5 iyun meliorasiya su təsərrüfatı işçiləri günüdür

 

Meliorasiya və su təsərrüfatı sahəsində uğurlu dövlət siyasəti bəhrəsini verir

 

İnsanların Azərbaycan ərazisində məskunlaşması və əkinçiliklə məşğul olmasının tarixi çox qədim dövrləri əhatə edir. Kür–Araz düzənliyində suvarma aparmadan əkin sahələrindən məhsul götürmək mümkün deyil. Bölgədə havalar istiləşdikcə torpağın üst qatında su çatışmadığına görə bitkilərin kök sistemlərinin normal inkişafı dayanır və bitkilər tədricən məhv olur. Yəni bu bölgədə su axmayan yerdə əkin sahəsi olmur. Münbit torpaq sahələri əkinçilik üçün yararsızdır. Əkinə yararlı torpaq sahələri yalnız suvarılması mümkün olanda çox qiymətlidir.

Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatında istifadəyə yararlı olan 4,5 milyon hektar sahədən 3,2 milyon hektarı suvarma aparmaqla əkinçilik üçün yararlı torpaqlardır. Kifayət qədər su ehtiyatı olmadığına görə hazırda suvarma sistemləri tikilmiş əkin sahələri 1,433 milyon hektardır. Ədalət naminə qeyd etmək lazımdır ki, Sovet dövründə respublikamızda aqrar sahənin inkişafı üçün meliorasiya və su təsərrüfatı sahəsində də geniş miqyasda işlər görülüb.

Sovet İttifaqının 1991-ci ildə dağılmasından sonrakı ilk illərdə ölkəmiz faktiki olaraq müstəqil dövlət kimi fəaliyyət göstərə bilmirdi. 1991–1993-cü illərdə müstəqilliyimizin gələcəyi şübhə altında idi. 1920-ci ildə olduğu kimi yenidən müstəqilliyimizi itirə bilərdik. Xalqımızın müdrikliyi sahəsində ulu öndərimiz Heydər Əliyevin yenidən respublikaya rəhbərliyə gətirilməsi Azərbaycanı bu bəlalardan qurtardı. Xəzər dənizinin neft və qazının işlənməsinə dair “Əsrin müqaviləsi”nin 1994-cü ildə imzalanması və prosesin uğurla axıra çatdırılması Heydər Əliyev şəxsiyyətinin nələrə qadir olduğunu təsdiq etdi. 1993–2003-cü illərdə Azərbaycanın dövlətçiliyi quruldu, ölkənin inkişaf strategiyası müəyyən olundu.

Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı ilə meliorasiya və su təsərrüfatı sahəsi də öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Ulu öndərimizin göstərişi ilə respublikaya qoyulan xarici investisiyalar, ilk növbədə, meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Kür–Araz düzənliyində şorlaşmış torpaqların duzlardan təmizlənməsini təmin edəcək Baş Mil–Muğan kollektorunun tikintisinin davam etdirilməsi, Bakı–Sumqayıt şəhərlərini və Abşeron yarımadasını su ilə təmin edən Samur–Abşeron suvarma sisteminin yenidən qurulması, Vayxır Su Anbarının tikintisinin başa çatdırılması birinci növbədə maliyyələşdirildi. Samur–Abşeron massivinin sxemi Türkiyə Konsorsiumu “SEYAŞ-SUİŞ” və ”Azdövsutəslayihə” İnstitutu tərəfindən 1995–1996-cı illərdə hazırlandı.

“Azdövsutəslayihə” İnstitutu Almaniyanın layihə şirkəti ilə birgə 1997-ci ildə Azərbaycanda irriqasiyanın və drenaj infrasiturtunun bərpası və yaxşılaşdırılması layihəsini hazırladı. Samur–Abşeron kanalı suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində əsasən aşağıdakı işlərin görülməsi müəyyənləşdirildi:

Samur baş suqəbuledicinin bərpası, Xanarx kanalının tikintisi, SAK-ın 50 kilometrlik hissəsinin bərpası, Vəlvələçay– Taxtakörpü kanalının tikintisi, Taxtakörpü su anbarının tikilməsi, Taxtakörpü–Ceyranbatan kanalının tikintisi. Nəzərdə tutulan layihələr həyata keçirildikdən sonra SAK altında 180 min hektar əkin sahəsi tələb olunan suvarma suyu ilə təmin olunacaq və su təchizatı məqsədilə Bakı–Sumqayıt şəhərlərinə saniyədə 22 kubmetr su vermək mümkün olacaq.

Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan Vəlvələçay-Taxtakörpü kanalının, Taxtakörpü su anbarının və su- elektrik stansiyalarının layihə sənədləri beynəlxalq tenderin qalibi olmuş Türkiyənin “Su Yapı” Mühəndislik Şirkəti ilə birgə, “Azdövsutəslayihə” İnstitutunun əməkdaşları tərəfindən hazırlanıb.

Qeyd etmək lazımdır ki, 1967–1974-cü illərdə SAK-ın Vəlvələçay-Ceyranbatan hissəsində kanalın su aparma qabiliyyəti Qudyalçay və Vəlvələ çaylarında tikilmiş sugötürmə qurğuları hesabına saniyədə 25 kubmetrə çatdırılıb. Yeni layihədə isə bu sərfin saniyədə 40 kubmetr olacağı nəzərdə tutulub. Xanarx kanalının istismara verilməsi SAK-ın 50 kilometr yuxarı hissəsində bərpa işlərinin problemsiz yerinə yetirilməsinə imkan yaradıb. Xanarx kanalının uzunluğu 67,2 km, su sərfi saniyədə 36–25 kubmetrdir.

Samur çayından SAK-a tələb olunan suyun qəbulunda yaranan problemi və qonşu ölkədən gözlənilən mümkün təsiri aradan qaldırmaq məqsədilə SAK üzərində su sərfini mövsüm ərzində tənzimləyə biləcək su anbarının yaradılması zəruriyyətini gündəmə gətirdi. Əmirxanlıçay (Taxtakörpü) hövzəsində Taxtakörpü su anbarının yaradılması üçün hazırlıq işlərinə başlandı.

Layihəyə görə Taxtakörpü su anbarı məcradan kənarda yaradılır. Su anbarının əsas su mənbəyi SAK-dır. Regiondakı Qusarçay, Qudyalçay, Quruçay, Ağçay, Caqacuqçay və Vəlvələçayın su ehtiyatlarının müəyyən hissəsi SAK sisteminə daxil olan Vəlvələçay–Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına axıdılır. Üzərində SES olan Taxtakörpü Su Anbarının tikintisi başa çatdırıldıqdan sonra yeni tikilən Taxtakörpü–Ceyranbatan kanalı tələb olunan həcmdə suyu öz axını ilə Ceyranbatan gölünə verir. Layihədə Abşeron magistral kanalına suyun Taxtakörpü–Ceyranbatan kanalından verilməsi və Abşeron magistral kanalının su aparma qabiliyyətinin saniyədə 9 kubmetrdən 15 ,0 kubmetrə qədər artırılması nəzərdə tutulub.

Çox fərəhli haldır ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən 1970–1982-ci və müstəqilliyimizin ilkin illərində təməlini qoyduğu genişmiqyaslı meliorasiya və su təsərrüfatı layihələri Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıq əsasında müvəffəqiyyətlə başa çatdırılır və yeni layihələrlə zənginləşdirilir. Dövlət başçısı İlham Əliyev 2004-cü ildə Samur–Abşeron suvarma sisteminin yenidən qurulması sxeminə daxil olan Xanarx kanalının tikintisi ilə tanış olmuş, 2006-cı ildə isə Heydər Əliyev adına Vayxır su anbarının istifadəyə verilməsi münasibəti ilə təşkil olunmuş tədbirdə iştirak etmişdir.

Məlumdur ki, respublikamızda nəzərdə tutulan ərzaq təhlükəsizliyi proqramının həyata keçirilməsi və aqrar sahənin inkişafı bilavasitə meliorasiya və su təsərrüfatı layihələrinin uğurla həyata keçirilməsindən asılıdır. İqtisadi sahədə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda büdcə gəlirləri ilbəil artdığına görə meliorasiya və su təsərrüfatı sahəsində layihə işlərinə ayrılan vəsait də hər il artır.

Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2004– 2008-ci illər) daxil edilmiş və respublika büdcəsindən ayrılmış vəsait, Dünya Bankının, İslam İnkişaf Bankının, Asiya İnkişaf Bankının və digər maliyyə qurumlarının krediti hesabına 2006-cı ildə Baş Mil–Muğan kollektorunda, 2006-cı ildə Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının yarımçıq qalmış tikinti işləri, Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində 2002-ci ildə Samur baş su qəbuledici qurğusunun bərpası, baş sudurulducunun tikintisi və 187 kilometr uzunluğunda təsərrüfatlararası kanalların yenidən qurulması, 2006-cı ildə İslam İnkişaf Bankının vəsaiti hesabına layihə sənədləri “Azdövsutəslayihə” İnstitutu və Türkiyənin “Su- Yapı” firması əməkdaşları tərəfindən birgə hazırlanmış uzunluğu 67,2 km olan Xanarx kanalının tikintisi, 2007-ci ildə Samur–Abşeron kanalının ilk 50 kilometrlik hissəsinin bərpası başa çatdırılmışdır.

Uzunluğu 44,5 kilometr olan Vəlvələçay–Taxtakörpü kanalının tikintisinin maliyyələşdirilməsinə İslam İnkişaf Bankı, Səudiyyə İnkişaf Fondu və OPEK Fondu tərəfindən kredit ayrılması barədə saziş imzalanıb. Bu kanalın tikilməsində əsas məqsəd yaranan əlverişli şəraitdə regiondakı 6 çayın su ehtiyatından səmərəli istifadə etməkdir.

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi” çərçivəsində ümumi su tutumu 269 milyon kubmetr olan “Taxtakörpü su anbarının SES-lə birlikdə layihələndirilməsi və tikintisi”, “Taxtakörpü–Ceyranbatan kanalının layihələndirilməsi və tikintisi” obyektləri üzrə işlərin həyata keçirilməsinə 2006-cı ildə başlayaraq Dövlət Neft Fondundan vəsait ayrılıb.

İqtisadi baxımdan bu layihələr çox sərfəlidir. Layihədə nəzərdə tutulmuş işlər başa çatdıqdan sonra Taxtakörpü–Ceyranbatan kanalı anbardan qəbul etdiyi suyu öz axını ilə Ceyranbatan gölünə verəcək. Beləliklə, Samur–Abşeron kanalı üzərində, Sitalçayda və Ceyranbatanda mövcud olan nasos stansiyaları ləğv ediləcək. Bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Şəmkir su anbarının layihə sənədləri Türkiyənin “Təməlsu” şirkəti ilə birgə institutumuzun əməkdaşları tərəfindən işlənib.

Azərbaycan dünyanın təbii fəlakətlərə ən çox məruz qalan regionlarından biridir. Respublikamızda 154 sel gətirən çay var ki, bunlardan da 61-i ən təhlükəlidir. Sel gətirən çaylardan Kişçay, Şinçay, Talaçay, Qurmuxçay, Dəmiraparançay, Katexçay, Bumçay, Muxaxçay, Girdimançay, Araz Kür çayları ən təhlükəlidir. Bu çaylarda baş verən daşqınlar demək olar ki, müxtəlif illərdə ölkəyə külli miqdarda ziyan vurub. Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Göyçay, Ağsu, Dəvəçi, Quba, Qusar, Ordubad, Neftçala, Salyan rayonları daşqın təhlükəsinə daha çox məruz qalıb. Uzun illər ərzində əkin sahələrini yaşayış məntəqələrini çayların daşqın sel sularından qorumaq məqsədilə Araz Kür çaylarının sahillərində 1700 kilometr uzunluğunda torpaq-mühafizə bəndləri, dağlıq ərazilərdəki çayların sahillərində isə 126 kilometr uzunluğunda daş-beton beton-mühafizə bəndləri tikilib. Bunların da layihə-smeta sənədləriAzdövsutəslayihəİnstitutunda hazırlanıb.

2004-cü ildə Azərbaycan Höküməti ilə Asiya İnkişaf Bankı arasındaSelə qarşı tədbirlərlayihəsinin maliyyələşdirilməsi üzrə kredit sazişi imzalanmış, 12 rayonun ərazisində 23 çayda 28 km uzunluğunda qoruyucu bəndlərin tikilməsinə vəsait ayrılmışdır. 2005-ci ildən həyata keçirilən layihədəAzdövsutəslayihəİnstitutu da yaxından iştirak edir.

Respublikamızın ərazisindəki 1025 min hektar qış otlaq sahələrində saxlanılan heyvanların suya olan tələbatını ödəmək məqsədilə borular üzərində quraşdırılmış 5322 qurğudan, müxtəlif materiallardan hazırlanmış 2930 kilometr uzunluğunda fərqli diametrli borulardan tikilmiş mövcud su təminatı sistemlərinin layihə-smeta sənədləri Azdövsutəslayihəİnstitutunda hazırlanıb. Qış otlaq sistemlərindəki şəbəkəyə tələb olunan su 18 nasos stansiyasından 20 subartezian quyusundan verilir.

Azdövsutəslayihəİnstitutunda hazırlanmış layihə sənədləri əsasında hazırda Cəlilabad rayonunda Göytəpə Su Anbarının, Tovuz rayonunda Tovuzçay su anbarının, Qazax rayonunda Coqazçay Su Anbarının, Quba rayonundakı Qırmızı Qəsəbə kanalının baş sugötürücü qurğusu, Baş Şirvan Kollektorunun Şirvan şəhərindən keçən hissəsində, Göyçay çayında baş sugötürücü qurğunun digər obyektlərdə tikinti işləri aparılır.

Son illərdəAzdövsutəslayihəİnstitutunun əməkdaşları tərəfindən Beyləqan rayonunda Yuxarı Mil kanalının, Neftçala rayonunda magistral kanalın nasos stansiyasının, Şəmkir rayonunda maşın kanalın birinci növbəsinin son 3,7 kilometr hissəsinin, Şəki rayonunda Cəyirli Su Anbarının Əlicançayda 14 kilometr uzunluğunda kanalın, Ağstafa rayonu ərazisində Candar kanalının, Ağsu rayonunda Yuxarı Şirvan kanalının maşın qolunun, Salyan rayonu ərazisində Akuşa kanalının, Kürdəmir rayonunda AxtaçıƏrəbqubalı kanalının yenidən qurulması, Salyan şəhəri yaxınlığında Kür çayının məcrasının düzləndirilməsi digər obyektlər üzrə layihə-smeta sənədləri hazırlanaraq tikinti aparan təşkilatlara tələb olunan müddətlərdə təhvil verilmişdir.

Əkin sahələrini suvarmaq əhalini içməli su ilə təmin etmək məqsədilə 2005-ci ildə 45, 2006-cı ildə 104 , 2007-ci ildə 180, 2008-ci ildə isə 160 subartezian quyuları qazılaraq istismara verilib. Hazırkı dövrdə meliorasiya su təsərrüfatı sahəsində 7352 ədəd subartezian quyusundan istifadə olunur ki, bu qurğuların da layihə-smeta sənədləri müxtəlif illərdə layihə institutunun əməkdaşları tərəfindən tərtib olunub.

Hazırda Kür, Araz digər çayların, təbii süni yaradılmış su anbarlarının, magistral kanalların kollektorların üzərində layihə-smeta sənədləri institutda hazırlanmış 931 müxtəlif markalı nasoslardan istifadə olunur.

Ölkənin ərzaq təminatının davamlı olaraq yaxşılaşdırılmasına təminat verən meliorasiya su təsərrüfatı sahəsində ulu öndərimiz Heydər Əliyevin müəyyən etdiyi məqsədyönlü siyasətə Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq tikintisi vacib olan obyektlərin düzgün seçilməsi, elmi baxımdan əsaslandırılaraq layihə sənədlərinin hazırlanması tikintinin tələb olunan səviyyədə həyata keçirilməsi Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin aparatında onun tabeçiliyində olan müəssisələrdə işləyən çoxsaylı insanların gərgin əməyi hesabına reallaşır.

 

 

Elbrus PAŞAYEV,

“Azdövsutəslayihə” İnstitutunun direktoru,

texnika elmləri namizədi

 

Xalq qəzeti.- 2009.- 5 iyun.- S. 4.