Dövlətin gənclər siyasəti prioritet məsələdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın hərtərəfli inkişafına göstərdiyi qayğının təzahürlərini dövlətin gənclər siyasətində də aydın görmək mümkündür. Dövlətimizin başçısı öz çıxışlarında ölkənin daxili siyasətinin prioritetlərinin ilk növbədə cəmiyyətin intellektual inkişafı, xalqın milli-mənəvi dəyərlərinin qorunması, XXI əsrin tələblərinə uyğun yeni insan potensialı yetişdirilməsi ilə bağlı olduğunu dəfələrlə vurğulamışdır. Bu barədə söhbət zamanı Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov dedi:

 

— Ölkəmizdə gənclər siyasəti də varislik prinsipi üzərində qurulmuşdur. Məlumdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin prioritet münasibət bəslədiyi sahələrdən biri də gənclər siyasəti olmuşdur. O, gəncliyin necə böyük qüvvə olduğunu düzgün qiymətləndirərək onların sağlam ruhda yetişmələri, mükəmməl təhsil almaları üçün hər cür şərait yaratmağa çalışırdı. Gəlin xatırlayaq, müstəqilliyimizin ilk çağlarında digər sahələr kimi, gənclərlə iş də taleyin ümidinə buraxılmışdı. Vətənpərvər ruhlu gənclər ayrı-ayrı siyasi qüvvələrin əlində alətə çevrilmişdilər. Gəncləri xalqın qızıl fondu sanan böyük öndərimiz, təbii ki, gənc nəslə belə ögey münasibətlə barışa bilməzdi. O, respublikanın ali rəhbərliyinə qayıdışından dərhal sonra vaxtının hədsiz dərəcədə məhdud olmasına baxmayaraq, gənclərlə görüş keçirdi, onların problemlərini öyrəndi və gəncləri müstəqil Azərbaycanın həyatında fəal iştirak etməyə çağırdı. Onun təşəbbüsü ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərin ümumrespublika forumlarının keçirilməsi ilə ölkəmizdə gənclər siyasəti dövlət siyasəti səviyyəsinə qaldırıldı. Ümummilli liderimizin təşəbbüsü ilə 1997-ci ildən başlayaraq hər il fevralın 2-si Gənclər Günü kimi qeyd olunur. Bu qayğı gənclərin təşkilatlanmasına, onların cəmiyyətdə öz yerlərini düzgün müəyyənləşdirmələrinə imkan vermişdir. Gənclər və İdman Nazirliyi böyük qüvvə olan gənclərin təşkilatlanmasında, onların potensialının ölkənin milli maraqlarına yönəldilməsində, eləcə də böyüməkdə olan nəslin fiziki və mənəvi tərbiyəsində mühüm rol oynayır. Bu gün Azərbaycan gəncləri fəal surətdə ölkədə gedən ictimai-siyasi proseslərə qoşulur, yaxşı təhsil almağa çalışır, ordu sıralarında borclarını şərəflə yerinə yetirir, yüksək idman nailiyyətləri qazanırlar. Bütün bunlar respublikamızda ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin təntənəsidir. Hazırda bu siyasəti uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev ölkənin iqtisadi yüksəlişinin açdığı imkanlardan maksimum dərəcədə bəhrələnməyə və gələcəyimiz üçün etibarlı zəmin yaratmağa ciddi səy göstərir. Son illərdə ölkəmizdə gənclərin maraq dairəsinə daxil olan mədəniyyət, turizm, təhsil kimi sahələrin inkişafına hər cür şərait yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi bunun əyani təsdiqidir...

Ölkəmizdə gənclər bütün həyatı boyu böyüməkdə olan nəslə xüsusi qayğı göstərmiş ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan fond tərəfindən himayə olunur. Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrə nəzər salaq: “Diabetli uşaqlara ən yüksək qayğı”, ”Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri internat məktəblərinin inkişafı” ... Bütün bu layihələr gənclərin maraq dairəsinə aid olan sahələrlə bağlıdır. Mehriban xanım Əliyeva özünün birbaşa, fəal müdaxiləsi sayəsində cəmiyyətin diqqətini bir qayda olaraq qayğıya, köməyə ehtiyac duyulan məsələlərə yönəldir, zəruri problemləri ictimailəşdirir onların həllinə nail olur. Şübhə yoxdur ki, ölkəmizdə gənclərə göstərilən qayğı, onların problemlərinin həllinə yönəldilən sərmayələr son nəticədə insan potensialı, intellektual sərvət şəklində təzahür edəcəkdir.

Ölkəmizdə gənclər siyasətinin uğurlarından söhbət açarkən son illərdə idmanın inkişafına göstərilən qayğını xüsusi vurğulamaq gərəkdir. 1997-ci ildə böyük öndərimiz Heydər Əliyev məktəbinin layiqli yetirməsi cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi bundan sonra respublikanın idman həyatında yeni bir ab-hava yarandı. Bu seçimlə gənclər, ələlxüsus da idmançılar sözün əsl mənasında özlərinin böyük hamilərini qazandılar. Əgər bir vaxtlar Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlara qatılmaqdan sadəcə məhrum olurdularsa, indi onların ən mötəbər turnirlərdə öz güclərini sınamalarına hər cür şərait yaradılır. MOK-in prezidentinin diqqət qayğısı sayəsində ölkədə idmanın maddi-texniki bazası xeyli möhkəmləndirilib. Bakıda bölgələrdə hər cür dünya standartlarına uyğun səviyyədə inşa edilən olimpiya kompleksləri, digər idman qurğuları gənclərin asudə vaxtlarını mənalı keçirmələrinə, peşəkar idmançıların öz üstalıqlarını artırmalarına təkan verir...

Ümumiyyətlə, gənclərə göstərilən hərtərəfli qayğı, təbii ki, onların siyasi mövqelərinin düzgün formalaşmasında mühüm rol oynayır. Respublikanın bütün sağlam qüvvələri kimi, paytaxt gəncləri ölkənin xoşbəxt gələcəyini böyük öndərimizin parlaq ideyalarının təntənəsində görürlər. Gənclər əmindirlər ki, ölkə Prezidenti İlham Əliyevin ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirməsi yolunda fəaliyyəti müstəqil Azərbaycanı dünyanın hər cəhətdən ən zəngin dövlətləri sırasına çıxaracaqdır.

Qüdsi müəllim, artıq respublikamızın bütün müəssisə təşkilatlarında bu ilin birinci yarısının yekunları təhlil edilir, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Sizin başçılıq etdiyiniz idarə tərəfindən sözügedən dövrdə hansı tədbirlər həyata keçirilmişdir?

Hesabat dövrü ərzində rayon gənclər idman idarəsi tərəfindənGənclər siyasəti haqqındaQanunun Azərbaycan Prezidentinin 30 avqust 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmişAzərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) əsas istiqamətləri üzrə bir sıra tədbirlər həyata keçirilmiş, əsas diqqət qəbul edilmiş qanunların, Azərbaycan Prezidentinin fərman sərəncamlarının, dövlət proqramlarının, həmçinin Gənclər İdman Nazirliyinin, Bakı Şəhər Gənclər İdman İdarəsinin Binəqədi Rayon İcra Hakimiyyətinin normativ-hüquqi sənədlərinin icrasına yönəldilmişdir.

Gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə idarə tərəfindən tədbirlər reallaşdırılmışdır. Bunlardan bir qisminə diqqət yetirək. Bu il 20 Yanvar faciəsinin 19-cu ildönümünə həsr olunmuş rəsm müsabiqəsi, Biləcəri qəsəbəsindəkiAna fəryadıabidəsi önündə anım günü, tələbələrin məktəblilərin iştirakı iləŞəhidlik zirvəsiadlı ədəbi-bədii kompozisiya təşkil edilmişdir. Xocalı faciəsi ildönümündəQan yaddaşımızmövzusundadəyirmi massa”, inşa yazı müsabiqəsi, “31 Mart Azərbaycanlıların Soyqırımı Günüərəfəsində bu faciə qurbanlarının xatirəsi ilə bağlı tədbir rayon ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Onu da deyim ki, Biləcəri qəsəbəsində ”N” saylı hərbi hissədə zabit əsgərlərin iştirakı ilə keçirilən tədbirdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər haqqında video materiallar nümayiş etdirilmişdir.

Azərbaycan PrezidentininXüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006-2010-cu illər) təsdiq edilməsi haqqında” 17 aprel 2006- il tarixli sərəncamı ilə təsdiq olunan Tədbirlər Planına müvafiq şəkildə istedadlı uşaq gənclərə öz qabiliyyətlərini, bilik bacarıqlarını nümayiş etdirməyə şərait yaratmaq məqsədilə Bakı Şəhər Gənclər İdman İdarəsi tərəfindən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən? Harada? zaman?” intellektual oyununda Binəqədi rayonu komandasının iştirakı reallaşdırılmışdır.

İdarə Bədən Tərbiyəsi İdman Günü münasibətilə rayondakı orta məktəblərin şagirdləri arasındaİdman Sağlamlığın rəhnidirmövzusunda test üsulu ilə bilik yarışı keçirmişdir.

Bu ilin birinci yarısında təşkil edilən tədbirlər sırasında Novruz bayramına həsr olunmuşXonçalarmüsabiqəsi, “Cəsurlarhərbi idman turizm oyunu çərçivəsində məktəb daxili yarışlar, 9 may Qələbə Günü münasibətilə veteranlarla görüş ədəbi-bədii kompozisiya da yaddaqalan olmuşdur.

Rayon gənclər idman idarəsi ötən müddətdə yuxarıda qeyd edilənlərlə yanaşı, yeniyetmə gənclərin sağlamlığının qorunmasına, kütləvi bədən tərbiyəsi idmanın inkişaf etdirilməsi məqsədilə tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirmişdir. Bu isə söhbətimizin əvvəlində göstərdiyim kimi, cənab İlham Əliyevin MOK-un prezidenti seçiləndən sonra respublikamızın idman həyatında yeni ab-havanın yaranması, güclənməsi ilə bağlıdır...

 

 

Söhbəti qələmə aldı: Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 26 iyul.- S. 8.