Nərimanov rayonunda cari ilin ilk yarısının yekunları müzakirə olunmuşdur

 

Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində son illər əldə etdiyi uğurlar, qazanılan nailiyyətlər 2009-cu ilin ilk yarısında da davam etmiş, ölkəmizin dünya ölkələri sırasında liderlik mövqeyi bir qədər də möhkəmlənmişdir. Bütün bunlar barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ətraflı danışılmış, qazanılmış uğurlar yüksək qiymətləndirilmişdir. İclasda bütün bunlarla yanaşı, qarşıda duran vəzifələrə də toxunulmuş, onların həlli yolları müəyyənləşdirilmişdir.

 

Hazırda ölkəmizin bütün şəhər və rayonlarında 2009-cu ilin ilk yarısına yekun vurulur, Nazirlər Kabinetinin məlum iclasında dövlət başçısının proqram xarakterli nitqindən irəli gələn vəzifələrin icrası istiqamətində konkret vəzifələr müəyyənləşdirilir.

Dünən paytaxtın Nərimanov rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrlə bağlı rayonun sosial-iqtisadi inkişafının 2009-cu ilin ilk yarısının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaq keçirildi.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə əklil və gül dəstələri qoydular, ulu öndərin əziz xatirəsini ehtiramla yad etdilər. Rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak ilə keçirilən yığıncağı giriş sözü ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev açaraq 2009-cu ilin birinci yarımilliyində ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurlardan qısaca bəhs etdi. İyulun 22-də Nazirlər Kabinetinin cari ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyevin proqram xarakterli nitqinin bəzi məqamlarına toxundu. Qeyd olundu ki, ilin ayı ərzində ölkə üzrə yüksək nailiyyətlərin əldə olunmasında paytaxtın Nərimanov rayonu da yaxından iştirak etmişdir.

Bütövlükdə isə 2009-cu ilin yanvar-iyun aylarında rayonun sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurlar qarşıda duran vəzifələr Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun məruzəsində öz geniş əksini tapmışdı. 2009-cu ilin ilk yarısında rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən bəhs edən Ş.İbadov bildirdi ki, hesabat dövründə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş, xidmətlər daxil olmaqla 66,7 milyon manatlıq məhsul istehsal olunmuş əvvəlki ilin müvafiq dövrünə nisbətən artım sürəti 8,8 faiz təşkil etmişdir. Bu dövrdə sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət bölməsinin xüsusi çəkisi 80,8 faiz təşkil etmiş, sənaye sahəsində çalışanların orta aylıq əmək haqları 270 manatdan artıq olmuşdur. Qeyd olundu ki, ilin əvvəlindən rayonda yeni yerlərinin yaradılması ilə bağlı tədbirlər davam etdirilmiş, ötən müddətdə 1138 daimi yeri açılmışdır.

Hesabat dövründə rayon üzrə əsas kapitala ümumi investisiya qoyuluşunun 3,1 milyon manat təşkil etdiyini bildirən məruzəçi bu sahədə 38,4 faiz artım əldə olunduğunu diqqətə çatdırdı. Rayonun tikinti sektorunda da yüksək nəticələr əldə edildiyini vurğulayan natiq qeyd etdi ki, cari ilin ilk yarısında tikinti təşkilatları öz gücləri ilə 112,4 milyon manatlıq görmüşlər.

Məruzəçi cari ilin ötən dövründə əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin pərakəndə əmtəə dövriyyəsinin həcminin xeyli artdığını diqqətə çatdırdı.

Rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı sahəsində cari ilin 6 ayı ərzində görülmüş işlərə toxunan Ş.İbadov ötən müddətdə Nərimanov rayonunda çox mühüm sosial digər infrastruktur layihələrinin həyata keçirildiyini bildirdi. Qeyd olundu ki, ölkə Prezidentinin tapşırığı bilavasitə nəzarəti sayəsində tikilib istifadəyə verilən 203 saylı yarımstansiya, yenidən qurulan 110 kilovoltluq 3-cü 4-cü “Xırdalan hava xətti, psixonevroloji uşaq evi, Talassemiya Mərkəzi, Daxili İşlər Nazirliyinin general-leytenant A.Heydərov adına hospitalın yeni binası, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki yol ötürücüsü, Heydər Əliyev prospektindəki körpü-tunel yeraltı piyada keçidləri cari ilin ilk yarısının buraxılış obyektləridir. Büıtün bu layihələrin məhz Nərimanov rayonunda həyata keçirilməsini Prezident İlham Əliyevin onun xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adı çəkilən rayona göstərdikləri diqqət qayğının nəticəsi kimi dəyərləndirən natiq ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində iki obyektinMilli Təhlükəsizlik Nazirliyinin Nərimanov Rayon İdarəsinin YAP Nərimanov rayon təşkilatının yeni binasının istifadəyə verildiyini bildirdi.

Məruzəçi daha sonra rayonun təsərrüfat həyatı ilə bağlı görülən işlərdən bəhs etdi, ayrı-ayrı təsərrüfat subyektləri tərəfindən həyata keçirilən işləri sadaladı. Bütün bu işlərin rayon əhalisinin kommunal sahədə üzləşdiyi problemlərin aradan qaldırılmasına səbəb olduğunu diqqətə çatdırdı. Bundan əlavə, rayon sakinlərinin işıq, qaz, içməli su təminatının daha da yaxşılaşdırılması sahəsində mühüm işlərində həyata keçirilməsi diqqətə çatdırıldı.

2009-cu ilin ilk yarısında rayonun təhsil səhiyyə müəssisələrinin fəaliyyəti bu sahədə həyata keçirilmiş mühüm işlərdən bəhs edən natiq, həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl təxirəsalınmaz tədbirlərin görüldüyünü bildirdi.

Məruzə ətrafında çıxış edən digər natiqlər 2009-cu ilin ilk yarısında ölkə üzrə əldə olunmuş uğurları, Prezident İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdilər.

Tədbirə yekun vuran Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev bütün uğurlarla yanaşı, rayon əhalisinin getdikcə artmaqda olan maddi, mənəvi digər tələbatının tam dolğun ödənilməsi istiqamətində qarşıda çox mühüm ciddi vəzifələrin dayandığını diqqətə çatdırdı. Bildirdi ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər ediləcək, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının təmin olunması üçün bütün zəruri tədbirlər həyata keçiriləcək.

Yığıncaq şura iclasının qərar layihəsinin oxunması ilə başa çatdı.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.- 28 iyul.- S. 5.