Nəsimi rayonunda ilin birinci yarısına yekun vurulmuşdur

 

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir. İclasdakı nitqində dövlət başçısı ilin birinci yarısında ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, ümumi daxili məhsulun 3,6 faiz artdığını bildirmişdir. Prezident bu dövrdə sosial məsələlərin həllinin uğurla davam etdirildiyini, sosial proqramların həyata keçirildiyini nəzərə çatdırmışdır. Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan dövləti insanlarımızın həyat səviyyəsinin daha da yaxşılaşması üçün hər şeyi edəcəkdir.

 

Nəsimi rayonunda 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir. Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bildirmişdir ki, bütün ölkəmizdə olduğu kimi, ilin birinci yarısı Nəsimi rayonu üçün uğurlu olmuş, həm iqtisadiyyatda, həm sosial sahədə bir sıra nailiyyətlər əldə edilmişdir. Natiq demişdir ki, yanvar-iyun ayları ərzində rayonun sənaye müəssisələri tərəfindən keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çox məhsul istehsal edilmişdir. Bu dövrdə rayonda 1095 yeni yeri yaradılmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 26,9 faiz artaraq 287,3 manat olmuşdur. N.Məhəməliyev bildirmişdir ki, vətəndaşların rayon rəhbərliyinə etdikləri müraciətlərin heç biri cavabsız qalmır onların qaldırdıqları bütün məsələlərin həlli yönündə mütəmadi işlər aparılır.

Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədovun məruzəsi dinlənilmişdir. Natiq bildirmişdir ki, ilin altı ayında istehlak bazarı dinamik inkişaf etmiş, rayon əhalisinə əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,5 faiz çox istehlak malları satılmış pullu xidmətlər göstərilmişdir. 42 saylı orta məktəbdə 3 mərtəbəli əlavə korpusun tikintisinə başlanılmış, Tibb Universitetinin tədris terapiya korpusunda tamamlama işləri, Klinik Tibbi Mərkəzin keçmiş təcili yardım korpusunda əsaslı təmir işləri aparılır. 2 saylı Uşaq Xəstəxanasının ərazisində inşa edilən cərrahiyyə korpusunun tikintisi davam etdirilir, infeksion korpusda isə təmir işlərinə başlanmışdır.

Rayon ərazisində ilin əvvəlindən başlanmış genişmiqyaslığ yenidənqurma abadlıq işləri davam etdirilir. Səməd Vurğun, “Muğam”, “Zabitlərbağlarında, R.Behbudov, A.Bakıxanov küçələrinin kəsişməsindəki parkda yenidənqurma işləri davam etdirilir.

2009-cu ilin ilk altı ayı ərzində binalarda 2382 kvadratmetr dam örtükləri təmir edilmiş, 543,5 paqonmetr istilik xətti təmir olunmuş, 560,5 paqonmetr su boruları suaxıdıcı boruların təmiri yerinə yetirilmişdir.

Rayonda təbii qaz elektrik enerjisinin dəyərinin ödənilməsi faizləri keçən ilin müvafiq dövrü ilə müqayisədə yüksəlmişdir.

Rayonda Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına başlanılmışdır.

Sonra rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Füzuli Məmmədov, Nəsimi Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Natiq Heydərov, Mərkəzi Qaz İstismar İdarəsi rəisinin Nəsimi rayon filialı üzrə müavini Bəhram Qarayev başlqaları çıxış edərək görülən işlərdən danışmışlar.

Yığıncağa rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev yekun vurmuşdur.

 

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.-2009.- 25 iyul.- S. 7.