Avrasiya İqtisadi Birliyi antiböhran fondu yaradır
Avrasiya İqtisadi
Birliyinə daxil olan ölkələrin Moskvada keçirilən
son toplantısı başa çatıb. Tədbirin ən əlamətdar
yekunu budur ki, Birliyin nəzdində 10 milyard dollar həcmində
xüsusi antiböhran fondunun yaradılacağı elan edilib.
Qlobal böhran Avrasiya
İqtisadi Birliyində cəmləşən ölkələrin
iqtisadi durumunu çətin vəziyyətə salıb. Birlik
üzvləri bəyan ediblər ki, iqtisadi böhranla, ilk
növbədə birgə mübarizə aparmaq
üçün ən təsirli vasitələrdən birir
antiböhran fondunun yaradılmasıdır. Yuxarıda qeyd
etdiyimiz kimi, bu fondda 10 milyard dollar vəsait cəmləşməlidir
ki, bunun 7,5 milyard dollarının Rusiya Federasiyası tərəfindən
ödənilməsi nəzərdə tutulub. Antiböhran
fondunun nizamnəməsində qeyd olunub ki, bu qurumun əsas
funksiyası iştirakçı ölkələrə suveren
borclar və sabitləşdirici kreditlər verməkdir. Rusiyanın
maliyyə naziri Aleksey Kudrin bəyan edib ki, fond bütün
üzv ölkələrin onun yaradılması haqqında qərarı
ratifikasiya etməsindən sonra işə başlayacaq. Cənab
A. Kudrinin sözlərinə görə, müvafiq
hazırlıq işlərinə təxminən 2 ay vaxt
lazım gələcək.
Rusiya hökuməti
Avrasiya İqtisadi Birliyiyi ilə yanaşı, MDB ölkələri
çərçivəsində Gömrük
İttifaqının da inkişafına böyük önəm
verir. Rusiyanın Baş naziri Vladimir Putin bəyan edib ki,
Rusiya, Belarus və Qazaxıstan arasında vahid gömrük
tarifləri artıq 95 faiz uzlaşdırılıb. Müşahidəçilər
bildirirlər ki, bu istiqamətdə Rusiya ilə Belarus
arasında demək olar ki, bütün məsələlər
həll olunub. Bir çox ekspertlərə görə, Rusiya
hökuməti antiböhran fondu yaratmaqla MDB ölkələrində
öz nüfuz dairəsini genişləndirməyə
çalışır. İndiyə kimi rəsmi Moskva
özünə siyasi baxımdan daha yaxın Belarus,
Qırğızıstan və Ermənistana kreditlər verib. Rəylərə
görə, Rusiya öz kreditləriylə MDB-dəki
qonşularının siyasi loyallığını
qazanmağa çalışır. Avrasiya İqtisadi Birliyinin
nəzdində yaradlan antiböhran fondu barədə hazırda
Rusiya mətbuatında geniş şərhlər dərc
edilir. Moskvalı politoloq Vladimir Jarixinə görə,
Rusiyanın öz nüfüzünü artırmaq cəhdləri
normal bir şeydir və imkanı olan bütün böyük
ölkələr bu yolla gedir. Cənab Jarixin deyib ki,
“böhrana Rusiya başqa MDB ölkələri ilə
müqayisədə daha yaxşı hazırlıqlı daxil
olub.
Ona görə indi
Rusiyanın başqa ölkələrə kömək etməyə
imkanı var. Bununla da Rusiyanın bu ölkələrdə
öz siyasi və iqtisadi nüfuzunu artırmağa imkanı
olacaq”.
Ən son məlumatlara görə,
M. HACIXANLI
Xalq qəzeti.- 2009.- 11
iyun.- S. 6.