinin bu növündə meydana çıxan yeni, bədii nümunələri peşəkarlıqla izləyən, onları elmi tədqiqat predmetinə çevirməyə çalışan çox zəhmətsevər alimlərdəndir. Çağdaş ədəbiyyatşünaslıq düşüncəsinə malik olan Ramin Əhmədov monoqrafiyalarında yer alan bəzi konseptual məsələləri hələ öncədən elmi konfranslardakı məruzə çıxışlarında, dövri mətbuat səhifələrindəki yazılarında sərgiləyir, oxucu dinləyicilər ilə fikir bölüşdürməyə önəm verən araşdırıcı kimi tanınır. Ali məktəbdə öz peşəsinə son dərəcədə məsuliyyətlə yanaşan bir pedaqoq olaraq çalışdığı 37 il ərzində ən çox tədris etdiyi məhz dramaturgiya onun yaradıcılıq problemləri ilə bağlı məsələlər olmuşdur. Azərbaycan dramaturgiyasının yaradıcılıq problemlərinin tədqiqinə dair yüzdən artıq elmi-tənqidi məqalə, altı kitab nəşr etdirən R.Əhmədov yuxarıda adı çəkilən monoqrafiyası ilə isbat etdi ki, axtarışlarını yeni məqamlar müstəvisində davam inkişaf etdirmək iqtidarındadır.

Monoqrafiyada tədqiq olunan problem H.Cavid, C.Cabbarlı S.Vurğunun pyesləri kontekstində, tarixiliyə önəm verilməklə incələnir, örnəklər özəl janr biçimləri baxımından elmi-nəzəri düşüncə predmetinə çevrilir. Dörd fəsli bunların müxtəlif təyinatlı bölmələrini əhatə edən bu tədqiqat işində müəllif XX əsr Azərbaycan dramaturgiyasının üç nəhəng ədəbi simasının nümayiş etdirdikləri bədii məziyyətləri ideallıqla reallığın tipologiyası kontekstində mənalandırmışdır. Bu həm o deməkdir ki, monoqrafiyanın strukturu öncədən tədqiq obyektinin nəfəs genişliyinə hesablanmışdır. Bu struktur müəllifə dramatik növ onun janr modelləri barədə yeni konsepsiya formalaşdırmaq, başqa sözlə, elmi-nəzəri mülahizələri konseptual məcraya yönəltmək imkanı vermişdir.

Diqqəti çəkən əsas cəhət tədqiqatçının H.Cavid, C.Cabbarlı S.Vurğunun dramaturji örnəklərini ideallıqla reallığın vəhdəti müstəvisində bir araya gətirməsi bu kontekstdə dramaturqların yaradıcılıq tərcümeyi-hallarına yeni baxış bucağı altında dəyər verməsidir. Bu baxış bucağına söykənən tədqiqatçının ən sondaromantikrealistdüşüncə tərzinin böyük sənət üçün heç sədd olmadığı qənaətinə gəlməsi təbiidir. Dramaturgiyanın janr biçimləri barədə söylənilən mülahizələrdə subyektiv məqamları saf-çürük edən R.Əhmədovun, məsələn, faciə janrında yazılan əsərin dram, yaxud melodram kimi qələmə verilməsinin fəsadlar doğura biləcəyi barədə xəbərdarlığı da başadüşüləndir. Sözü gedən sənətkarların dramaturji irsinin məhzideallıqla reallığın vəhdətikimi qlobal bir kontekstdə tədqiqi müəllifi bir sıra çətinliklərlə qarşılaşdırsa da, erudik imkanlarının genişliyi ona keçidləri aşmaq, arakəsmələri ortadan götürüb boşluqları doldurmaq imkanı vermişdir. Monoqrafiya müəllifinin ayrı-ayrı konseptual məqamların çözümündə polemikaya meydan verməsi dramaturgiyamızın yaradıcılıq problemlərinin çevrəsi barədə biliyinin genişliyindən soraq verir. Bu tədqiqat tərzi ona poetik biçimlər, fərdi bədii üslub daşıyıcıları, sənət kredosu haqda konsepsiya formalaşdırmaq üçün geniş zəmin yaratmışdır.

R.Əhmədovun çeşidli xüsusiyyətləri ilə fərqlənən bu monoqrafiyası ilk növbədə tədqiqat obyektinə orijinal elmi yanaşma analitik təhlil-interpretasiya məziyyətinə görə diqqəti cəlb edir. Burada janrın özəl sənətkarlıq xüsusiyyətləri ön plana çəkilmiş, Azərbaycan dramaturgiyası H.Cavid, C.Cabbarlı, S.Vurğun pyesləri nümunəsində yeni janr-üslub mərhələ faktı kimi meydana çıxarılmışdır.

H. Cavid, C.Cabbarlı S.Vurğun dramlarının özəl xüsusiyyətlərini janrın poetikası baxımından öyrənməklə milli Azərbaycan dramaturgiyasının teatrının ən qaynar, təbəddülatlı bir mərhələsini sənətkarlıq keyfiyyətləri zəminində dəyərləndirmək kifayət qədər aktual hesab olunur. Bu sənətkarların dramaturgiyamıza gətirdiyi milli bəşəri ideyalar, fəlsəfi mənzum dram üslubunda özünü göstərən novatorluq bir sıra araşdırmaların obyekti olsa da, özəlliklərin ümumən janr baxımından ideallıqla reallığın vəhdəti kontekstində yeni nəzəri-estetik baxış müstəvisində tədqiqinə böyük ehtiyac duyulurdu.

Kitabda üç dahi sənətkarın səhnə əsərləri milli örnəklərlə yanaşı, dünya klassikası əsasında da müqayisə predmetinə çevrilməklə bu kontekstdə dramaturgiyanın ümumbəşəri mahiyyyəti incələnmişdir. Milli bədii düşüncəmizə məxsus romantik faciə janrının estetikası konseptual açıqlamalarda bizi tam qane edir. Tədqiqatda mühüm yeri olan bədii həqiqət, tarixilik müasirlik anlayışları da konkret faktlar əsasında elmi izahını tapmışdır.

Tədqiqat predmetinin mürəkkəb, çoxşaxəli olmasına baxmayaraq, müəllif qarşısına qoyduğu elmi vəzifələri uğurla yerinə yetirmişdir. Bu cəhətdən monoqrafiya milli ədəbiyyatşünaslığımızda tamamilə yeni istiqamətli araşdırma kimi diqqəti cəlb edir, mühüm elmi məsələlərin həlli ilə şərtlənir.

R.Əhmədovun çap etdirdiyi əsərlərin xoş sədası respublikamızın sərhədlərindən uzaqlarda da eşidilməkdədir. Bunu deyərkən biz onun məqalələrinin Almaniyada, İranda, Ukraynada, Qazaxıstanda çap olunmasını nəzərdə tuturuq. Ramin müəllimin bilavasitə bu tematika ilə bağlı 30-dan artıq elmi jurnal məqaləsi, beş kitabı elmi-ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş, haqqında kifayət qədər dəyərli rəylər dərc olunmuşdur.

Araşdırmanın elmi-nəzəri sanbalına müsbət təsir göstərən bir sıra mühüm amilləri düşüncədən keçirdikdə belə bir əminlik yaranır ki, Ramin ƏhmədovunAzərbaycan dramaturgiyası: ideallıqla reallığın vəhdəti (H.Cavid, C.Cabbarlı S.Vurğunun pyesləri əsasında)” monoqrafiyası elmi-ədəbi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanacaq.

 

 

Himalay QASIMOV,

ADPU-nun Azərbaycan

dünya ədəbiyyatı tarixi kafedrasının müdiri,

filologiya elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2009.- 25 iyul.- S. 8.