NATO-Azərbaycan: əməkdaşlığın 15 ili

 

Son illərdə Azərbaycan təhlükəsizliyini möhkəmləndirmək, müdafiəsini müasir tələblər səviyyəsində qurmaq üçün qəti və ardıcıl addımlar atmaqdadır. NATO ilə əməkdaşlığın genişləndirilməsi belə addımlardandır. Azərbaycan Respublikası ilə NATO arasında hərbi, strateji münasibətlər 1994-cü ilin may ayında Şimali Atlantika Şurası nəzdindəSülh Naminə Tərəfdaşlıqproqramını qəbul etməklə başlamışdır. Dünyanın ən güclü hərbi strukturu sayılan NATO ilə ölkəmiz arasında əməkdaşlığın artıq 15 ili tamam olur.

1994-cü il mayın 3-4-də Belçikaya rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil-qərargahında “Sülh Naminə Tərəfdaşlıq” proqramının çərçivə sənədini imzaladı. Bununla, Azərbaycanın NATO ilə genişmiqyaslı əməkdaşlığını nəzərdə tutan tədbirlər həyata keçirilməyə başlandı. Ötən müddət ərzində bu əlaqələr daim yüksələn xətt üzrə inkişaf etmişdir.

1996-cı il aprelin 22-də NATO-nun Brüsseldəki mənzil-qərargahına növbəti səfəri zamanı Prezident Heydər Əliyev Baş katib Xavyer Solana ilə görüşərək, SNT proqramına müvafiq şəkildə əməkdaşlıq üzrə respublikamızın tələbat və potensialını müəyyən edən Azərbaycan Respublikasının prezentasiya sənədini təqdim etmişdir.

Məlum olduğu kimi, 1997-ci ilədək Azərbaycan Silahlı Qüvvələrinin hərbi təhsil ocaqları keçmiş SSRİ-də mövcud olmuş sistemə uyğun fəaliyyət göstərirdi. Orduda quruculuq işlərini müasir tələblər səviyyəsinə qaldırmağı daim diqqətdə saxlamış xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə rəhbərliyilə 1997-ci ildən kursantlarımız Şimali Atlantika Alyansına daxil olan ölkələrdə qəbul edilmiş metodika əsasında hərbi bilik təcrübə qazanırlar.

1997 və 1998-ci illərdə Prezident Heydər Əliyevin dəvəti ilə NATO-nun Baş katibi Xavyer Solana rəsmi səfərlə Azərbaycana gəldi. Səfər müddətində Baş katib Prezident Heydər Əliyev, xarici işlər müdafiə nazirləri ilə görüşlər keçirdi. Milli Məclisdə millət vəkilləri qarşısında NATO-Azərbaycan əlaqələrinin inkişafına dair çıxış etdi. Xavyer Solana öz çıxışında maraqlı fikir səsləndirdi: “Bu ölkənin bəzi vətəndaşlarına elə görünə bilər ki, hər hansı maraq doğurmaq üçün Azərbaycan Brüsseldən çox-çox uzaqdır. İcazə verin sizi əmin edim ki, bu əsla belə deyildir. Biz Qafqaz regionunu birbaşa maraqlarımız olan mühüm regionlardan biri hesab edirik. Axı Qafqaz Avropa qitəsinin tərkib hissəsidir”.

Hazırda Azərbaycan hərbçiləriSülh Naminə Tərəfdaşlıqproqramı çərçivəsində keçirilən bütün tədbirlərdə fəal iştirak edir, sülhməramlı təlimlərə, konfrans seminarlara qatılır. 1997-ci ilin 4-6 noyabrında BakıdaKooperativ Demand” adı altında komanda-qərargah təlimlərinin hazırlıq seminarı keçirildi. Bu, “Sülh Naminə Tərəfdaşlıqproqramı çərçivəsində Azərbaycanda keçirilən ilk belə tədbir oldu. 1999-cu ilin sentyabrında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Türkiyə taboru tərkibində ilk sülhməramlı taqımımız Kosovoda keçirilən sülhməramlı əməliyyatlara qatıldı. Sonralar sülhməramlılarımızın fəaliyyət coğrafiyası daha da genişləndi. Silahlı Qüvvələrimizin bölmələri dövlətimiz tərəfindən əmin-amanlıq yaratmaq məqsədilə Əfqanıstana İraqa göndərildi.

Artıq sülhməramlılarımız Kosovo İraqda öz missiyalarını başa vuraraq ölkəmizə qayıtmışlar. Döyüşçülərimiz Azərbaycan sərhədlərindən uzaqda Vətənimizi şərəflə təmsil etməyi bacardılar.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan sülhməramlılarından ibarət bölük 2003-cü ildən İraqda xidmət edirdi. Sülhməramlılarımız Amerika Birləşmiş Ştatlarının komandanlığı altında İraqın Əl-Ənbər vilayətinin Hadita şəhəri yaxınlığında su anbarını ölkə ərazisinin 30 faizini elektrik enerjisi ilə təmin edən su-elektrik stansiyasını qoruyurdular.

Bölüyün şəxsi heyəti İraqda olduqları 5 ildə özlərini yüksək döyüş hazırlığına malik bölmə, üzərinə götürdüyü şərəfli missiyanı ləyaqətlə məsuliyyətlə yerinə yetirən kontingent kimi göstərmişdir. Azərbaycan oğulları sülhməramlı əməliyyatlarda uğurla iştirak etdiklərinə görə komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmışlar. May ayında koalisiya komandanlığı İraqdakı sülhməramlı korpusun tərkibində nümunəvi xidmətlərinə görə bir qrup azərbaycanlı zabiti ABŞ-ınHərbi Dəniz Qüvvələri Dəniz Piyadalarının nailiyyət medalıilə təltif etmişdi. Mayor Sadiq Yəhyazadə, kapitan Teyfur Rüstəmov, kapitan Emin Novruzov baş leytenant Mehman Əbdülrəhmanov nümayiş etdirdikləri peşəkarlığa qarşıya qoyulmuş tapşırıqları vicdanla yerinə yetirdiklərinə görə uğur qazanmışdılar. İraqda xidmət etdikləri müddətdə sülhməramlılarımız yüksək döyüş hazırlığı mənəvi keyfiyyətlər, eləcə nizam-intizam nümayiş etdirdiklərinə görə koalisiya komandanlığı tərəfindən 10-dan artıq medalla təltif edilmiş çoxsaylı fəxri fərmanla mükafatlandırılmışlar. Azərbaycan sülhməramlılarından ibarət bölüyün İraqda xeyirxah missiyasını lazımınca yekunlaşdırması Amerika Birləşmiş Ştatları tərəfindən yüksək qiymətləndirilmişdir. ABŞ Prezidenti Corc Buş sülhməramlılarımızın uğurlu xidmətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu göndərərək minnətdarlığını çatdırıb. Azərbaycan hərbçilərinin İraqda uzunmüddətli xidmətini başa vurduğu bir vaxtda, mən 2003-cü ildən etibarən bu ölkədə çoxmillətli qüvvələrə öz hərbçiləri ilə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə xalqına Birləşmiş Ştatların dərin minnətdarlığını bildirirəm. Əl-Ənbər vilayətində Hadita su bəndinin həmin qüvvələr tərəfindən mühafizəsini xüsusilə yüksək qiymətləndirirəm. Böyük çətinliklərə baxmayaraq, İraqda demokratik hökumətin qurulması möhkəmləndirilməsinə Azərbaycan xalqının dəstək vermək arzusu onun güclü iradəsinin nümunəsidir. Azərbaycanlılar İraqda azadlığın qorunmasına yardım məqsədi ilə aparılan uğurlu əməliyyatlarda iştirakları ilə fəxr edə bilərlər”, – deyə məktubda qeyd olunurdu. NATO-nun köməyi ilə 2004-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün kiçik mütəxəssislər hazırlayan mərkəz yaradılmışdır. 2004-cü ildən Silahlı Qüvvələrin döyüş hazırlığı planı üzrə bütün təlimlər NATO standartlarına uyğun keçirilir. Azərbaycan Respublikasının zabitləri NATO-nun Brüsseldəki Baş Qərargahında xidmət edirlər.

Artıq NATO rəsmiləri özləri dəfələrlə etiraf ediblər ki, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması çox yüksək səviyyədə gedir. Bununla yanaşı, Azərbaycan hərbçiləriSülh Naminə Tərəfdaşlıqproqramına uyğun olaraq NATO-nun müxtəlif ölkələrdə keçirilən layihələr tədbirlərində fəal iştirak edirlər. Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə NATO-nun Baş katibi Yaap de Hoop Sxeffer ilə görüşüb. Görüşdə Baş katib deyib ki, Azərbaycan ilə əməkdaşlıq uğurla inkişaf edir NATO bu əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycanın regionda xüsusi rolunu vurğulayan Yaap de Hoop Sxeffer bildirib ki, NATO Azərbaycana bölgədə mühüm rol oynayan tərəfdaş ölkə kimi yanaşır, onun antiterror əməliyyatlarında iştirakını yüksək qiymətləndirir, ölkəFərdi Tərəfdaşlığın Əməliyyat Planı”nda da fəal iştirak edir.
Öz növbəsində Prezident İlham Əliyev bildirib ki, NATO-Azərbaycan əlaqələri inkişaf edir, Azərbaycan NATO-nun müxtəlif proqramlarında tədbirlərində fəal iştirak edir. Fərdi Tərəfdaşlığın Əməliyyat Planı”nda ölkəmizin fəal iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, Azərbaycan-NATO əlaqələri ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biridir.

NATO-nun tədbirlərində proqramlarında Azərbaycanın fəal iştirak etdiyini bildirən Prezident İlham Əliyev deyib ki, ötən il ölkəmiz alyansın 200 tədbirinə qatılıb.

Əslində, ordunun güc potensialını indi belə mötəbər tədbirlərdə təmsil olunan hərbçilərin nümayiş etdirdiyi bilik bacarıq aydın göstərir digər ölkələrin orduları ilə müqayisə etməyə imkan verir. Azərbaycan zabit əsgərlərinin NATO təlimlərində, Kosovoda, Əfqanıstanda İraqda keçirilən beynəlxalq sülhməramlı əməliyyatlarda ortaya qoyduğu hazırlıq, peşəkarlıq onu deməyə əsas verir ki, ordumuzun qüdrəti ilə hər bir azərbaycanlı fəxr edə bilər.

 

Əbülfət QASIMOV

 

Xalq qəzeti.- 2009.- 3 iyun.- S.5.