“Gəmiqaya-Qobustan
mədəniyyəti”adlı
kitabın təqdimat mərasimi keçirilib
Sözügedən kitabda ilk dəfə Qobustan rəsmlərində qədim
türk əlifbasının
təsvir olunması, həmçinin, Orxon-Yenisey
abidələrinin qrafik
açımı barədə
dəyərli faktlar öz əksini tapıb
Dünən tarixçi-alim Əjdər Fərzəlinin “Gəmiqaya-Qobustan mədəniyyəti” kitabının təqdimat mərasimi keçirilib. Atatürk Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan şair Ənvər Əhməd Əjdər Fərzəlinin araşdırmalarının tarixin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını deyib. Gəmiqaya və Qobustanla bağlı indiyə qədər aparılan araşdırmaların məlum kitabda sistem halına salınmasını yüksək qiymətləndirən Ə.Əhməd kitabda əksini tapmış faktların türklərin qədimliyini bir daha sübuta yetirdiyini söyləyib: “Ən qədim xalq türk xalqı, ən qədim mədəniyyət isə Gəmiqaya-Qobustan mədəniyyətidir. Əjdər Fərzəlinin kitabı bu həqiqətləri bir daha sübuta yetirir”.
Ə.Əhməd müəllifin hələ
sovet dönəmində
bütün təzyiqlərə
baxmayaraq, bu işlə məşğul
olduğunu bildirib.
Qobustan təsvirlərinin
məhz türk dilində yazılması faktının ilk dəfə
Ə.Fərzəli tərəfindən üzə
çıxarılmasını önə çəkən
İslam Sadıq bunun nadir tapıntı oldu ğunu deyib: “Məhz
həmin təsvirlərdən bəlli olur ki, hələ
çox qədimlərdə türk əlifbası və onun
32 hərfi mövcud olub”.
Kitabın başqa dillərə
tərcümə olunub yayılmasının vacibliyini
vurğulayan alim onun həm Azərbaycanda, həm də ölkənin
hüdudlarından kənarda təbliğ olunmasının əhəmiyyətini
də bildirib. Şumerşünas alim Oktay Elziya isə
kitabın sonsuz əziyyətlər hesabına başa gəldiyini
qeyd edib. Ə.Fərzəlinin tarixi
araşdırmalarının yalnız bu kitabla məhdudlaşmadığını
deyən natiq Ə.Fərzəlinin üzə
çıxardığı faktlardan lazımi şəkildə
istifadə olunmasının vacibliyini vurğulayıb: “İlk
dəfə daşların dilini Əjdər Fərzəli
tapıb. Məlum olub ki, bu təsvirlər elə-belə təsvirlər
deyildir. Əslində, bu təsvirlər türk dilində
danışıqlardır. Bütün bunlar da sübut edir
ki, bizim xalqımız - Gəmiqaya-Qobustan mədəniyyəti
hələ finikiyalılardan da əvvəl mövcud olub. Kitabda
öz əksini tapanlar çox dəyərli tarixi
faktlardır və indiyə qədər heç yerdə qeyd
olunmayıb. Biz bunlardan istifadə etməliyik. Əks halda, ermənilər
onları da oğurlayıb öz adlarına
çıxacaqlar”.
Tariximizin öyrənilməsi
baxımından “Gəmiqaya-Qobustan mədəniyyəti”
kitabının xüsusi əhəmiyyətə malik
olduğunu bildirən şair Eldar Səfa da kitabın daha
geniş kütləyə çatdırılmasını zəruri
sayıb.
Təqdimat mərasiminə
tarixçi alimlərlə yanaşı, şair və
yazıçılar da qatılıblar.
Qeyd edək ki,
sözügedən kitabda ilk dəfə Qobustan rəsmlərində
qədim türk əlifbasının təsvir olunması, həmçinin,
Orxon-Yenisey abidələrinin qrafik açımı barədə
dəyərli faktlar öz əksini tapıb.
BAHAR
Yeni Azərbaycan.- 2009.- 11 iyun.- S.8.