“Regional cavab - 2009" təlimləri böyük
təcrübə məktəbi
oldu
– Təlimlərin
gedişatını və nəticələrini incələyərkən
Azərbaycan Silahlı Qüvvələrinin hərbi
qulluqçularının sülhü dəstəkləmə
əməliyyatları çərçivəsində öz
vəzifələrini layiqincə yerinə yetirdiyinə
görə çox böyük iftixar hissi keçirirəm,
– deyən tabor komandiri zabit Fuad Məmmədov təlim barədə
bizi məlumatlandırdı. O bildirdi ki, təlim planı
üzrə ilkin ünsiyyət tədbirlərinin həyata
keçirilməsi, təlimdə iştirak edən müxtəlif
ölkə Silahlı Qüvvələri hərbi
qulluqçularının qarşılıqlı hərbi
anlayış və dostluq münasibətləri çərçivəsində
hazırlıq dərslərinin keçirilməsi real məşqlər
zamanı işləri asanlaşdırıb. Təlim müddətində
bölmələrin təşkilati quruluşlarının
sabitləşdirilməsi, tərəflərin silah sistemlərinin
öyrənilməsi, tabeçilik prinsiplərinin müəyyənləşdirilməsi
və s. mühüm fəaliyyətlər yerinə
yetirilmişdir və yerinə yetirilməkdədir. Bütün
təlim mövzuları nəzəri, nümayişanə və
praktik məşğələlər
ardıcıllığı ilə həyata
keçirilmişdir.
Tabor komandiri olaraq demək
istəyirəm ki, əsgərlərimiz arasında
mövzuların mənimsənilməsində çətinlik
müşahidə olunmamışdır. Bu da Silahlı
Qüvvələrimizin müasir ordularla müqayisədə hərbi
bilik və hazırlıq səviyyələrinin bərabərlik
göstəricisidir.
Əməkdaşlıq
edən Silahlı Qüvvələr nümayəndələrinin
hərbi qulluqçularının xidmət müddətləri
arasında fərqə baxmayaraq, Azərbaycan əsgərləri
hər mövzuda nümunəvi nəticələr əldə
etdilər. Təlim zamanı Azərbaycan hərbi
qulluqçuları “günün əsgəri” adını bir
neçə dəfə qazana biliblər. Buna nümunə
olaraq radio-telefonçu əsgər Mikayıl Əliyevi misal
çəkə bilərəm. O, yüksək səviyyədə
rabitə əlaqələrini təmin etdiyinə görə
bu ada layiq görülüb.
Sonra həmsöhbətimiz amerikalıların
tabor komandiri mayor Deyvid
Horlaker oldu. Qonaq zabit bildirdi ki, təlimin məqsədləri aydındır,
təlimlər qaydasında
davam edir, gözlənilən nəticələr
əldə edilmişdir.
– Oxşarlıq
çoxdur. Biz yaxşı iş qurmağa
çalışırdıq. Bir gün biz, bir gün də
sizin qərargah zabitləri brifinq keçirirdi. Burada hər
şey ürəkaçandır, sizin hərbçilərlə
tapşırığı yerinə yetirmək asandır və
bütün səviyyələrdə onlar buna qadirdirlər. Burada
öyrənilənlər və tətbiq edilən taktikalar gələcək
illərdə təlimlərdə istifadə ediləcək və
fayda verəcəkdir. Sizin maddi-texniki təsərrüfatınız,
təlim üçün nəzərdə tutulmuş vasitələr
çox gözəldir. Hər şey yüksək səviyyədədir
və əladır. Yatacaq yerləri, məişət şəraiti,
isitmə sistemləri, istirahət məkanları əla vəziyyətdədir.
Bütün bunlar amerikalı əsgərlərə mənəvi
dəstək olmuşdur ki, bunun nəticəsində
mühüm tapşırıqlar yerinə yetirilmişdir. İki
gün əvvəl “günün əsgəri” adını
bizim əsgər qazanmışdır.
Əsgərlərimiz
burada olmaqdan çox məmnundurlar. Bu təlimlərdə
iştirak edən və xidmət müddəti başa
çatmaqda olan iki hərbi qulluqçumuz yenidən orduda
qalmaq qərarına gəlmişdir. Ölkənizə səfər
onlara bu qənaətə gəlməkdə kömək
etmişdir. Mən özüm isə bu təlim meydanında səhra
dərsi zamanı güclü küləkdə yemək yeməyin
zövqünü duydum. Biz yaxşı dostluq münasibətləri
qurduq. Hər hansı vəziyyət olursa-olsun, Azərbaycan hərbçisi
ilə çiyin-çiyinə dayanmaq şərəfdir, -
deyə amerikalı zabit bildirdi.
Mayor Horlaker bir də onu
qeyd etdi ki, burada özünə və tabeliyində olanlara
qarşı daim qayğı, nəzakət hiss edib.
Leytenant Nurlan Quluyev gənc taqım komandiridir. “Regional cavab-2009”un səhra çalışmalarında
Amerika bölüyündə
Azərbaycanı təmsil
edir. Fəaliyyət planına uyğun
olaraq iki gün patrul xidmətini həyata keçirən həmin bölmənin tərkibində
həm də cəld həmlə qrupunun üzvü kimi tapşırıqları
yerinə yetirib.
Belə ki, patrul xidməti aparan zaman pusquya
düşən ”dost" qüvvələrin
köməyinə anındaca
çatmaq üçün
təmrinlərin həyata
keçirilməsində fəallıq
göstərən zabit
bildirdi ki, belə vaxtlarda, hadisə baş verən anda bizə koordinatlar verilir və xəritədən istifadə
edərək dərhal
həmin yerə gedib dəstək işini həyata keçiririk. O qeyd etdi ki, belə
təlimlərdə ilk dəfə
iştirak edir. Buna görə də müəyyən çətinlik
hiss edib. Lakin öyrənmək üçün çox yaxşı fürsəti
əldən verməyib.
Atış zamanı da yaxşı nəticələr göstərib.
Tabeliyində olan əsgər
Nicat İsmayılov, çavuş Ələkbər Cəbrayılov
kimi hərbi qulluqçular yaxşı nəticələr
göstərməkdə əllərindən gələni əsirgəməyərək
bölmənin adını yüksəklərə
qaldırıblar. Biz də inanırıq ki, təlimin sonunadək
onlar bu estafeti əldən verməyəcəklər.
Təlim boyu tabor
komandirlərinin və qərargahın bölmələrlə
rabitə əlaqəsini təmin etmək baş leytenant Səbuhi
Haşımovun öhdəsində idi. Avtomatik idarəetmə
vasitələrinin köməyilə taktiki səviyyədə
informasiya və danışıq mübadiləsini həyata
keçirmək üçün təlimqabağı hər
cür hazırlıq görülmüşdü. Gənc
zabitin işinin axsamamasına səbəb də elə o
çalışmalar olmuşdur. Bölmələr, manqalar da
daxil olmaqla rabitə əlaqəsini təmin etmək ən
vacib element kimi tabor qərargahının rabitə rəisinin,
yəni onun üzərinə düşürdü. Zabit qeyd
etdi ki, bunun öhdəsindən rabitə qrupunun köməyi
sayəsində gələ bildi. Müasir avadanlıqların
köməyilə həyata keçirdiyimiz rabitə əlaqələri
zamanı yeni texnologiyanın praktik tətbiqinin
iştirakçısı olduq və xeyli bilik qazandıq. Əldə
etdiyimiz sistem məxfilik qorunmaqla telefon, radio, kompyuter şəbəkəsini
birləşdirərək fasiləsiz rabitəni təmin etməyə
imkan verir. Biz bu təlimdə standartlar arasında daha bir
körpü qurmuş olduq, – deyə taborun qərargah zabiti
bildirdi.
Bu xidmətin işi
qarşı tərəfin mətbuat qrupu ilə əməkdaşlıq
proseslərinin hazırlanması idi.
Təlimin mətbuat xidmətləri
həm yeni təcrübə qazanmaq, həm də öz iş
prinsiplərini bir-birilərinə anlatmaq üçün
sıx əməkdaşlıq edirlər. Bir yerdə çəkilişlərə
gedir, planlar qurur, müsahibələr aparır, materiallar
hazırlayırlar. Amerikalı mətbuat qrupunun
başçısı İş Hara hazırladığı
slaytlarda hər iki tərəfin hərbçilərinin fəaliyyətindən
bəhs edir. Mətbuat qrupunun üzvü zabit Murad Zeynalov həm
də ölkəmiz tərəfindən təlimdə
iştirak edən taborun informasiya və məlumatlandırma
işinin təşkili ilə məşğul olurdu. Təlimin
hazırlıq dövründə də, təlim müddətində
də zabit Abbas Şirinov lazımi informasiyaların
hazırlanmasında, hər iki tərəfdən jurnalistlərin
qarşılıqlı şəkildə işləmələrinin
təmin edilməsində, təlim rəhbərinin göstərişlərinin
yerinə yetirilməsində bacardığını edirdi. Düzdür,
qonaq jurnalistlər hazırladıqları materialları öz
ölkələrində çap etdirməyi
planlaşdırırdılar. İnformasiya işinin ərsəyə
gəlməsində kadr arxasında qalanlar da var. Onlardan zabit
Nağı Əmirov, fotomüxbir Bakir Sadıqov, tərcüməçi
Hidayət Xəlilov, amerikalı fotoreportyor qızların zəhmətini
qiymətləndirməmək olmaz. Onlar həmişə
öndə idilər.
Zakir HÜSEYNOV
Xalq qəzeti.- 2009.- 7 iyun.- S. 2.